Uluslararası
dil həqləri bildirisi
Önsöz
Eski bir hikayəyə
görə bir zamanlar bir şah varmış. Bir gün bu şaha
ölkəsində çox aqıllı bir kişinin
yaşadığının xəbəri gəlir. Anlatılanlara
görə, bu kişi o qədər bilgiliydi ki yer uzundə
qonuşulan bütün dilləri anlayabilirdi. Quşların dilini, onlardan
birimiş kimi tanırdı. Buludların biçimini və onların
nə anlama gəldiğini belə çox yaxcı biləbilirdi. Eşitdiği
hər dili düşünmədən, anlayıb cəvab verirdi. Hətta
çevrəsindəkilərin fikrini dünyanın harasından olurlar
olsunlar oxuyabilirdi.
Şah bu eşitdiklerinden
çox etkilənib və bu aqıllı kişini sarayına
çağırdı. Kişi saraya gəldi.
Şah ondan
soruşdu:
-"bu doğrudur ki sən dünyada
danışılan dillərin hamısını
anlayırsan?"
aqıllı
kişi dedi:
-"qiblə
aləm, doğrudur".
-"bu doğrudur ki sən quşları dinleyirsen
və onların dilini anlayırsan?"
-"qiblə
aləm, doğrudur".
-"və
buludların biçimine baxıb anlamını anlayırsan?"
-"qiblə
aləm, belədir".
-"hətta
mənə anlatılanlar kimi insanların fikrini oxuyursan?"
-"qiblə
aləm, doğrudur".
Şahın
bir son sorusu daha vardı...
Dünyanın ən aqıllı insanına nə
soruşabilirik?
"Uluslararası dil həqləri
bildirisi"ni yazanlar dünyadakı dillərin hankısına
danışırlar?
Cürətlə
söyləyəbilirik ki onlar sayısız dilləri
danışırlar. 1996 ilində juenin altısında Barselonada
beş qıtadan(qarə) 200 nəfər bu bildirini e`lam
etmək üçün bir araya gəldilər.
Onların
bəziləri küçük məhəlli və qeyri dövləti sazimanları
təmsil edib, ölkələrinin təlim və tərbiyət
sistemində rəsmi tanınmayan dillərini dərs
verməyə təəhüdliydilər. Bu iki yüz nəfərin
içində fərqli dillərdən bir çox yazar vardı. Onlar hərkəsə
açıq bir ədəbi dünya yaratmaq üçün öz dillərini hər
gün qullanırdılar. Başqaları, uluslararası qeyri hükümeti
sazimanları təmsil edirdilər, onların
görəvi(vəzifəsi) dil
həqlərini savunmaqdı. Ayrıca huquq uzmanları, dil uzmanları
, sosyo-linguistik və dil həqləriylə ilgidə olan ayrı
bilim dallarından uzmanlar da vardı.
Onların
hamısı üçün "uluslararası dil həqləri
bildirisi" gələcəkdə bir arada və barış içində
yaşamanın sözünü verirdi. Bütün dil qurumlarına tanınan bu
həqdən dolayıdır ki dil topluluğları hər
sahada yaşamlarını öz dillərinin çərçevəsində
düzənləməlilər və beləliklə bu heq e`lam olundu.
O zamandan sonra "uluslararası
dil həqləri bildirisi" hər yerdə yayınlandı.
Hər ay onun taza bir dilə tərcümə olunmasının
xəbəri gəlir, bəklənilməyən bəzi orqanizasiyonların
üyəlikləri(üzviyet) və ya bəzi uluslararası
şəxsiyyətlərin bu bildirini dəstəkləmələri,
təhlikədə olan bir çox dilin uluslararası sahada savunmasına
səbəb olmuşdur.
Gərçi
mətnin əsli qeyri dövləti bir seviyədə
yazılıb, düzeldilib, qəbul edilib və e`lam olundu, ama Birləşmiş
Milletler teşkilatının çalışmalarına da
yardım edilmək istənildi. Bunun amacı bütün
dövlətləri insan həqləri bildirisinin 1948 ilində başlatdığı
hərəkəti dəstəkləməyə, fərdlərin
və onların bağlı olduqları toplumların dil
həqlərini rəsmi tanımaya çağırmaqdı.
Yunsəkonun
bizim çalışmamıza başdan itibaren dəstək
verməsi bizə bu ümidi verdi ki bir gün Birləşmiş Millətlərin
bir qurumu, dil həqlərini dünyanın hər bir yerində
savunacakdır. Bu kitabça bu hərəkətə yardım
etmək amacyıla ortaya çıqdı.
