Hidayet Sultanzadə-nin Avropa Parlamentindaki Çıxışı
Çevirəni- dr. Sidiqqə Adalati
Xanımlar bəylər!
Hər şeydən öncə Azərbaycan Federal Demokrat Təşkilatının
bir nümayəndəsi olaraq bu konfransı orqanizə edənlərdən
mənə, İranda siyasi və kültürəl həqdən məhrum edilmiş ən böyük milliyətin,
yə’ni Güney Azərbaycan həqqində ki, cəmiyyəti
quzey də Azərbaycan cəmiyətinin uç qatıdır və
ağırlıq və önəmi siyasi fəəal və elmi
kadr baxımından farslar qədərdir, danışma fürsəti verdikləri
üçün təşəkürlərimi bildirirəm.
Azərbaycanlılar yeni əsirdə hər zaman bütün demokratik
hərəkətlərin öncüsü olmüşlar, biz bu gələnəklərə
və ənənələrə dayanaraq
çalışırıq İranda yaşayan milliyətlərin Demokratik
cəhətdə inkişafı uğrunda olan fəaliyətlrimzi
bir yerə toplayaq.
Bunu söyləməliyəm ki, Azərbaycanın bütün siyasi və
kültürəl fəalları öz qədərlərini təyin etmə
həqqinə sahib olma düşüncəsində ortaqdılar ama onun məzmuni və onu İranın ictimai
və siyasi sahəsində gərçkləşdirmə yolu həqqində
fərqli fikirlərə sahib olabilirlər.
Buna inanıram ki öz qədərini təyin etmə həqqi
terimi öz anlamını dövlət-millət fikrindən alır və
bəlli bir milliyətin dövlətçiliyi üçün siyasi cəhətdən
malik olduğu həqləri özündə ihtiva edir və ilk tarixi
təcrübəsi Fəransə inqilabında özünü göstərdiyi
kimi, öz qədərini təyin etmə həqqinin gərçək
anlamı bir milliyətin, dövlətin siyasi aparatı üzərində
olan demokratik kontrol etmə həqqidır. Bir milliyətin
hakimiyəti həqqində olan belə bir anlayışla Azərbaycan
Federal Demokrat Təşkilatı öz qədərini təyin etmə
həqqi düşüncəsini və gələcəkdə demokratik
şəkildə bir hükümətin qurulmasını nəzərə
alır.
Çox milliyətli bir ölkədə öz qədərini təyin
etmə həqqi bu dövlətçilikdə ortaq olmaqdan, bütün milliyətlərin ictimai hüquqa sahib olmalarından və
bütün sahələrdə siyasi gücə ortaq olmaqdan başqa bir
şey deyildir. Dövlətçilikdə belə bir
ortaqlığın siyasi əbzarı və qədərini təyin
etmə həqqinin gərçkleşməsi yalnız bir federativ
sistemlə mümkün olabilir və
bunun üçün milliyətlərin fərqli höviyətləri rəsmiyətə
tanınmalı, sayqı ilə
yanaşmalı və federativ ölkənin anayasasının ərkanlarından
biri olmalıdır. Yeni əsirin tarixi, federalizm sahəsində
bir çox nümunəyə sahibdir. Bizim burada qonağı olduğumuz
dövlət, Kanada, Swıss, Berzil və başqa ölkələr də
bu nümunə lərdəndirlər. Hamısından önəmli
budur ki Avrupanın indiki hərəkəti bu məsirdədir.
Eyni şəkildə yeni tarix bu sahədəki teorik
düşüncənin ilham qaynağıdır. Özəlliklə bunu
göz önündə tutmalıyıq ki İranda yaşayan milliyətlərin
bir çoxu məsəla biz Azərbaycanlılar özümüz bölünmüş
millətlərik. Və bu aydın bir həqqiqətdir ki çox
milliyətli bir ölkədə, milliyətlərin fərqli höviyətləri
federalizmi səciyələndirən özəlliklərdən
biridir.
