İran Azərbaycanlıları- Türklərinin
siyasi təşkilatını yaratmaq üçün
«təşəbbüskarlar toplumunun»
iclasının raportu
İş
bir yerdən başlanmalıdır!
Çoxdan
bəridir ki, xarici ölkələrdə yaşayan və milli(etnik) fədralızmı müdafiə
edən, demokrat və azadixah Azərbaycanlılardan bir neçəsi,
Azərbaycanlıların və İran Türklərinin mənafeini
qoruyan ciddi siyasi təşkilatın yerinin boşluğunu dərindən
hiss edib və İran Türklərinə məxsus qabaqcıl bir
cərəyanın yaranmasının zəruriliyinə gəlib
çatmışlar.
Müddətlərlə
bir- birlərilə müxtəlif münasibətdə olub və fikir
mübadiləsi edən Azərbaycanlılardan bir sırası, Azərbaycanlı
dostların bir neçəsinin təşəbbüsü ilə bir neçə
ay Azərbaycan- İran Türklərinin çətinlikləri haqda
internet vasitəsilə qurulmuş iclaslarda və müzakirələrdə
iştirak etdilər.
Bir
neçə daxili iclasdan sonra İran Türklərinin siyasi təşkilatını
yaratmaq ideyası, irəli sürülüb və yoldaşlar bu fikiri bəyəndilər.
Proqram
və təşkilat quruluşu haqda çoxlu şifahi və
yazılı mübahisələr araya gəlib və nəhayətdə
siyasi təşkilatın müvəqqəti platformu layihəsi və
müvəqqəti təşkilat quruluşu layihəsi
komısıonları yarandı.
Müvəqqəti
platformun layihəsi internet iclaslarında iştirak edən
yoldaşların şifahi və yazılı nəzərlərinin
əsasında komision vasitəsilə hazırlanıb,
yaxın yoldaşlara çatdırılmaqla onların fikirləri
və təkliflərini nəzərdə almaqla müvəqqəti
platformun layihəsinin son variantı hazırlandı.
2004-
ci ilin setyabr ayının 10, 11 və
12- ci günlərində, İran Azərbaycanlılarına-
Türklərinə məxsus siyasi təşkilat yaratmaq
uğrunda platform və nizamnamə mübahisələrində fəalcasına
və tesirli surətdə qatılan yoldaşların
iştirakı ilə İşveçin Stokholm şəhərində
bir toplum quruldu.
İran
Azərbaycanlıları- Türklərinin siyasi təşkilatını
qurmağa çalışan təşəbbüskarlar toplumu, iclasın rəyasət heyətini və
katibini seçəndən sonra iş gedişatı nizamənaməsini
təsdiq edib və iclasın gündəliyində olan məsələlərin
müzakirə etməsinə daxil oldu.
İclas
proqram komisionunun təklif etdiyi müvəqqəti platformun layihəsini
müzakirəyə qoymaqla işə başladı.
Müvəqqəti
platformun layihəsi hərtərəfli və çox ciddi surətdə
müzakirə edilib və birinci növbədə onun külliyyatı barəsındə
rəy alındı. Müvəqqəti platformun layıyhəsinin
külliyyatı səs bütövlüyü ilə təsdiq edildi. Sonra onun müqəddiməsi
və maddələri bir- bir oxunub və iclasın kafi və
qane edici metodla müzakirələrindən sonra, yeri gəldikdə
formullaşmaların dəqiqləşdirilməsi və islah
edilməsindən sonra, layıyhənin hərbir maddəsi əksəriyyətin
rəy verəməsi ilə təsvib edildi.
Toplum
İran Türklərinə - Azərbaycanlılarına məxsus
siyasi təşkilatın müvəqqəti platformu layihəsini
təsvib etdikdən sonra, nizamnamə komisiononun təklif etdiyi
nizamnamə və təşkilat quruluşu layihəsi üzərində
müzakirə etməyə başladı. Bu haqda ətraflı
müzakirələrdən sonra,
toplum bu qərara gəldi ki, nizamnamə və təşkilat
quruluşu layihəsi gələcəkdə yaradılan
nizamnamə komisionuna tapşırılsın və bu komision
onu dəqiqləşdirib və onda lazimi islahatı
apardıqdan sonra layihə açıqcasına nəşr edilsin və
bununla birlikdə nizamnamə və təşkilat quruluşu
layihəsi barəsində müzakirəsələr təşkil
edib və onun sonuncu nəticəsini təsisçilər
qurultayına iraə versin.