Bu kitabçada
"uluslararası dil həqləri bildirisi" sunulacaq və
onun "dünya dil həqləri konferansı"nda yazılma
və e`lam lunma şəkli anlatılacaq. Bu iş beş qıtadan
gələn 61 qeyri dövləti saziman, 41 əncümən qələm
mərkəzi və 40 dan çox dil həqləri uzmanının
çalışmasının ürünüdür(məhsuludur).
Ayrıca
dünyanın hər yerindən qatılan çox məşhur şexsiyətlərin,
insan həqləri və barış üçün çalışan
yazarların və bu projədə bizə qatılmaq
istəyən bezi insanların ifadələri
sərgilənir.
Bizim
hamımız o hikayədəki şah kimi dünyadakı bütün dilləri
bilən o aqıllı adama bəlki bu son soruyu
soruşardık. Şah adama onu danırmışcasına
baxıb və onu sınamaq üçün son soruyu sordu:
"Mənim arxamda əlimdə bir quş var, aqıllı
kişi, söyle mənə:
- o quş yaşayır mı?"
O aqıllı
kişinin cəvabı hamıya yönəlikdi və bizim
durumumuzda olan və dil həqləri üçün çalışan
hərəksə, mədəni fəaldan yazara, məəlimdən qanungozara xitab etməkdedir. O aqıllı
adam birdən hürkdü, bilirdi ki cəvabı nə olursa olsun,
şah quşu öldürəbilirdi. O şaha baxdı və uzun bir
zaman səssiz qaldı, sonra mətin bir səs ilə:
-"qiblə
aləm, bu cevab sizin əlinizdedir, dedi!"
və
cevab bizim öz əlimizdədir!
Metod və yazı
Oriol
Ramon i Mim
1- yazı
1996
ilində juenin altısından səgizinə qədər 61
qeyri dövləti saziman, 41 əncümən qələm
mərkəzlərindən təmsilci və 40 dil
həqləri uzmanı dünyanın hər köşəsindən
gəlib və Barselonada buluşdular."Uluslararası dil
həqləri konfransı"nın toplantısı(WCLR), uluslararası əncümən
qələmin "tərcümə və dil həqləri komisiyonu"nun
və uluslararası dövlətsiz millətlər və
azınlıqlar(CIEMEN)ın
təşəbbüsü və Yuneskonun tekniki və mənəvi
dəstəkiylə gərçəkleşdi.
Juenin
altısında WCLR
qatılımcılarının toplantısında
"uluslararası dil həqləri bildirisi"(UDLR) Barselona universitəsinin
salonunda bir törənlə(mərasəm) təsvib ulundu. Qeyri
dövləti sazimanların ve əncümən qələmlərin temsilcileri
və başqa uzmanlar sənədi imzaladılar və
proqramın sonunda mətni və imzaları Yunsekonun
gənəl başqanının rəsmi temsilcisi bay Andri Isakssona verdilər.
Bu vəsiləylə qeyri dövləti sazimanlar Yuneskoya bir
sənəd verdilər ki dövlət uzmanlarının
çalışmalarının başlanqıç noqtası
olacaqdı. Bunların hiç birisi Yunesko çərçevəsində, Linguapax Projəsi terefinden başlatılan
ortaq çalışma amacı olmadan mümkün olamazdı.
İki
gün sonra juenin səgizində La Pedrera salonunda qeyri dövləti sazimanlar,
əncümən qələm mərkəzlərinin
təmsilciləri və uzmanlar, "uluslararası dil
həqlərinin bir tə'qib komitəsi"(FCUDLR)ni qurmaya
qərar verdilər. Bir ay sonra Yuneskonun gənəl müdürü bay Federico Mayor Zaragoza, WCLR ni orqanizə
edənlərlə görüşdü. Bu görüşmədə mətn
və mətod ona təhvil verildi.
2-Mətin
Bildiri
uzun və qarmaşıq bir sənəddir. Başqa
şəkildə də olamazdı çünkü qonunun özü də
qarmaşıqdır. Arıca bütün yazarların fikirləri,
dəmokratik qurallara uyqun olaraq alındı və dünyanın
hər yerindən yazarların və orqanizasiyonların nəzəri
soruldu.
Bildirinin
yazılma önərisi olağan üstü(foqüladə) bir toplanıtıda
əncümən qələmin tərcümə və dil
həqləri komisiyonu tərəfindən 1993 ilində,
Dəsambr ayında Palma
de Mallorca da verildi.