Bizim ölkəmizin indiki siyasi quruluşu federalizm cəhətində
ən kiçik bir dəyişməyə imkan vermir. Bundan əlavə
onun siyasi quruluşu islah olamayacaq qədər sərt və
qabadır.
İranın mətnində biz iki qaltlı qeyrinormal bir
siyasi yapıyla üzüzəyik və
bu milliyətlərin məseləsində böyük təsir buraxır.
Birincisi, məzhəbi, ideolojik və siyasi bir sistem ki, fərqli
sahələrdəki apartayd siyasətiylə bütün toplumun
qabağında durub. Mən bunu totalitər bir siyasi yapı olaraq
dəyərləndirirəm və ikincisi, yalnız bir milliyətin
yə’ni farsların siyasi gücünə dayanan tək milliyətli
bir siyasi yapı. Demək, çox milliyətli və çox kültürlü bir toplumda
fars dilinin zorla ölkənin cəm’iyətinin çoğunluğunu təşkil
verənlərə təhmil edilməsi. Bu olay tək başına hətta
opozisiyon quruplarının arasında da bir ideolojik
qarışıqlığa yol açmışdır. Onların
bə’zisi demokratik həq istəyini
ayırımcılıqla eşit sayabilirlər.
Başqaları düşünürlər ki fərdi həqqin
qurulması və ya insan həqlərinin uyqulanması adi və
mütəaarif bir siyasi sistemin qurulmasına səbəb olabilər.
Bu addımlar Nə qədər
dəyərli və mötəbər olsalar da, fərqli milliyətlərin
toplu həqlərinin əsasında bəlirlənmiş
federativ bir dövlətin zəruriyətlərini vahid bir dövletin qurulmuş
mərzlərinin içində tamin edəbiləməz.
Bunu düşünmək mümkündür ki milli zülm də bir dəyişiklik
olmadan mövcud ideolojik totalitər siyasi sistem İranın siyasi səhnəsindən
yox olsun. Eyni olaya 1979 ilinin inqilabında şahid olduq və səltənətin
islam cumhuriyətinə dəiyşməsi ilə taza rejim
milli zülmün payalarını daha da möhkəmləşdirdi. Buna görə
bir federativ dövlətin qurulması o zaman mümkün olur ki çox milliyətli
bir toplumun, tək milliyətli siyasi yapısının ərkanında
bir dəiyşmə olsun və onunla ilgili fars dilinin başqa
dillərə imtiyaz sahibi olması da dəiyşməlidir. Tək
böödlü bir siyasi yapının qorunması çox milliyətli bir
toplumda daimi çatışmalara yol açıb, barış içində
bərabər yaşamanın qabağı kəsiləcəkdir.
Milli təbizlərin bir sonucu da İran toplumunda birinci dünya
və üçüncü dünya rabitəsinin
yaranmasıdır. Hətta əgər iqtisadi baxımdan
bu ağıl və məntiqə uymasa da, bütün maddi
yatırımlar və insani gəlişmələr əsasən
fars bölgələrində olur. Toplumların insani sərmayəsində
bilimin önəminin getdikcə artması, bizim toplulmumuzdakı
milli zülm altında olan topluluqların haşiyəyə surulməsinə
səbəb olub və məncə milli zülm toplumda təbəqələrin
yaranmasında çox önəmli rol oynayıb və məzlum milliyətləri
hakim milliyətin geyri mahir işçiləri halinə gətirmişdir.
Mənim burda sormaq istədigim soru budur: Demokratik bir sistemi, İranda
zülm altındakı milliyətlərin məseləsinə bir
çarə tapmadan təsəvür etmək mümkün mu? Məncə
milli məselə üçün demokratik bir çarə düşünmək bizim
ölkəmizdə demokrasini ortaya çıxardan əsaslardan biridir.