Stokholm
toplumunun iştirakçıları, İran Azərbaycanlıları-
Türklərinə məxsus siyasi təşkilat yaratmaqda, həm
də platform və nizamnamə ilə əlaqədə gedən
müzakirələrdə birbaşa ya qeyri müstəqim olaraq
iştirak edən yoldaşlar və habelə üzürlü səbəbdən
üzrə iclasda hazır ola bılməyən yoldaşlar özlərini
İran Azərbaycanlılarına- Türklərinə məxsus
siyasi təşkilat qurmağın təşəbbüskar toplumu
kimi tanıyır və bu qərara gəlib ki, təşəbbüskarlar
toplumunun təklif etdiyi müvəqqət platformun layihəsinin
külliyyatını qəbul edən İran Türkləri- Azərbaycanlılarının
imzalarını yığandan sonra müəyyən bir vaxtda- bir
illin içində, nəzərdə aldıqları siyasi təşkilatın
təsisçılər qurultayını çağırsınlar.
Təəsüflə
təşəbbüskarlar toplumunda yalnız bir qadın
iştirak etmişdir. İştirakçılar hamısı
birlikdə inanırdılar ki, istədikləri təşkilat
qadınların güclü və təsirli iştirakı olmadan heç
zaman modern, demokrat və günümüzə uyğun bir təşkilat
ola bılməyəcəkdir.
Təşəbbüskarlar
toplumunda iştirak edənlərin hamısının nəzərincə
təsisçılər qurultayında qadınların
iştirakını təmin etmək üçün həqiqi təskilat
hazırlığı aparılmalıdır.
Qurulacaq
təşkilatın adı haqqında da, təşəbbüskarlar
toplumunda dəqiq və yığcam müzakirələr getdi.
Toplum yoldaşların təklif etdikləri müxtəlif
adların ətrafında müvafiqlərin və müxaliflərin
sözlərini və təkliflərini dinləyib və götür- qoy
edəndən sonra «Azərbaycan federal- demokrat hərəkatı»-ni
təşkilatın adı kimi bəyənib və rəy
çoxluğu ilə onu təsdiq etdi. Təsisçilər
qurultayı, platform və təşkilat- quruluşu layihəsi
kimi, təşkilatın adı barəsində də sonuncu qərar
vermək haqqına malikdir. Stokholmda keçirilən topumda yığışan
təşəbbüskarlar aşağıdakı qərarları
da səs bütövlüyü ilə təsdiq etdilər:
Yalnız
təsisçılər qurultayı «Azərbaycan federal- demokrat hərəkatı»-
nın müvəqqəti platformunda dəyişiklik aparmaq
ixtiyarına malikdir.
İslam
cumhuriyyətinin amilləri və ona bağlı olan şəxslər
«Azərbaycan federal- demokrat hərəkatı»- na üzv ola bilməzlər.
«Millətlərin
özləri öz müqəddəratını tə’yin etmək»
haqqına inanıb lakin başqa siyasi təşkilatlarda üzv
olan şəxslərin «Azərbaycan federal- demokrat hərəkatı»-na
üzv olmaları manesiz dir.Bu barə də sonuncu qərarı
qurultay tutacaqdır.
Təşəbbüskarlar
toplumu, «Azərbaycan federal- demokrat hərəkatı»- nın
təsisçılər qurultayına qədər işlərin
qabağa aparması və koordınasionu (həmmahəngliyi)
üçün öz içindən yeddi nəfərlik müvəqqəti icraiyyə
heyətini seçdi.
Yeddi
nəfərlik müvəqqəti icraiyə heyəti toplumun kənarında,
özonun birinci iclasında işləri və məsuliyyətləri
öz aralarında bölüşüb və təşəbbüskarlar
toplumunun nəzərinə yetirdi. Təşəbbüskarlar
toplumu səs bütövlüyü ilə onu təsdiq etdi.
"Azərbaycan
fedreal- demokrat hərəkatı"nın
müvəqqəti platformu
giriş
İranlıların müasir tarixi, bir tərəfdən
onların azadlıq və ictimai ədalət yolunda mübarizələrinin
tarixi, və digər tərəfdən Türk, Kürd, Ərəb,
Bəluç və Türkmən millətlərinin milli- azadlıq mübarizələrinin
tarixidir.
Azərbaycanlılarin milli- azadlıq mübarizəsi Məşrutə
inqilabı dövründə yaranan Azərbaycan milli məclisi, əyalət-
vilayət əncümənlərilə başlamış,
Şeyx Məhəmməd Xiyabaninin rəhbərliyi ilə
yaranan Azadistan höküməti, Seyid Cəfər Pişəvərinin
arizələr vüsət tapıbdır. Bununla
bərabər, İranda yaşayan qeyrifars millətlər də, milli haqlarını başçılığı
ilə bərpa olunan Azərbaycan milli höküməti ilə davam
edib, habelə Bəhmən inqlibında və bugunə qədər
davam edən mübarizədə özünü əks etdirmişdir.