1994
ilinin başlanqıçında bir orqanizasiyon komitəsi
yaratıldı və Septambr ayında uluslararası dil
həqləri bildirisinin həqqindəki düşüncə və
dartışmalara başlatıldı. Konfransı
yönətənlər bu bildirinin, fərqli
sahalarda və çalışmalarda olan uzmanlar tərəfindən
yazılmasına qərar verdilər. İlk on iki bölümünü
fərqli ölkələrdən gələn qırx uzman
dəyərləndirib və yazdı.
Gəlişmiş
ilətişim(irtibatat) teknolojisi bunu mümkün qıldı ki
bildirinin maddələri beş qıtada fərqli
fərdlər və qurumlar tərəfindən geniş
seviyədə dartışılsın.
yayazəyəmbbbbbb
hamıseeayeeeee...nənənmiz
abbıbıbbıbıbbnnnnnuai həkəkkkkkya
Çalışmalarının
iləri aşamalarında uzmanların yararlandıqları
fərqli və çeşitli yardımlar, bildirinin fərqli sosiyolojik
içərikli olmasına və fərqli baxış
açılarının bir araya gəlməsinə səbəb olub,
o zamana qədər yayqın olmayan bir dəngənin(tə'adül)
sağlanmasına nədən oldu.
yazarların
önəmli bir amacı dil həqlərini eşit və adil bir
şəkildə tanıtmaqdı və bunu dil
topluluğlarının bağlı olduqları bölgələrin,
politik və idari hakimiyetinin altına girmədən, bir dilin kodlaşma
dərəcəsinə və o dilə qonuşan isanların
sayısına baxmadan və bu qonulara hiç önəm
vermədən gərçekləşdirməkdi. Bu
səbəbdən bildiri bütün dillərin həqlərini,
rəsmi olub olmadıqlarına, məhəlli və
azınlıq, çoğunluq, modərn və qədimi olduqlarına
baxmadan eşit e`lam etməkdedir.
Dil
həqlərinin ən büyük qatqılarından biri budur ki bildiri
dil həqlərinin fərdi və cəmi yönlərini(əb'ad)
birbirindən ayrılmaz və birbirinə bağlı sayır.
Toplumda dili bir topluluq yaradır və insanlar ondan şəxsi olaraq
da yararlanırlar. Beləliklə fərdi dil həqlərinnən
istfadə etmək o zaman etkili olur ki bütün toplumların və dil
quruplarının cəm-i həqləri hərkəs
tərəfindən sayqıyla qarşılansın.
Topluluğların,
qurupların və fərdlərin dil həqlərinin açıq
və aydın ifadə olunması onların aynı coğrafi
bölgədə bərabər yaşamalarının önəmli
bir qoşuludur, gərçi bu çox qarmaşıq görünür. Buna
görədir ki bu bildiri tarixi olaraq öz bölgələrində
yerleşmiş olan topluluğların dil həqlərini muraceə
etmək üçün bir meyar olaraq görüb, onu hər fərd həqqində,
öz qədərlərinə hakim olma dərəcələri
fərqli olan qurupların dil həqləri moridində və
öz yerli toplumlarının dışında yaşayan
fərdlər həqqində qullanır.
Gərçi dil
həqlərinin uyqulanması mevcud olan qaynaqlara bağlıdır,
bu qaynaqların eksikliği bu həqlərin danılmasına
səbəb olmamalı. Buna görə bildiri bu həqlərin,
yaşama, çalışma, sağlıq və təlim
tərbiyət həqqi qədər gərəkli
tanınmaları və finansə olunmaları gərəktiğini
vurqulamaqda. Bunun gərçekleşməsi üçün uluslararası ortaq
bir çalışma gərəkir ki bu vəsiləylə
eksiklər cübran edilsin və ən məhrum insanların
həqləri dəstəklənsin.
Dilin durumunu
etkiləyən bir çox faktor, topluluğların, qurupların
və fərdlərin istəklərinin birbirinə
yaxınlaşmasındakı çətinliq, dil
həqləriylə başqa əsasi həqlərin
arasında bir rabitənin zəruriyeti, bütün durumlarda uyqulanabilən
qapsamlı bir tədbirin alınmasını imkansızlaşdırır.
Bu yüzdən bildiri hüküməti güclərin vəzifələrini vurqulamakda,
ama bununla bərabər yasaqlardan və emirlərdən daha çox
həqlərin üstündə durur. Özəlliklə bu noqtaya
təkid etməkde ki dəmokratik bir çərçevədə və
dəmokratik ittifaq sayəində olaylara çözüm yolu
axtarılmalı.
