Siyrus bey Mədədi-nin Həqiyqi Məqsədi Nədir?

“Azərbaycan Federal Demokrat Hərəkatı” və ona uzv olan şəxslərin adlari, defelerle Siyrus Mədedinin “21Azər və Bugun” başlığı altındakı yazısına aid bəhslərədə  və “Gun Az” T.V. də gedən mübahisələrdə təkrar olunması uçun “Azərbaycan Federal Demokrat Hərəkatının” İcraiyə Heyetinin mesulu kimi özümü bir neçə məsələni, qisaca aydınlaşdirmağa borclu sayıram.

1)       Biz, S. Mədədinin 21 Azər bahanası ilə yola saldığı mübahisələrə qarşıyıq. Bizcə bu kimi mübahisələri Azərbaycan Milli Hərəkətinə təhmil etmək, milli hərəkəti əməldə zəifləndirib və inhirafa sövq eder.

İslam Cümhuriyyəti, səltənəttələblərin (şahçiların) müxtəlif növləri və fikir cığırdaşları “Panturkizm” dən bir hərbə kimi istifadə edərək , İran türklərinin hüququnu və haqlı istəklərini ayaq altına salıb və tapdalayırlar.

Bu kimi mübahisələr, Azərbaycan Milli Hərəkətinə əməldə təfriqə salıb və dağıdıcı əsərlər qoymaqla birlikdə aşırı Fars nasionalizminə, Azərbaycan Milli və Demokratik Hərəkatının əleyhinə təbliqat nəzərindən yardım edər.

Bu kimi bəhslər, azərbaycanın qabaqcıl, azadixah və bərabər hüquqluq istəyən hərəkatını əzməkdə İslam Cümhuriyyətinin əməllərini müvəcəh cilvələndirər.

 

2)       Mədədi bəy dostaları ilə birlikdə Azərbaycan saytında hayküy ilə özlərin dəridən qabıqdan çıxarır və çalışırlar belə göstərsinlər ki, onların bu kimi mübahisələri tərh etməkdən güddükləri məqsəd yalnız Azərbaycan Milli Demokratik Hərəkətinə xidmət etməkdir. Ancaq onların yazıları və durumları bu iddianın xilafınadır.

Günümüzün həssas şəraitində Məhəmmməd Əmin Rəsulzadənin, Elçi Bəyin yaxud Piyşəvərinin siyasi bioqrafiyalarına təhrif olunmuş , xam və bir cəhətli yanaşmaq və ondan vəsiylə kimi faydlanmaq, Azərbaycan Milli Hərəkətinin xeyrinə olmayıb, bəlkə bütövlüklə onun qarşısında dayanır.

 

Məzlum millətlərə qarşı ap açıqcasına milli zülm eemal etmək, milliyyətlərə və məzhəblərə qarşı milli  və məzhəbi apartayd, qadınlara qarşı cinsi apartayd eemal etmək, İslam Cümhuriyyətinin ideolojik təməllərindən sayılır. İran ölkəsində çox milionlu türkün mədrəse deyil bircə dana uşaq baxçası belə yoxdur.  Ana dilində təhsil almaq kimi ən ibtidai hüquqdan məhrum olanlar bunu dilə gətirdikdə ağir cəzalara dözməli olurlar. Ölkə sakinlərinin çoxunluğu yoxsulluq və fəlakət içində yaşayırlar. Belə bir yerdə, bu şəraitdə özünü oda külə vurub və qan təri tökə tökə Azərbaycan Milli Hərəkəti içərisində sin sin Pantürkizm və Turanizm dalıca gəzməyin adını ağılli bir iş qoymaq olmaz.

Azərbaycan Milli Hərəkəti gərgin şərait altında İslami Hökumət ilə taleh yüklü mübarizə aparmağa məşğuldur. Bu mübarizə iranda yaşayan Türk millətinin və Azərbaycan xalqının öz müqəddəratını təəmin etmək haqqı uğrundadır, qadınların, millətlərin və şiyə olmayan məzhəblərin haqqında eemal olunan cinsi, milli və məzhəbi apartayda son qoymaq uçundür, xalqı bürümüş yoxsulluq və fəlakətləri aradan aparmaq məqsədini daşıyır.