İmperyalistlərin Rzaxanın əlilə qanuni məşrutə
dövləti əleyhinə etdikləri dövlət çevrilişindən
sonra, İranda qeyrifars millətlərin haqqında şiddətli
asımlasion (əritmə) siyasəti emal olunub və fars dili əsasında
vahid millət yaratmaq təşəbbüsü rəsmi dövlət
siyasətinə çevrilibdir. Bu siyasət Bəhmən
inqlabından sonrakı dövrdə
də davam edibdir. Ancaq Azərbaycanlıların
milli mübarizəsi hər iki dövrdə müxtəlif şəraitdə
və şəkillərdə öz yolunu açıb və irəliyə
gedibdir.
Son zamanlar İranda ictimai- siyasi və mədəni- kültürel mübəldə
etmək yolunda mübarizələrini gücləndiriblər. Milli
mübarizənin dərinləşməsi və inkişafı
üçün gərək şüurlu mübarizənin
müxtəlif şəkillərindən istfadə olunsun. Buna görə,
çox müxtəlif şəkillərdə və səviyyələrdə təşkilatlanmaq işi bugünkü
mübarizənin ən aktuel məsələsidir. Tarixi təcrübə göstərmişdir
ki, şüurlucasına qurulmamış və düzgün təşkilatlanmamış
ictimai- siyasi hərəkat nə qədər geniş və
kütləvi olsada, tez və ya gec dizə çökdürülüb və məğlub
edilibdir. Hərəkatın özünün daxili məntiqi və tarixin
hökmü belədir. Bizcə hər hansı bir hərəkatın
varlığını zaman boyunda qoruyan, dərinləşdirən
və əlverişli şəraitın olduğunda, hərəkatı
öz hədəflərinə çatdıran başlıca və zəruri
amil, münasib bir təşkilatın mövcud olmasıdır. Buna
görə biz beynəlxalq insan haqlarina dayanaraq, İranın
siyasi- ictimai quruluşunda köklü- dibli dəyişikliklərin
yaranması və qeyri mütəmərkiz və demokratik əsaslar
üzrə milli (etnik) federal dövlət sisteminin bərpa
olunması tələbi ilə siyasi bir hərəkat kimi təşkilatlanmanı
indiki şəraitdə lazım və zəruri bilirik və
onun üçün aşağıdakı tələbləri həyata
keçirmək üçün bütün azadlıqsevər və vətənpərvər
Türkləri- Azərbaycanlıları birgə mübarizə etməyə
çağırırıq!
Ümumi prinsiplər
İran ölkəsi: İran çox millətli bir ölkədir. Bu ölkədə yaşayan millətlərin
başlıcası bunlardan ibarətdirlər: Türk -Azərbaycan
milləti, Fars milləti, Kürd milləti, Ərəb milləti, Bəluç
milləti və Türkmən milləti. Pəhləvilər və
İslam Cümhuriyyəti dövrlərində Fars millətinin əşırı
nasionalizmini və şovinizmini nümayəndəlik edən və
aparıcısı olan mərkəzi hökümətlər
İranda yaşayan başqa millətilərə milli zülüm və
milli əritmə (asımilasion) siyasətini təhəmil
ediblər.
Milli kimlik və hüviyyət: Türk dili ( Azərbaycan türkcəsi) bizim milli kimliyimizin iç özəyi və təməl
daşıdır.
Milli məsələ və hakmiyyət məsələsi: Milli məsələ
və o cümlədən İran türklərinin məsələsi əslində
siyasi bir məsələdir. Onun həlli və milli zülümün
aradan aparılması millətlərin öz müqəddəratını
təyin etmək haqqının tə’mın edilməsi ilə
mümkündür. Bu yolda əsas mane İslam Cümhuriyyətidir.
İran türklərinin
federal dövləti
1-İran
fedral cümhuriyyəti: Demokratik əsaslar üzrə milli (etnik)
federalıst quruluş əsasında – o cümlədən iki
parlamentlik prinsipi əsasında- İranda yaşayan millətlərin
federal dövlətləri, muxtar bölgələrin dövlətlərinin
və özəl şəhərlərin azad və könüllücəsinə
birləşməsındən yaranılmalıdır!
