Azərbaycan Federal
Demokrat Hərəkatının Bir May Münasibətiylə
Bildirişi
İşçi sinfinə
salam !
Azərbaycan işçi
sinfi və zəhmət adamları parlaq mübarizə ənənələrinə
sahibdirlər . İranın ilk sindikaları və işçi ittihadiələri
Azərbaycan Türk işçilərinin çalışmalarıyla qurulmuşdur.
Buna görə də Türk işçiləri , Pəhləvilərin
dövründə və habelə İslam Cümhüriyyətinin qara illərində
ən çox zülmə , əziyətə və basqıya məruz
qalmışlar.
İşçilər , əməkçilər və bütün əmək
payı ilə yaşayanlar təşkılatlanmasalar ictimai siyasi
hadisələrə təsir qoya bilməzlər və öz sinfi istəklərinə
də çata bilməzlər. Buna görə də İslam Cümhüriyyəti
hər cür azad və müstəqil işçi təşkilatının
qurulmasından vəhştə düşür . İşçilər və
zəhmət adamları son 30 ildə İslam Hükümətinin işçilərə
qarşi düşmənliyini bütün varlıqları ilə his
etmişlər .
Azərbaycanli işçilər və zəhmət adamları
, Azərbaycanın hansi bölgəsində
yaşadıqlarına baxmayaraq və çalışdıqları
iqtisadi sahədən asılı olmayaraq ilk addımda mövcud sindikaları
və ittihadiyələri gücləndirəmyə və təsbit
etmyə çalışmalıdırlar . İşçi sindikasının
olmadığı karxanalarda və iş yerlərində
onları qurmalıdırlar və eyn şəkildə fərqli
sahələrdə çalışan işçilər
qollarını çırmayıb və öz sinfi təşkılatlarını
yaratmalıdırlar .
Bəlli dir ki , əmniyyət orqanlarının kontrolu
altında işçi ittihadiyələrini qurmaq rahat deyil . Əlbtə
itthadiyələrin qurulmasının iməkanı
olmadığı poliysi şərayitdə sinfi istəklərinin
dalını tutmaq üçün işçilərin gizli mərkəzlərini
qurmaq lazımdır . Azərbaycanın işsiz işçilərı
öz təşkilatlarını qurmağa
çalışmalıdırlar .
Azərbaycanlı Türk işçiləri Tehranda və Azərbaycan
mərzlərinin xaricindəki işçi sindikalarında öz fraksionlarını
yaratmalıdırlar . İtthadiyəsi olmayan karxanalarda və iş
yerlərində ittihadiyələrin qurulmasında və işçiləri
birlşdirəməkdə aktiv olmalıdırlar .
Azərbaycanlı Türk işçisi öz Milli Höviyyətini üzə
çəkməklə , vətəndaşlıq və milli
hüququnu müdafiə etməklə , ayrıseçkilik və xorbaxmaqla
( təhqir və təbiiz ) mübarizə də öz
damqasını basmalıdır .
İşçi sinfinin son yarım əsirdəkəi hərəkati
çox dəyərli təcrübələr qazanmışdır və
bu təcrübələrdən dərs alınmalıdır . İşçilərin
təcrübəli kadrları , çalışqanları və sindikaiçılar
işçi ittihadiyələrinin sinfi məsləhətlərinin
və mənfəətlərinin cəhtində olmalarına
çalışmalı və lazım olmayan yerdə siyasi məselələrə
qarışmaqdan uzaq durmalıdırlar.
Azərbaycan Milli Hərəkətinin kadrları , fəalları
, məhfilləri və təşkilatları işçilərin
məsələlərinə və çətinliklərinə tücə
edib və işçi hərəkətlərində və
onların sinfi mütalibələrini qazanmaq üçün apardıqları
mübarizədə onların yanında durmalıdırlar . Azərbaycan
Milli Hərəkəti işçilərın və zəhmət
adamlarının etimadını qazanmalıdır və bu da
ancaq işçilərın mübarizələrində əməldə
şirkt etmək və onları dəstkləməklə müməkün
olabılır .
Unutmamalıyıq ki, Azərbaycan Milli Demokratik Hərəkəti
tək məzmunlu bir hərəkət deyil və belə də
olmamalıdır . Azərbaycan Milli Hərəkəti , bütün
millətin adına danışmaq və geniş bir kütləni
bəsic etmək istəyirsə , ki belə də istəyir ,
Qadınların məsələlərinə və onların
istəklərinə ciddi şəkildə təvəcceh etməlidir
və onların yanında dayanmalıdır . Qadınların
azadlığı yolunda İslam Cümhuriyyətinin
qadınların əleyhinə tətbiq etdiyi geri
qalmış və irtıcai qanunlar ilə mübarizə etməlidir
.
Eyn şəkildə işçilərın və zəhmət
adamlarının gündəlik istəklərini müdafiə etmək
, İctimai Ədaləti , Yaşam Çevrəsini və İnsan
Haqlarını qorumaq Azərbaycan Milli Hərəkətinin vəzifələrindən
dir .
Azərbaycan Federal Demokrat Hərəkatının
İcraiyə Heyəti
27 aprıl 2011