3-Dil barışı
Bildiri,
başlanqıçda da göstərildiği kimi, dildəki
dəngəsizlikləri düzəltmək üçün gərəkli olan
bir mətindir.Onun hədəfi bütün dillərə sayqı
göstərmək, gəlişmələrini qarantiləmək,
dünyada eşit və ədalətə uyqun bir dil
barışı pərənsipi gəlişdirmək və bu
vesileyle də bir əsasi ünsür kimi uyumlu toplumsal
ilişkilərin sağlanmasını təzmin etməlidir.
Bu
barışın eşitlik və ədalətə uyqun olması
bu dəlilə görədir ki bildirinin temel ve əsasi bütün xəlqlərin və dillərin eşitliğinə dayanır. Hiç bir şəkildə iqtisadi, ictimai, dini, fərhəngi,
dəmografık və dil quralları eşitsizlikləri
məşrulaşdıramaz. O yüzdən bütün dil
topluluğları aynı eşit həqqə sahiblər.
Bütün
ön görülər(pişbini) bunu göstərir ki yirmi birinci yüz ildə
dünyadakı dillərin yüzdə səksəni
ölüm təhlikəsində. Bu məsələ bir qaçınılmaz gərçəği ortaya çıxardır. Çox dillilik və çox
kültürlülük aynı şəkildə barış kültürünə
qatqıda bulunur ki barış kültürü fərqliliklərin qorunmasına yardımcı olur.
Bu
qarşılıqlı ilişki ancaq belə mümkün olabilir ki
barış kültürünün gəlişməsi dillərin
birbirləriylə bütünleşmələrinə imkan yaradan
dəyərləri ortaya çıxarsın. Beləliklə UDLR dil fərqliliği
düşüncəsinə yeni bir anlatım gətirib, bütün dilləri
insanların mirası olaraq görüb və buna inanır ki bu miras
bir maddı varlıq deyil, qanun və həqdir və kimsə onu
yox edəməz. Məhv olan hər dillə
dünyanın eko- linguistik dəngəsi dəyişir və bu
dəyişmə bəklənilməz sonuçlara və beləliklə bilinən fərqli toplumsal
xəstəliklərə yol açır. Burdadır ki UDLR nin
barış kültürünə yapdığı qatqı ortaya
çıxır: Bu düşüncə gəlişdirilib, təşviq
edilir ki dil fərqliliği çox önəmli olub, dünyanı
tanımanın yollarından birini göstərdiği üçün insanın
bilgilənməsində əsasi bir rol oynayır.
Ayrıca,
yaşamın indiki şərayiti bir dilin başqa dilin
yerinə geçmə şürəçini yeyinləşdirmişdir. Bu
yüzdən bizim dil həqqindəki düşüncələrimiz
dəyişməlidir. Dil fərqlilikləri kesinlikle
iletişim və insanların bütünleşməsini önləməmekde, tam
tərsinə dil anlaşılır bir gərçəkdir ve insanların
birlikdə olmaları üçün təməl bir ünsür kimi
gərəklidir. Dili, barış kültüründə önəmli qılan gərçək budur
ki dil intiqal və zəxirə olma becerisine sahib olup hərkəsin
ulaşabiləcəği bir sərvətdir. Onu əldə
etmək; ondan vaz geçmek anlamına gəlməməkdədir.
Yer üzündəki
dil fərqlilikleri ciddi bir biçimde təhlikede olduğunda, bu
bildiri ortaya çıxdı. Bir çox faktor bu duruma səbəb olmüşlar:
- Bir çox
dövlətin eski birləşdirmə təmayülü ki fərqlilikləri
azaldıb, dil və kültürəl çoxluğunun əleyhinə olan
düşüncələri dəstəkləməkdelər.
13
- Bütün dünyada
bir iqtisada və beləliklə bir bilgi, ilətişim, və
kültür bazarına olan təmayül ki bu, dil topluluğlarının
daxili birlikdəlik ve birləşmələrinin qarantisi olan,
qarşılıqlı ilişkiləri və etkiləmələri
yox etməkde.
- Millətlər
üstü iqtisadi quruhların ortaya qoyduğu ekonomisti
gəlişmə modeli ki düzənsizlikləri
gəlişmə və rəqabətə dayanan fərdiyetçiliği
azadlıq görür. Bu büyük və ciddi iqtisadi, ictimai ,
fərhəngi və dil eşitsizliklərinə yol açmaqda.
"Uluslararası
dil həqləri bildirisi" dil və kültürəl
fərqliliklərə dayanır və yuxarıda sayılan faktorlara
qarşı çıxıb, homojen ləşdirmə va inhisari
ayırma təmayüllərini rədd edir. Bunun iki əsasi
mehvəri vardır:
- Politik
baxış açısından, dil fərqliliklərini elə
orqanizə etmək ki yeni gəlişmə modelində dil
topluluğlarının etkili qatılımlarına imkan
verilsin.