2-Azərbaycan
türklərinin yerli hakimiyyəti, azərbaycanın tarixi ərazisində
(tarixən bitişik şəkildə yaşadıqları
torpaqlarda) yaranılmalıdır. Eyni halda Xorasan türkləri və
İranın cənubunda yaşayan Qaşqayıstan türkləri
yerli hakimiyyətlər yaratmaq haqqına malik
olmalıdırlar!
3-Azərbaycanın yerli hakimiyyəti haqqında: qanunvericilik,
məhkəmə, intizamat, vergi, idari və kültürel işlər Azərbaycanın
yerli hakimiyyətinin öhdəsındədir. Azərbaycan yerli
hakimiyyəti, Azərbaycanın kanstitutsiya çərçivəsındə
yaranan yerli parlament və dövlətdən ibarətdir və milli himn habelə bayraq
sahibi olmaq haqqına malik
olmalıdır!
4-Xorasan
türkləri və Qaşqayıstan türkləri haqqında:
Xorasan və Qaşqaıstan türkləri, milli istəklrini həyata
keçirmək üçün istədikələri səlahiyyətli hakimiyyət
orqanlarını yaratmaq haqqına malik olmalıdırlar!
5-Xarci
siyasət işləri, xarci təcavüz qarşısında
müdafiə, uzun vədəli iqtisadi siyasətlər və
planların tənzimatı, ölkənin pul sistemi, habelə
rabitə işləri və yaşam mühiti (ekaloqiya), mərkəzi
federal hakimiyyətinin ixtiyaratındandır.
6-Türk,
Fars, Kürd, Ərəb, Bəluç və Türkmən dilləri
İranın rəsmi dövlət dilləri olmalıdırlar. İran
federal dövlətinin bütün sənədləri İranın rəsmi
dillərində tənzim olmalıdır. Fars dili rabitəçi dil kimi işləniləcəkdir.
Türk dili (Azərbaycan türkcəsi) rəsmi dövlət dili olaraq
Azərbaycanın və muxtar Türk bölgələrinin bütün dövlət
orqanlarında, sənədlərində, məktəblərində,
ali təhsil ocaqlarında, kültür, incəsənət və
media vasitələrində işlənilməldir.
7-Tehran və bu kimi özəl şəhərlər,
orda yaşayan bütün əhalinin milli-mədəni
haqlarını təmın edən və bu şəhərlərə
məxsus olan hakimiyyət orqanları vasitəsi ilə idarə
olunmalıdırlar!
Amaclarımız
1-Bütün
vətəndaşlar, onların cinsiyyət, din, siyasi məram
və ictmai mövqelərindən asılı olmayaraq, qanun
qarşısında bərabərdirlər. Hər bir vətəndaş
istədyi geyim və şəxsi həyat tərzini seçmək
haqqına malikdir. Onların ictimai, dini və siyasi şəxsiyyətləri
hakimiyyət və hakimiyyətə mənsub orqanların
qarşısında toxunulmazdır.
2-Modern
və demokratik federal bir dövlət kimi, bütün səlahiyyətli
orqanlar, din, məram-məslək, cinsiyyət və milliyyətindən
asılı olmayaraq 18 yaşa dolmuş bütün vətəndaşların
gizli və müstəqim səs vermələri ilə seçilməlidirlər!
3-Puluralızm
və məram-məslək və əqidə
azadlığı bütövlüklə həyata keçirilməlidir. Yığıncaq,
söz, dərgi, mətbuat və informasiyanın yayılmasının
azadlığı, bütün siyasi- ictimai və mədəni
quruluşların, dərnək və təşkilatların fəaliyyət
azadlığı təmın edilməlidir. Bütün vətəndaşların
o cümlədən işçilərin, zəhmət
adamlarının əmək haqqı ilə
yaşayanların həmkarlar ittifaqlarının,
şuralarının, sinfi və siyasi fəaliyyətlərinin
azadlığı qeyd- şərtsiz qorunmalıdır!
4-Dövlətin
hər bir dindən və idealojidən istqlali: Din və məram-
məslək insanların xüsusi ümuratındandır və bütün
insanlar dinə inanıb-inanmamaqda, bir məram- məsləkə
sahib olub- olmamaqda azaddırlar. Bütün məzhəb sahibləri öz
məzhəblərinin dəblərini və mərasimini icra
etməkde azaddırlar. Din və məram- məslək ölkənin
təlim- tərbiyə sistemindən və dövlətdən təmamilə
ayrı olmalıdır!
