سياسى
بيرلشمه لر و
ائتيلافلارا
عايد حرکت خطيميز
بؤيوک
سياسى
حرکتلرين باش
توتماسى و
درين سياسى
ايجتيماعى
تحووللرين
(دگيشيکليکلرين)
يارانماسى،
سياسى
ائتيلافلارين
و بلوکلارين
قورولماسيندان
آسيليدير.
آ.ف.د.حرکاتى
بؤيوک
ايجتيماعى
سياسى
دگيشيکليلر
ياراتماق اوچون،
تورک ميلتىنين
و آذربايجان
خلقىنين
قورتولوشو
اوغروندا،
ايراندا
دموکراسييانين
برقرار
ائديلمهسى
يولوندا
موباريزه
ائتديگينه
گؤره، آذربایجانلی
وغئیر
آذربایجانلی
سياسى
تشکيلاتلار و
جريانلارلا
امکداشليق
ائتمه و
ائتيلافلار
قورما
سياستينى
آچيق ـ
آیدین مئيدانا
قويماغى، اؤز
بورجو سايير.
1)-
آذربایجانلی
سیاسی
جریانلارلا
ائتلاف وامکداشلیق
-
تورک ميلتی،
ايراندا
ياشايان
ميلتلر
ايچرسينده
نیفوس نظريندن
ان چوخ سايلى
ميلت دير.
ایراندا فارس
میلتی ایله و
یا باشقا
مظلوم
ميلتلريله موقايسه
ائتديکده،
اونون
ايجتيماعى سياسى
حاديثهلر و
تحووللر
اوزرينده
قويدوغو
تاثير اولدوقجا
يوکسک دير.
سونکو يوز
ايلين تاريخى
تجروبهلرينه
آرخالانساق،
ايران
تورکلرينين و
آذربايجان
خلقىنين
ميلى-
دموکراتيک
حرکاتى،
اينقيلابچيليق
عنعنهلرى،
ايستيبداد،
جهالت و
مؤوهومات
ايله موباريزهسى
، آزادليق و
دموکراسى
اوغروندا
ووروشمادا
قاباقجيلليغى
ايران
جوغرافيياسيندا
ساکين اولان ميلتلرين
خاطیریندن
سيلينمهين
دير. آنجاق
بونلارا
باخماياراق،
حئييفلر اولسونکى
هلهليک
ميلتيميزين
سياسى قووهلرى
داغينيقدير.
بوداغینیقلیقا
سون قویماق
اوچون
چالیشماق
گرگدیر. بیزجه
، میلتلرين
اؤز مقدراتینی
تعیین ائتمک
حقينى پرنسيب
کيمى گؤتورمک
(فرقلى
يوروملارينى
نظرده
توتمادان) و
فارس
شوونيزمينى
تمثيل ائدن و
دينچی
ديکتاتورلوق
اعمال ائدن
ايسلام
جومهوريتى
ايله
موباريزه
آپارماق، بوتون
سياسى
تشکيلاتلارى
و هويتچى
آکتيويستلرى
ال بيرليگه
يؤنلدن
اورتاق نوقطه
اولا بيلر.
آ.ف.د.ح
ايراندا
ائتنيک
فدرالیزم
قورماق اوچون
چالیشیر.
بوناگؤره
طبيعى اولاراق،
اؤزونو،
ايرانين گلهجک
سياسى
قورولوشونو
فدراليزم
پروژه سىنين
حياتا کئچمهسينده
گؤرن سياسى
جريانلارين
يانيندا گؤرور.
دئمک
آذربايجان
فدراليست قووهلريله
امکداشليق
ائتمک،
بيزيم
ائتيلافلار
مسالهسينه
عايد
سياستيميزده
اوستونلوک
داشىيير.
آنجاق بو
اوستونلوک
وئرمگين
معناسى، ايستقلالچيلارلا
ديالوق
آپارماماق و
ياخود يئرى
گلديکده
کونکرت
موريدلرده
امکداشليق و البيرليک
ائتمهمک
دئييلدير.
آذربایجان
فدرال
موکرات
حرکاتینين
نظرينجه
يوخاريداکى
مولاحيظهلردن
علاوه،
گونوموزون
اولدوقجا
حساس و گرگين
شرايطينده،
بوتون
آذربايجانلى
تشکيلاتلار و
قروپلار،
فرقلى
دوشونجه
صاحيبلرى، سياسى
مراميندان
آسيلى
اولماياراق،
اؤز سياسى
خطينى و
پلاتفورمونو
ساخلاياراق،
بير نئچه تمل پرنسيبلر
اساسيندا
(کونکرت
بيچيمده) بير
يئرده (بير چادير-چاتى
آلتيندا)
ييغيشماليديرلار.
2)-
مظلوم ميلتلرين
سياسی
تشکيلاتلاری
ايله
امکداشليق
ايراندا
ياشايان
مظلوم
ميلتلر،
ايران ايسلام
جومهوريتينى
آرادان
آپاريب و اؤزمقدراتنی
اؤز اللرينه
آلمالارى
اوچون، گوجلو
سياسى بير
ايتحاد
قورماليديرلار.
