آذربايجان جومهوريتينه موناسبتيميز

 

آذربايجان خالقی ايکييه بؤلونموش بير خالق حؤکمونده دير.

 

ميلتيميز ايکی يوز ايله ياخين آيری دؤولتلر آلتيندا ياشاماغا باخماياراق واحيد بير ائتنيک ميلتين ايکی پارچاسی کيمی تاماميله عئينی ديل، کولتور، فولکلور، عنعنه و آداب مراسيمه ماليکدير.

 

ايندی آذربايجانين شيمالی (قوزئی) بؤلومونده موستقيل دؤولت- آذربايجان جومهوريتی ياشاماقدادير. شيمالی (قوزئی) آذربايجانين آنا ياساسی پلورال، دموکراتيک، لائيک و چاغداش دونياميزين بين الخالق قايدا قانونلارينا اويغون و مودئرن بير دؤولت قورماق موازينی اساسيندا يازيلميشدير. قادينلارين کيشيلرله برابر حوقوقلوغو، چاغداش دونياميزين قايدالارينا موطابيق، آنا ياسادا قورونور. آذربايجان جومهوريتی‌نين اوپوزيسيونو مؤوجود اولوب  و اولماسی دا آنا ياسانين حيمايه سی آلتيندادير.

 

آذربايجان فدرال دموکرات حرکاتی، شيمالی آذربايجان جومهوريتی نين موستقيل دؤولتچيليگيندن حيمايت ائتمگی بوتون ايران تورکلرينين و او جومله‌دن جنوبی (گونئی) آذربايجان خالقی نين وظيفه سی سايير. موستقيل شيمالی آذربايجانين داخيلی ايشلری و سياسی موباحيثه‌لری بيرينجی نؤوبه‌ده اونلارين ايقتيدار و اوپوزيسيون تشکيلاتلارينا عايدير. موستقيل شيمالی آذربايجانين دؤولتچيليگيندن مودافيعه و حيمايت ائتمک،  هانسی بير پارتيانين ايقتيداردا اولوب - اولماماسيندان آسيلی دئييلدير.

 

جنوبی آذربايجانين ميلی دموکراتيک حرکاتینين دوشمنلری چاليشيرلار جنوبی آذربايجانين سياسی قووه لرينی آذربايجان جومهوريتی ايله قارشی قارشييا قويسونلار. ميلی حرکاتين فعاللاری و سياسی قووه لری بئله بير تلهيه دوشمه‌ملی و آذربايجان جومهوريتی نين اوپوزيسيون رولونو اويناماماليديرلار.

 

بيزجه بو خط، جنوبی آذربايجانين ميلی حرکاتی اوچون ان دوزگون و ان اؤنملی حرکت خطی دير.

 

ايران ايسلام جومهوريتی شيمالی آذربايجان علئيهينه ائرمنی ايشغالچيلاريندان حيمايت ائتمکدن ال گؤتورملی‌دير. آذربايجان تورپاقلارينين ايشغالينا سون قويولماليدير و قاراباغ آزاد ائديلمه ليدير. بو بوتون آذربايجانليلارين وازگئچيلمز مقصدلريندندير.

 

آذربايجان فدرال دموکرات حرکاتی نين مرکزی شوراسی

 

 

Azərbaycan Cumhuriyyətinə Münasibətimiz

 

Azərbaycan xalqı ikiyə bölünmüş bir xalq hökmündə dir.

 

Millətimiz iki yüz ilə yaxın ayri dövlətlər altında yaşamağa baxmayaraq vahid bir etnik millətin iki parçası kimi tamamilə eyni dil, kültür, folklor, ənənə və adab mərasimə malikdir.

 

İndi Azərbaycanın Şimali (Quzey) bölümündə müstəqil dövlət- Azərbaycan Cumhuriyyəti yaşamaqdadır. Şimali (Quzey) Azərbaycanın ana yasası plural, demokratik, laik və çağdaş dünyamızın beynəlxalq qayda qanunlarına uyğun və modern bir dövlət qurmaq məvazini əsasında yazılmışdır. Qadınların kişilərlə bərabər hüquqluğu, çağdaş dünyamızın qaydalarına mütabiq, ana yasada qorunur. Azərbaycan Cumhuriyyətinin opozisiyonu mövcud olub  və olması da ana yasanın himayəsi altındadır.

 

Azərbaycan Federal Demokrat Hərəkatı, Şimalı Azərbaycan Cumhuriyyətinin müstəqil dövlətçiliyindən himayət etməyi bütün İran Türklərinin və o cümlədən Cənubu (Güney) Azərbaycan xalqının vəzifəsi sayir. Müstəqil Şimalı Azərbaycanın daxili işləri və siyasi mübahisələri birinci növbədə onların iqtidar və opozisiyon təşkilatlarına aid dir. Müstəqil Şimalı Azərbaycanın dövlətçiliyindən müdafiə və himayət etmək,  hansı bir partianın iqtidarda olub - olmamasından asılı deyildir.

 

Cənubu Azərbaycanın milli demokratik hərəkatının düşmənləri çalışırlar Cənubu Azərbaycanın siyasi quvvələrini Azərbaycan Cumhuriyyətilə qarşı qarşıya qoysunlar. Milli hərəkatın fə`alları və siyasi quvvələri belə bir tələyə düşəməmli və Azərbaycan Cumhuriyyətinin opozisiyon rolunu oynamamalıdırlar.

 

Bizcə bu xət, Cənubuı Azərbaycanın milli hərəkatı üçün ən düzgün və ən önəmli hərəkət xəttidir.

 

İran İslam Cumhuriyyəti Şimalı Azərbaycan əleyhinə Erməni işğalçılarından himayət etməkdən əl götürməlidir. Azərbaycan torpaqlarının işğalına son qoyulmalıdır və Qarabağ azad edilməlidir. Bu bütün Azərbaycanlıların vazgeçilməz məqsədlərindəndir.

 

Azərbaycan Federal Demokrat Hərəkatının Mərkəzi Şurası