Ayrıca buna inanıram ki bu gəlişmə eyni zamanda İranda
demokratık dəiyşmə ilə bərabər irəli
getməlidir. Bizim demokrasini gərçkləşdirmək üçün bir
mərhələmiz və milli zülmə çarə tapmaq üçün
başqa bir mərhələmiz yoxdur. Milli təb'izi yox etmək
özü demokratik dəiyşimin bir bölümünü təşkil verir. Ona
yetişmək üçün bu yetərli deyil ki zahirdə sekular bir
sistem bu məzhəbi ideolojik hükümətin yerinə geçsin. Gərçi
sekularizm və özgür seçim salim bir hükümətin zəruri ünsürləridir.
Ama onlar tək başına tam demokratik bir sistemin
varlığını qaranti edəbiləməzlər. Bizim
bundan daha irəliyə getməmiz gərəkir. Bizim buna
ehtiyacımız vardır ki fars milliyətinin hakimiyətinə
dayanan tək böödli siyasi yapı ki «İran milləti» nin saxtə
pərdəsinin arxasında gizlədilmişdir və buna təzahür
etmək ki fars dili İrandakı bütün milliyətlərin ortaq
dilidir, öz yerini çox milliyətli və çox dilli bir plural sistemə
versin və bu İran toplumunun gərçəyini özündə münəkis
etsin. Çünkü İran adı yalnız bir coğrafi bölgəyə
xitab edilir və tək başına heç bir milli höviyyətin
göstərgəsi deyildir. Onun şəkli və əndazəsi
də heç bir zaman eyni olmayıb. O yüzdən belə bir məselə milliyətlərin
höviyyətini göstərirkən tarixdən yalnış bir təsvir
yaradıb və onların hamısını ortaq bir göstərgə
yəəni İran milliyəti ilə tanıtdırır ki
bu da əməldə fars milliyəti və fars dilindən
başqa şəkildə təfsir olmur.
Sonucda bu ki milli təbizi məhv etmək və demokratik və
federativ bir siyasi sistemi qurmaq üçün düşünülən çarə ancaq İran
toplumunun içindən çıxar . Demokrasini xarici güclərin nizami
(hərbi) həmlələri ilə əldə etmək mümkün
deyildir. Xarici nizami (hərbi) həmlə bəlkə uzun müdətli
qarışıqlığa səbəb olabilir ama demokrasinin
qurulmasına səbəb ola bilməz. Əfqanistan və İraqa
olan həmlə yaxşı bir nümunədir. Biz buna
inanmırıq ki demokrasini nizami (hərbi) həmlə və
şidət qurbanilərinin başlarının cümcüməsinin
üstündə qurmaq olur. Hətta əgər demokrasıya
yetişmək daşlı və qayalı bir dağdan
yuxarı çıxmaq kimi çətin olsa da, biz düşünürük ki İran
toplumu o dərəcə də yetginliyə və mədəni
bilincə sahibdir ki başarabilir salim bir hüküməti və milliyətlərin
arasındakı bərabərlik arzusunu gərçəkləşdirsin.
Bunu gərçkləşdirmək ancaq ölkənin içindəki
bütün demokratik hərəkətlərin birleşməsiylə,
cinsi bərabərlik üçün qadın hərəkətləri və
müəlimlərin hərəkətləri, özgürlük və ictimai
ədalət üçün işçilər və millətlərin birlikdəliyi
və əl ələ verməsiylə mümkün olabilir. Demokratik
bir sistemin qurulması üçün bizim İrandakı bütün milliyətlərin
əl birliyinə ehtiyacımız
var. Eyni şəkildə buna ehtiyacımız var ki, ictimai ədalət
istəyi, xəlqin özgürlüyü, və ictimai
yaşayışın bütün sahələrində
qadınlarınan kişilərin bərabərlik ideali, öz qədərini
təyin etmə həqqinin önəmli bir bölümünü təşkil
versin. Beləliklə demokrasinin əsasları fərqli mədəni
hərəkətlərin birlikdəlikləri ilə oluşacaqdır
və federativ və demokratik bir hükümətə yetişmək
çox da uzaq olmayacaqdır. David hiyum bir zamanlar söyləmişdi ki güc hər zaman
insanların tərəfindədir və o ayağa
qalxdığında onun iradəsindən təbəiyyət olunacaq.
Hörmətlə,
Hedayət Soltanzadeh