اونسوز بو
مانيعهنى
آرادان
قالديرماق
اولماز. مظلوم
ميلتلرين اؤز
آرالاريندا
امکداشليق،
ال بيرليک و
آرخاداشليق
ائتمهلرى،
فارس
شوونيزمينه
غلبه چالماق
اوچون حياتى
بير مساله
دير. بو
کيمى
امکداشليق،
يولداشليق
اولمادان بو
ايش باش
توتماز.
دوشونولمهميش،
اؤلچولمهميش
و تداروک
گؤرولمهميش
هر بيرحرکت و
عمل،
گونوموزون
اولدوقجا حساس
شراييطينده
موباريزهنين
گئديشينه چوخ
آغير لطمهلر
ووروب و گؤزلهنيلمز
نتيجهلره
گتيريب
چيخارا بيلر. حتا
ايران ايسلام
جومهوريتىنين
خئيرينه
اولابيلر.
ایسلام
جمهوریتی
ظولمه معروض
قالمیش
میتلرین بیرگه
موباریزهسیندن
قورخور.
ایسلامی
حکومت
دایانمادان
وار گوجویله و
بوتون
وارلیغی ایله
میلتلر
آراسیندا نيفاق
و آيريليق
سالماق اوچون
تؤوطيهلر
قورور
و چالیشیر بو
واسيطه ایله
میلتلرین
حقلی
موباریزهسین
دوزگون
یولوندان
چیخاردیب و اينحرافی هدفلر
اورتایا
آتماقلا و
یالاندان
خيالى
دوشمنلر
یونتالاماقلا،
ظولمه معروض
قالمیش
میلتلرین
ايسلام
جومهوريتينه سارى
يؤنلميش
موباريزهسىنين
جهتینی مونحريف
ائتسین.
ایراندا
یاشایان
میلتلرین
گوجلرینین (تشکیلاتلارینین)
آراسیندا نيفاق،
تجزیه و
دوشمنچیلیک
اولدوروجو
بير زهر کيميدیر
کى،
رژیم علئیهينه
گئدن
موباریزهنی
کوتلشديريب
حتا
میلتلرین اؤزلرينه
بئله چوخ آغير
باشا گلر.
آذربايجانين
تاريخى
تورپاقلاريندا
گؤزو اولان،
اونو رسميتله
تانيمايان و
ايلحاقچيليق باخيشی
اولان جريانلارلا
امکداشيلق
سؤزو يئرسيز
دير.
3)سیاسی
جریانلارلا
امکداشليغيميز
سون ایللرین
تجروبهسی و
ايرانين
سیاسی
تشکيلاتلارينین
ميلی مسالهیه
و ميلى ظولمه
معروض قالمیش
میلتلرین
ایستکلرینه
نئجه یاناشمالاری،
سياسى
جريانلارين
چوخونلوغونون
آشيرى ايرانچيليقلا
و فارس
شوونيزمى
ايله زهرلنمهلرينى
آچيقجاسينا
گؤسترير.
ميلتلرين
برابر حوقوقلوغونو،
ميلتلرين
مقدراتينى اؤزلرى
تعيين ائتمه
حقينى قبول
ائدن و ايرانى
چوخ ميلتلى
بير اؤلکه
اولاراق رسمى
تانييان سياسى
تشکيلاتلارلا
امکداشليق
يوللارينى تاپمالىييق.
آذربايجان
فدرال
دموکرات
حرکاتی نين
مرکزی شوراسی
Siyasi
Birleşmələr və Etilaflara aid Hərəkət
Xəttimiz
Böyük siyasi
hərəkətlərin baş tutması və dərin
siyasi ictimay təhəvüllərin (dəyişikliklərin)
yaranması, siyasi etilafların və blokların
qurulmasından asılıdır.
Azərbaycan Federal Demokrat
Hərəkatı böyük ictimai siyasi dəyişiklilər
yaratmaq üçün, Türk millətinin və Azərbaycan xalqının
qurtuluşu uğrunda, iranda demokrasiyanın bərqərar
edilməsi yolunda mübarizə etdiyinə görə,
azərbaycanlı və ğeir azərbaycanlı siyasi
təşkilatlar və cərəyanlarla
əməkdaşlıq etmə və etilaflar qurma
siyasətini açıq aydın meydana qoymağı, öz borcu sayir.
1)- Azərbaycanlı Siyasi
Cərəyanlarla Etilaf və Əməkdaşlıq
- Türk milləti, iranda yaşayan
millətlər içərsində nifus nəzərindən ən
çox saylı millət dir. İranda Fars milləti ilə və
ya başqa məzlum millətlərilə müqayisə
etdikdə, onun ictimai siyasi hadisələr və
təhəvüllər üzərində qoyduğu təsir olduqca
yüksək dir. Sonku yüz ilin tariyxi təcrübələrinə
arxalansaq, İran türklərinin və Azərbaycan
xalqının milli- demokratik hərəkatı,
inqilabçılıq ənənələri, istibdad,
cəhalət və mövhumat ilə mübarizəsi , azadlıq
və demokrası uğrunda vuruşmada qabaqcıllığı
İran cuğrafiyasında sakin olan millətlərin
xatırından silinməyən dir. Ancaq bunlara baxmayaraq,
heyiflər olsunki hələlik millətimizin siyasi quvvəlri
dağınıqdır.