5-Qadınlarla
kişilərin hüquq bərabərliyi bütün siyasi-ictimai və
iqtisadi sahələrdə təmin edilməlidir. Bütün hakimiyyət
orqanlarında qadınların iştirakı, onların cəmiyyətdə
olan sayları ilə mütənasib olmalıdır! Gerçək həyatda
mövcud olan bərabərsizliyi aradan qaldırmaq üçün lazim tədbirlər,
o cümlədən qadınların xeyrinə müsbət
”ayrı-seçgilik” həyata keçirilməlidir! Zəhmətkeş
ailələrə mənsub olan qadınların gəlişməsi
üçün əlverişli şərait yaranmalı və bütün
qadınların müstəqil olaraq təşkilatlanmalarından
himayət olunmalıdır!
6-Doqquzuncu
sinifin sonunadək pulsuz və icbari təlim-tərbiyə
sistemi qurulmalıdır. Kimsəni ayrı seçmədən,
bütün vətəndaşları elm əsasında qurulmuş
qabaqcıl təlim-tərbiyə sistemi ilə təmin etməli,
savadsızlığı aradan qaldırmağa görə,
yaşlıların savadlanması üçün ayrıca məktəb və
sənət evləri
açılmalı və onlara maddi yardım və əlverişli
təhsil şəraiti yaradılmalıdır. Eyni zamanda ali
təhsilin pulsuz şəkildə genişlənməsi üçün hərtərəfli
şərait hazırlanmalıdır!
7-İctimai
ədalətin genişləndirilib və bütün işçilərin,
zəhmət adamlarının və əmək haqqı ilə
yaşayanların acınacaqlı yaşayış şəraiti
yaxşılaşdırılıb, behdaşt (səhiyyə),
işsizlik sığortası,
təlim- tərbiyə və ictimai qulluq bütün vətəndaşlar
üçün təmin olmalıdir!
8- Əhalinin
rifahını qorumaq üçün tibbi sığorta sistemi
yaradılmalı, vətəndaşların qazanclarının
ölçüsü ilə münasib vergi ödəməkləri təşkil edilməli
və gəlir, mülkiyyət və irs üzərində təsaüdi
vergi sistemi qurulmalıdır!
9-16
yaşa dolmamış uşaqların işlədilməsi
qadağan edilməlidir. Gənclərin və yeniyetmələrin
müasir dövrün istəklərinə müvafiq boya- başa çatıb, təlim
alıb, inkişafına görə, onların idman və
sağlam əyləncələri təmin edilməlidir. Kültür
və incəsənətin çiçəklənməsinə və
inkişafına əlverişli imkanlar
yaradılmalıdır. Qəzetlərin və dərgilərin,
ümumi kitab evlərinin açılmasına və mədəniyyət
ocaqlarının genişləndirilməsinə tədbirlər
tökülməlidir. Bir sözlə desək bütün vətəndaşlara
və xüsusilə zəhmətkeş aılələrə mənsub
olan gənclər üçün texnikanın və informasiyanın nailiyyətlərindən
faydalanmağa görə əlverışli şərait yaranmalıdır!
10-Yaşam
mühiti (Ekaloqiya) qorunub sağlamlaşdırılmalıdır.
Ondan cəmiyyətin inkişafı və əhalinin rifahı
yolunda istifadə olunmalıdır!
11-İranda
yaşayan başqa millətlərlə arxadaşlıq və
yoldaşlıq münasibətlri qurulmalıdır!
12-Federal
Azərbaycan ölkəsində və muxtar Türk bölgələrində
yaşayan bütün milli və kültürel azliqların bərabər vətəndaşlıq
haqları təmin edilməlidir!
13-İnsan
haqlarının qorunması bizim əsas amaclarımızdan
biridir. Bu əsasda uşaqların və qadınların
haqlarını qoruyan beynəlxalq konvensıonlardan himayət
edərək, ölkədə edam cəzasının
qaldırılmasını və hər cürə işkəncənin ləğv olmasını istəyirik!
14-Son
80 ildə milli zülüm və sərmaya qaçqınlığı nəticəsındə
Azərbaycanın iqtisadiyyatı geri
saxlanılmışdır. Ona görə Azərbaycanın iqtisadi
inkişafı azərbaycanın yerli hakimiyyətinin əsas
hədəflərindən biri olmalıdır!
Yuxarıda qeyd olunan amaclar, yalnız
Türklərin- Azərbaycanlıların birgə mübarizəsi ilə
və İranda yaşayan digər xalqlarla birlikdə, həyata
keçirilə bilər. Bu amaclara çatmaq, ölkənin daxili məsələsi
olduğu üçün, biz hər bir
xarici müdaxiləyə qarşıyıq.
Bizim əlaqə adresimiz: