آذربایجان فدرال- دموکرات حرکاتی نین مرکزی شوراسی‌نین گئنیش پلنومو

«آذربایجان فدرال- دمکرات حرکاتی»‌نین مرکزی شوراسی‌نین گنیش ایجلاسی، آقوست آیی‌نین ٤ و ۵-جی گونلرينده، ميلی- دموکراتیک موباريزه‌میزین، خصوصیله کئچن ایل خورداد آیی‌نین قیامیندا شهید دوشن دویوشچولرین آدی ایله آچيليب و بو اينسانلارین خاطيره لرینی عزيزله‌مکله بیر دقیقه سوکوتدان سونرا ايشه باشلادی. ایجلاس حرکاتین ايکينجی قورولتایدان سونراکی فعالیتلرینی دگرلندیریب و گله‌جگ فعالیتلر اوچون موعین تدبیرلر آلیب و دؤرد موختلیف سند تصویب ائتدی.

ايجرائیه هئياتی‌نین عوضوی هدایت سلطانزاده سؤزونو، سون قورولتایدان سونرا وفات ائتميش آذربایجان خالقی و ایران تورکلرينین گؤرکملی اوغلو محمدعلی قوسی( فرزانه) حقينده باشلاييب و دئدی: فرزانه ميلتیمیزین ان قارانلیق گونلرینده ميلی- دموکراتیک موباريزه‌دن ال گؤتورمه‌ييب و بو گونکو موباريزلریمیزین تربیتینده اونون جيدی رولو اولموشدور. او «آذربایجان- فدرال دموکرات حرکاتی»‌نین قوروجولاريندان اولوب و بیرینجی گوندن مرکزی شورا‌نین عوضوو ايدی. اونون وفاتی بیزیم تشکیلاتیمیز اوچون بؤیوک ایتگی ساييلير.

سلطانزاده‌نین دانیشیقلاریندان سونرا ايجرائیه هئیاتی‌نین مسئولو محمد آزادگر، آذربایجان ـ فدرال دموکرات حرکاتی‌نین ايکينجی قورولتایدان سونرا ائتديگی فعاليتلر حاقدا اطرافلی حسابات (گوزاريش) وئردی.

توپلانتی ايشتراکچيلاری حساباتی (گوزاريشی) هر طرفلی موذاکيره ائدندن سونرا ايشلرين داها تاثيرلی اولماسی اوچون لازيم اولان کونکرت قرارلار قبول ائتدیلر .

تشکیلات وتبلیغات ساحه‌سینده فعالیتی گئنیشلندیرمک اوچون موعین تدبیرلر آلیندی.

پلنومون اجرائیه هئياتی طرفیندن حاضیرلانان «تحليلی سند» « خورداد آیی‌نین قیامی حاقیندا»، « آذربایجان فدرال ـ دموکرات  حرکاتی‌نین ائتيلافلار سیاستی حاقیندا» و «آذربایجان جمهوريتینه بیزیم موناسبتیمز» آدلی سندلر، اطرافلی موذاکيره اولونوب و تصویب اولوندولار.

پلنومدا «کنگره مليتهای ايران فدرال» حاقیندا موذاکيره اولونوب و پلنوم ايکينجی قورولتاریين قرارينی دوزگون و پرنسيپلريميزه اويغون تانيياراق او قراری يئنيدن تائيد ائديب و تاکید ائتدی کی بیز «کنگره مليتهای ايران فدرال » دا یالنیز بیر قوناق کیمی اشتراک ائده بيلریک.

پلنوم ايجرائیه هئياتينی اؤز ایشینده ابقا ائتدی.

نهایت آذربایجان فدرال- دموکرات حرکاتی نین مرکزی شوراسی‌نین گنیش پلنومو آذربایجان سورودو ایله سونا چاتدی.

آ.ف.د.حرکاتی

Azərbaycan Federal- Demokrat Hərəkatının Mərkəzi Şurasının Geniş Plenomu

«Azərbaycan Federal- Demokrat Hərəkatı»nin mərkəzi şurasının geniş iclası, agust ayının 4 və 5-ci günlərində, milli- demokratik mübarizəmizin, xüsusilə keçən il xurdad ayının qiyamında şəhid düşən doyüşçülərin adı ilə açılıb və bu insanların xatirələərini əzizləməklə bir dəqiqə sükutdan sonra işə başladı. İclas hərəkatın ikinci qurultaydan sonrakı fəaliyyətlərini dəyərləndirib və gələcək fəaliyyətlər üçün müəyyən tədbirlər alıb və dörd müxtəlif sənəd təsvib etdi.

İcraiyə Heyətinin üzvü Hidayət Sultanzadə sözünü, son qurultaydan sonra vəfat etmiş Azərbaycan Xalqı və İran Türklərinin görkəmili oğlu Məhəmmədəli Qovsi( Fərzanə) haqqinda başlayıb və dedi: Fərzanə millətimizin ən qaranlıq günlərində milli- demokratik mübarizədən əl götürməyib və bu günkü mübarizlərimizin tərbiyəsində onun ciddi rolu olmüşdür. O «Azərbaycan- Federal Demokrat Hərəkatı»nin qurucularından olub və birinci gündən mərkəzi şoranın üzvü idi. Onun vəfatı bizim təşkilatımız üçün böyük itgi sayılır.

Susltanzadənin danışıqlarından sonra İcraiyə Heyatının məs’ulu Məhəmməd Azadgər, Azərbaycan Federal Demokrat Hərəkatının ikinci qurultaydan sonra etdiyi fəaliyyətlər haqda ətraflı hesabat (guzarış) verdi.

Toplantı iştrakçıları hesabatı hər tərəfli müzakirə edəndən sonra işlərin daha təəysırlı olması üçün lazim olan konkret qərarlar qəbul etdilər .

Təşkilat və təblığat sahəsində fəaliyyəti genişləndirmək üçün müəyyən tədbirlər alındı.

Plenomun İcraiyə Heyətı tərəfindən hazırlanan «Təhlili sənəd» « Xurdad ayinin Qiyamı haqqında», « Azərbaycan federal demokrat  hərəkatının Etilaflar Siyasəti haqqında» və «Azərbaycan Cumhuriyyətinə bizim münasibətimiz» adlı sənədlər, ətraflı müzakirə olunub və təsvib olundular.

Plenomda «Konqreye Melliyyəthaye İran Federal» haqqında müzakirə olunub və plenom ikinci qurultayın qərarını düzgün və pirənsiplərimizə uyğun tanıyaraq o qərarı yenidən təyid edib və təəkid etdi ki biz «Konqreye Melliyyəthaye İran Federal» da yalnız bir qonaq kimi iştirak edə bilərik.

Plenom İcraiyə Heyətini öz işində ibqa etdi.

Nəhayət Azərbaycan Federal- Demokrat Hərəkatının Mərkəzi Şurasının geniş plenomu Azərbaycan surudu ilə sona çatdı.

 

Azərbaycan Federal- Demokrat Hərəkatı