 

3)       “Vahab Təbrizli” kimiləri (Siyrus Mədədinin dediklərini farscaya çevirən), Azərbaycan Milli Hərəkətində olan ayrılıqlardan, fərqli meyilləri bir birinin qarşısında qoymaqla təfriqəni körükləmkdən sevincini gizlədə bilməyirlər. Sözsüz belə bir şadlıq yersiz deyil və Azərbaycan Milli Hərəkətindən tərəfdarlıq etmək örtüyü altında özünü gizlədib və hərəkətə qarşı iyrənc qurqular quran əllərin vücuduna dəlalət edir.

4)       Bəəzi şəxslər və o cümlədən Siyrus Mədədi bəy, orada burada iddia ediblər ki, güya “Azərbaycan Federal Demokrat Hərəkatı” nın qurucularından (müəssislərindən) dirlər. Yeri gəlmişkən açıqcasına deməliyəm ki, bu şəxslər və Siyrus Mədədi heç zaman “Azərbaycan Federal Demokrat Hərəkatı” nın qurucularından olmayıb və heç vaxt təşkiylatımizda üzv kimi də olmayıblar.

5)       “Azərbaycan Federal Demokrat Hərəkatı” nın müxalifləri təşkilatın qurulduğu birinci gündən belə çalışıblar təşkilatın içində ayrılıq salıb və fərqli dəstələr kəşf etsinlər (çıxarsınlar). Məncə Siyrus Mədədinin, təşkilatımızın İcraiyə Heyetinə və onun məsulu Məhəmməd Azadgərə xitabən yazdığı mıktub təşkilatı yarmaq və ayrılıq salmaq məqsədinə jönəlmiş bir təlaş kimidir.

 

Bizim təşkilatın quruluşu Komunist partiyalarının Kominternçi Stalinçi biçimində deyil, bir Şəxsiyyətə dayanmayıb və Elitlər üzərində əsaslanmayıbdır.

 

Təçkilatımızda, fərqli meyillərə sahib olmaq haqqi və təşkilatımızın nizamnaməsində açiqcasəna təsrih edildiyi kimi hətta fraksion qurmaq haqqi azaddir. Bizim təşkilatımız bağlı və örtülü ideolojik tışkilat deyil, bir siyasi təşkilatdır. Bizi bir araya gətirib bir yerə yığan amil “Azərbaycan Federal Demokrat Hərəkatı” nın milli, demokratik və ədalət sevər modern platformudor, İran Türklərinin və Azərbaycanlıların bərabər milli və vətəndaşlıq haqlarına çatmaq yolunda mobarizə aparmaqdır.

6)       Əslində Pantürkizm, Turanizm və Bozqurd xətəri adlananı, Azərbaycan Milli Hərəkətinin düşmənləri quraşdırıblar. Azərbaycan Milli Hərəkətində aşırı meyillərin də mövcud olması olduqca təbii dir və bunlar indilikdə Hərəkət uçun bir xəter sayılmayır. Bu kimi aşırı meyillər, aşırı Paniranizmin və Farsçılığın və önümüzdə duran, İslam Cümhuriyəti adlanan qurdun törətdiyi bir əksüləməl dir.

 

Pantürkizm xətərini qabardanlar, birinci növbədə Paniranizm, Aşırı Fars nasionalizmi və İsalam Cümhuriyəttinin Rasizmi ilə əlaqədə hansı durumu tutduqlarını bəlli  etsəydilər yaxşı olardı.

Yazının sonunda bunu da xatırlatmalıyam ki, hakim millətin aşırı Nasionalizmi, Rasizm və ayrıseçicilik əsasında qurulmuş geniş ideolojik propaqanda sisteminə sahibdir və əzib tapdalayıcı aparatlara malikdir. Zülm altında yaşayam məhkum millətin aşırı Nasionalizmi, hakim millətin aşırı Nasionalizmi ilə bərabər sayıla bilməz və müqaisə edilməz.

 

Məhəmməd Azadgər-  Azərbaycan Federal Demokrat Hərəkatının İcraiyyə Heyətinin Məsulu