Bu dağınıqlığa
son qoymaq üçün çalışmaq gərəkdir. Bizcə ,
millətlərin öz müqəddəratını təyin
etmək haqqını pirənsip kimi götürmək (fərqli yorumlarını
nəzərdə tutmadan) və Fars şovunizmini təmsil
edən və Dinçi diktatorluq emal edən İslam Cumhuriyyəti
ilə mübarizə aparmaq, bütün siyasi təşkilatları
və höviyyətçi aktivistləri əl birliyə
yönəldən ortaq nüqtə ola bilər.
Azərbaycan Federal Demokrat
Hərəkatı iranda etnik federalizm qurmaq üçün
çalışır. Bunagörə təbii olaraq, özünü, iranın
gələcək siyasi quruluşunu federalizm projəsinin
həyata keçməsində görən siyasi cərəyanların
yannında görür. Demək Azərbaycan federalist quvvələri
ilə əməkdaşlıq etmək, bizim etilaflar məsələsinə aid
siyasətimizdə üstünlük daşıyır. Ancaq bu üstünlük
verməyin mənası, istiqlalçılarla dialoq aparmamaq və
yaxud yeri gəldikdə konkret moridlərdə
əməkdaşlıq və əlbirlik etməmək
deyildir.
Azərbaycan Federal Demokrat
Hərəkatının nəzərincə yuxarıdaki
mülahizələrdən əlavə, günümüzün olduqca həssas
və gərgin şərayitındə, bütün
azərbaycanlı təşkilatlar və qruplar, fərqli
düşüncə sahibləri, siyasi məramından asılı
olmayaraq, öz siyasi xətini və platformunu saxlayaraq, bir neçə
təməl pirənsiplər əsasında (konkret biçimdə)
bir yerdə (bir çadır-çatı altında)
yığışmalıdırlar.
2)- Məzlum
Millətlərin Siyasi Təşkilatlarilə
Əməkdaşlıq
İranda yaşayan məzlum
millətlər, İran İslam Cumhuriyyətini aradan
aparıb və öz
müqəddəratnı öz əllərinə almaları üçün,
güclü siyasi bir ittihad qurmalıdırlar. Onsuz bu maniəni aradan
qalldırmaq olmaz. Məzlum millətlərin öz aralarında
əməkdaşlıq, əl birlik və arxadaşlıq
etəmələri, Fars Şovunizminə qələbə
çalmaq üçün həyati bir məsələ dir. Bu kimi əməkdaşlıq,
yoldaşlıq olmadan bu iş baş tutmaz. Düşünülməmiş,
ölçülməmiş və tədarük görülməmiş hər bir
hərəkət və əməl, günümüzün olduqca həssas
şəraitində mübarizənin gedişinə çox
ağır lətmələr vurub və gözlənilməz
nəticələrə gətirib çıxara bilər. Hətta İran İslam
Cumhuriyyətinin xeyrinə olabilər.
İslam Cumhuriyətti zülmə
məruz qalmış millətlərin birgə
mübarizəsindən qorxur. İslami hökumət dayanmadan var gücü
ilə və bütün varlığı ilə millətlər
arasında nifaq və ayrilıq salmaq üçün tövtiələr
qurur və çalışır bu
vasitə ilə millətlərin həqli mübarizəsin düzgün
yolundan çıxardıb və inhrafi
hədəflər ortaya atmaqla və yalandan xəyali
düşmənlər yontalamaqla, zülmə məruz qallmış
millətlərin İslam Cumhuriyyətinə sarı
yönəlmiş mübarizəsinin cəhətini münhərif etsin.
İranda yaşayan millətlərin güclərinin
(təşkilatlarının)
arasında nifaq, təcziyə və düşmənçilik
oldürücü bir zəhər kimidir ki,
rejim əleyhinə gedən mübarizəni kütləşdirib hətta millətlərin özlərinə
belə çox ağır başa gələr.
Azərbaycanın tarixi
torpaqlarında gözü olan, onu resmiyyətlə tanimayan və ilhaqçılıq
baxışı olan cərəyanlarla
əməkdaşılq sözü yersiz dir.
3)- Siyasi
Cərəyanlarla Əməkdaşlığımız
Son illərin təcrübəsi və iranın
siyasi təşkilatlarının milli məsələyə
və milli zülmə məruz qalmış millətlərin
istəklərinə necə yanaşmaları, siyasi cərəyanların çoxunluğunun aşırı
irançılıqla və Fars şovunizmi ilə
zəhərlənməlrini açıqcasına göstərir.
Millətlərin bərabər hüquqluğunu, millətlərin
müqəddəratını özləri təyin etmə
həqqını qəbul edən və iranı çox
millətli bir ölkə olaraq rəsmi tanıyan siyasi təşkilatlarla
əməkdaşlıq yollarını tapmalıyıq.
Azərbaycan Federal Demokrat
Hərəkatının Mərkəzi Şurası