- Kültürəl
baxış açısından, bütün dünyada ilətişim(irtibatat)
ortamını o şəkildə düzənləmək ki gəlişmə
mərhələsində bütün insanların, quruhların və
dil topluluğların eşit qatılımı mümkün olsun.
- İqtisadi
baxış açısından, bir gəlişmə modelin
gərçəkleşməsi ki təməli hərəksin
qatılımına , topluluğların ekolojik dəngəsinə
uyqun və bütün dillərin və kültürlərin arasındakı
eşit ilişkiye dayanır.
4-Uluslararası dil həqləri
bildirisi
Bildirinin
amacı, bir çox fərqli dil durumlarına uyqulanabilməkdir.
Buna görə özəlliklə bildiridəki maddələri
anlatmaq üçün qullanılan tanıtım qavramlarına çox diqqət
göstərilmişdir. Beləliklə bir dil topluluğunun
mehvərləri belə anlatılır: tarixi geçmiş,
bölgə, xəlq olaraq öz qədərlərinə hakim olma
həqqi və ayrıca ortaq bir dilin, topluluğun üyələrinin
arasında ilətişim aracı olaraq qullanılması.
Bildiri
başlıqlarında bəlli bir tarixdə və bəlli bir
bölgədə oluşan bir topluluğun dilini "bir
bölgənin yerli dili" olaraq tanımlır. Öz tarixi
bölgələrindən göç, sürgün və ya hər hangi bir başqa
nədənlə ayrılmış topluluğların dil
həqlərini qurmaq zəruriyətinə, elə ki
yerleşdikləri bölgənin dil topluluğunun
həqləriylə uyqundur önəm verilmişdir və
bunları bir dil qurupu olaraq tanımlır. yanı bir qurup insan
ki başqa bir dil topluluğun bölgəsində
yerleşmişlər, aynı dili paylaşırlar ama tarixi
geçmişləri aynı deyil.
Bu bildiri
bölgəni yalnız bir coğrafı ortam deyil, bir ictimai və
işlevsəl ortam olaraq ki dilin tam gəlişməsi üçün gərəklidir görür və bunu mümkün
qılır ki örnəğin, fərqli zamanlarda göçmənlərin
yerleşdikləri bölgələr bir dil topluluğu olaraq
qəbul edilsin. Bu o zaman mümkündür ki :
- Siyasi və idari mərzlər,
bunların öz əslı topluluğlarından ayrılmalarına
səbəb olmüşlar.
- Belli bir tarixde onlar başqa dil
topluluğları tərəfindən çevrələnmiş,
küçük bir coğrafı bölgədə qurulmuşlar və ya
- Bənzər
tarixi geçmişləri olan başqa dil topluluğlarının üyələriylə
ortaq bir coğərafı bölgədə yaşırlar.(maddə1.3)
Bildirinin
təməli, topluluğların həqləriylə dil quruplarının
və onlara bağlı olan fərdlərin həqləri
arasında dəngəli bir rabiteye dayanır. Buna ulaşmaq
üçün tarixi geçmiş və dəmokratik şivəylə
bəyan olunan istəklər yanında, bu dəngənin
qurulmasına yardımcı olan faktorlara da önəm
verilmişdir. Bildirinin uluslararası iradəsi bunu
gərəktirir ki var olan dəngəsizliklər düzəldilsin
və beləliklə bütün dillərin tam gəlişməsi
qarantı altına alınsın.
Bildiridə
çox önəm verilən başqa bir qonu da topluluğların
həqləriylə dil qurupların və onlara bağlı olan
fərdlərin həqləri arasında bir dənəngli
birleşmənin yaradılmasıdır. Beləliklə hiç
birisi qəbul etdiği dil topluluğuyla rabitədə və
bütünleşmədə o birisinin önünü kesemez və bu topluluğun
və üyələrinin öz dillərini qullanmalarını
yaşadıqları bölgədə qısıtlayamaz.
Bildiri
fərdlərin şəxsi həqlərini ki hər durumda
fərd onları qullanabilir, geri alınamaz və inkar
ediləməz saymışdır. Bu həqlər:
Bir dil topluluğunun üyəsi olma həqqi
Öz dilini
özəl və umumi durumlarda qullanabilmə həqqi
Öz
adını qullanma həqqi
Öz dil
topluluğunun üyələriylə dəvamlı bir raibtədə
olma həqqi
Öz dilini
və kültürünü qoruyub və gəlişdirmə həqqi
-və
16 Dəsambr 1996 ilində "uluslararası mədəni
və siyasi həqləri anlaşmasında"
tanınmış və dil həqləriylə ilgili olan bütün
həqlər. Ayrıca aynı tarixdə "uluslararası iqtisadi,
ictimai və fərhəngi konvansiyonlarda"
tanınmış həqlər.(maddə 3.1)
Aynı
zamanda fərqli bir dil topluluğunda yaşayan fərdlər o
toplum və kültürüylə bütünleşməyə həqləri
və vəzifələri vardır. yanı özgürcə qonaqçı
toplumun kültür və dəyərlərini qəbul edib, öz kültürel
özəlliklərinin yerinə qonaqçi toplumun dəyər və
davranışlarını qullanmalılar.(maddə4.2)
Bildiri bu
şəxsi həqlərə bu dil quruplarının həqlərini
eklir:
- Dil və
kültürlərini öğrətmə həqqi
- Kültürəl
xidmətlərdən yararlanma həqqi
- Medyada dil
və kültürlərinin eşit şəkildə təmsil olma
həqqi
- Dillərinə
dövləti orqanlardan və ictmai, iqtisadi ilişkilərdə,
dəstək alma və önəm görmə həqqi
Gənəl
prənsiplər dışında, bildirinin əsli ünvanı, dil
həqləriylə dövləti və idari orqanlarda, təlim
və tərbiyətdə, filolojidə, medyada, yeni
teknolojidə, kültürəl və iqtisadi, ictimai sahalarda
ilgilənir.
Geçici dörədəki
maddələr dövləti güclərin vəzifələrinə işarə
edir. Bunlar bildiridə e`lam olan həqlərin uyqulanması üçün
bütün imkanlarını qullanmalı və bildiridə olan
həqlər və vəzifələrdən dövləti sazimanların
və fərdlərin xəbərdar olmalarını
sağlamalılar.
Son olaraq
bildirinin son maddələrində Birəlşmiş
Millətlərdə bir dil şurasınn, və dil
həqləri üçün bir"uluslararası komisyonun"
qurulması önərildi və bunun gərçkleşməsi üçün ilk
adımlar atıldı.
5-Taqib komitəsi
Uluslararası
dil həqləri komisiyonunun qatılımcılar məclsi,
iki önəmli hədəfə ulaşmaq üçün bir komitə (taqib
komitəsi) daha yaratdı. Birinci hədəf, bu mətnin Yuneskoya
yol tapmasıydı və ikincisi, bütün dünyadakı sazimanlardan
və orqanlardan bu bildiriyə ən çox dəstəği
sağlayabilmekdi. Bu dəstək bildirinin moralını
yüksəldib və onun içəriğini propaganda edəbilməli.
Taqib
komitəsi, dil həqləri uzmanlarından təşkil tapan
bir elmi şura yaratdı. Bu şuranın hədəfi yeni
fikirlər qazanmaq və aynı zamanda bildirinin içəriliğini
təkmil etmək və gəlişdirmək üçün gərəkən
yardımı sağlamaq və mümkün olduğu qədər Yunsəkonun
xidmətində olmaqdı.
Bu
kitabda bu bildiriyə dəstək verən dünyaca
tanınmış şəxsiyyətlərin adı
geçməkde. Bunlar uluslararası təşkilatlardan istəmişlər
ki bu bildiriyə önəm verib UDLR və sivil toplumu
tərəffindən başlatılan təşəbbüsün doğrultusunda hərəkət
etsinlər. Bu şəxsiyyətlər bildirinin yaşamının
ilk illərində dövləti orqanlardan,
dəmokratik parlamentolardan, qeyri dövləti sazimanlardan, əncümən
qələm mərkəzlərindən və özəl
fərdlərdən alınan ən büyük dəstəğin göstərgəsilər.
Bu
bildiri Yuneskonun dövləti temsilcilerinə verilib və prənsipləri üyələrə təbliğ edildi. Bu vəsiləylə yunesko
çərçevəsində dil həqləri üçün bir çalışma qurupunun
yaradılmasına çalışıldı. Bunların
hamısı bizi uluslararası dil həqləri anlaşmalarına
biraz daha yaxınlaşdırır.
6-
Ümid
Dil fərqliliklərinin
qorunması və bütün topluluğların öz ana dillərində
yaşamaları gərəkdiği həqdə
danışırkən, lazim olan iqtisadi maliyatlarada işarə
olunmalı. Bununla bərabər canişin dilin iqtisadi
maliyatlarını da dəyərləndirməmiz
gərəkir:
- Haşiyəyə
sürülmənin (marjinal) zərəri nədir?
- Ortama uyarkən dil kimi bir
vəsilədən yoqsun bıraxılmaq, hangi ziyanları
doğurur?
- Ortama uymayan
kəlimələrlə təlim və tərbiyət
almanın zərərləri nədir?
- İnsanların
yararlanamadığı hakim dildə olan saxtə təlim
tərbiyətin zərərləri nədir?
Nə qədər?.........
Ancaq bu
zərərləri dəyərləndirəbildiğimizdə,
dil fərqliliklərini qorumanın
önəmini bilməyən insanlarnan başarılı
dartışmaya girəbiliriz. Gərçi dil
fərqliliklərinin durumu çox sevindirici deyil, ama buna inanmaqdayız
ki bu durum deyişilməz deyil. Bunu durdurmaq rahat deyil ama imkansız
da deyil.
Yuneskonun bu
qonuda söyləməli bir çox sözü var.
Rigoberta Mench Tum
Nobel Peace Prize 1992
xanım Riguberta Mənçü
1992 ilində barış nobel ödülü
Altı juen
1996 ilində Barselonada uluslararası dil həqləri bildirisi
e`lam olurkən uluslararası dil həqləri konfransına
qatılanlara göndərdiği məktub:
Dəyərli qatılımcılar
Hər
şeydən öncə, bütün dünya xəlqlərinin dil
həqləri üçün yürütülən mübarizə forumuna
qatılamadığım üçün çox üzgünüm. Mənim öncəki
qaçınılmaz görəvlərim oraya qatılabilməmi önlədi.
Bugün başladılan konfransın başarısını dilirəm.
Bu dörd
gündə təsvib olunacaq olan uluslararası dil həqləri
bildirisi, mətində də anlatıldığı kimi,
şübhəsiz topluluğların fərqlilikləri və dil
quruhları üçün önəmli bir vəsilədir və
cəsarətlə, kültürün ən əsasi təməllərindən
birisini, yanı dili qorumaq üçün savaşır.
Buna
inanıram dil bir vəsilədir ki bəlli insanların və
kültürlərin, əcdadlarından irs aldığı düşüncə
və dünya görüşünün birbirinə uymasına və bunun
gəlcək nəsillərə müntəqil edilməsinə imkan
verir.
Dil, son
neçə yüz ildə yabancı dəyərlərə qatlanmaya
məcbur qalan kültürlərin əsli dayanışma silahı olmüşdür.
Latin Amerika xəlqlərinin məruz qaldığı olay da aynıdır.
Latin Amerika xəlqləri, elmlərini və bilgilərini müntəqil
etmək üçün öz yerli dillərini qullanırlar və bunun
anlamı budur ki onların kültürəl dəyərləri bütün
yox etmə çabalarına rəğmən qorunmuşdur. Oradan ki
sözlü (şəfahi) dil, yerli xəlqin bir önəmli özəlliğini
təşkil edir, bizim kültürümüzdə de dilin önəmli bir yeri
vardır. Çünkü bu vəsiləylə biz geçmiş
xatirələrimizi bir nəsildən o biri nəsilə qoruyabilmişik.
Aynı şəkildə sözlü dil gələnəği bizim
təlim və tərbiyətimizin təməl prənsipini
təşkil verməkde.
Guatmalada
yerli xəlqlərin gənəl qayqılarından biri öz dillərini
qourumaqdır. Dil ölkədəki büyük kültürəl
fərqliliklər kimi fərqlidir. Bizim bir çox şeyi itirdiğimiz
bir gərçəkdir,ama bugün, bir zamanlar itirdiklərimizi
təkərar onarmaya(tərəmim) çalışırık
və mən buna inanıram ki bu hərəkət
kültürlərin yaşaması üçün önəmlidir.
Mənim
anladığım qədəriylə, mətnin içeriliği dilin
önəmini bir təməl kültürəl ünsür olaraq rəsmi
tanır və bu yüzdən eşitsizliğə yol açamaz. Yanı
bir kültürə başqa bir kültürdən ayrıcalıq
tanımır, bəlki bütün kültürlərin öz dillərini qullanmaqda
eşit həqlərə sahib olduqlarını e`lam
etməkde. Uluslararası dil həqləri bildirisinin başqa
bölümlərində bəzi qanun və qurallar ortaya qoyulur ki mevcud
dillərin, dil dışındakı nədənlərdən
haşiyəyə sürülmələrini, daha aşağı bir
seviyədə olmalarını və ya təmamən yox olub
ölmələrini önlür. Bildiri bu məseləyi bir neçə
uluslararası və bölgəsəl anlaşmalar və müahidələrlə
gərçkləşdirir.
Aydın
gərçək budur ki yerli xəlqlərin həqləri neçə
yüz ildən beri inkar edilməkde. Bu xəlqlərin
həqləri nə rəsmiyətə tanınmış və
nə də sayqı ilə qarşılanmış. Bu
xəlqlər onları istismar etmək üçün uyqulanan
eşitsizlik və ırqçılığa qarşi səssiz
qalmayıb zülmə və haşiyəyə sürülməyə
qarşı dirənmişlər. onlar
yalnız öz tarıxlərində deyil yaşadıqları
ölkələrin tarixində də önəmli rol oynamışlar
və beləliklə tarixin gənəl gəlişməsində
büyük payları var.
Yirmi birinci yüz
ilə girərkən bu çox acı və moral dışı
bir gərçəkdir ki xəlqlər hələ də
eşitsiz, haşiyəyə sürülmüş və sömürgə
altında yaşırlar. Yerli xəlqlərin yaşamı
belə dəvam etməkdədir. Nə onların
həqləri rəsmiyətə tanınır və nə
də sayqı ilə qarşılanır. Bu durum dəvam
etməməli. Kültürlərarası münasibətlərdə,
xəlqlərlə kültürlər arasında
qarşılıqlı sayqıya dayanan taza bir ortam və yeni
bir mekanizma gəlişdirilməli.
Uluslararası
sahada xəlqlərin həqləriylə ilgili bir
qəzayı əbzarın gəlişməsinə yönəlik
bir eyilim(təmyül) var. Bu eyilim bunu göstərməkdə ki
xəlqlərin həqləriylə ilgili gələnəksəl
səssizlik qırılmaqdadır və bu yalnız guçlu bir iradə
və mübarizəyə olan inancla gərçəkleşəbilir. Bu,
nə yerli xəlqlərin öz tarixi, iqtisadi, siyasi, ictimai və
kültürəl həqləriylə ilgili məselələrə
aydın və kəsin bir çözüm yolu bulduqları anlamına
gəlir və nə də bu həqlər tam anlamıyla
qəbullanıb və sayqı görülməkdelər.
Uluslararası
sahasındakı
gəlişmələrlə, bir çox ölkədə
özəlliklə Latin Amerikada, milli seviyədəki durumun
arasında büyük bir uçurum var. Bu bizim həqlərimizə
qarşı olan sayqısizlik və rədedilməklə
bəlli ulur.
Bu durum büyük
bir titizlik və diqqətlə incələnməli. Çünkü bu
təkamül mərhələsində, dünyadakı fərqli
kültürlər arasında geniş əbadda olumlu(müsbət) diyalog
ortamının və iş birliğinin qurulmasına
səbəb olub və aynı şəkildə kültürlərarası
münasibətlərdə, bütün xəlqlər və
kültürlərə eşit həq və qanunlara dayanan bir ortam
və mekanizmin gəlişməsinə imkan verəbilir.
Uluslararası
dil həqləri bildirisi kültürlər və xəlqlərin
eşitliği üçün aparılan mübarizədə önəmli bir
adımdır. Bu yol bizi bir uluslararası anlaşmanın
yaranmasına götürür. Bu uzun və çətin bir yoldur. əminim ki
bu konfransdakı qatılımcılar bu hədəfə
ulaşmaq üçün uyqun mekanizmləri nə şəkildə
anlatacaqlarını bilirlər.
Aynı
zamanda uluslararası bildiri, qarşılıqlı sayqı
və qəbul görmək əsasında yaranan kültürlər
arası münasibətlərin yaranmasında, ayrıca çox
xəlqli, çox kültürlü və çox dilli millətlərin ortaya
çıxmasında önəmli bir vəzifə daşır.
Guatmala juen1996
.
Uluslararası dil
həqləri bildirisi
Başlanqıç
Uluslararası
dil həqləri bildirisini imzalayan qeyri dövləti organlar və
təşkilatlar 1996 ilində Juenin altısından doquzuna
qədər Barselonada biraraya gəlib:
1948 ilinin
"uluslararası insan həqləri bildirisi" nin müqəddəməsində
e`lam olunanları nəzərə alaraq:
"Təməl
insan həqlərinə, yanı insanların
sayqınlığı və dəyərinə,
qadınların və kişilərin eşit
həqlərə sahib olmalarına inanç" və aynı
şəkildə ikiminci maddəsində ki e`lam olunur:
"Hərkəs,
ırq, rəng, cinsiyət, dil, din, siyasi və başqa
əqidələrə, milliyət və ictimai kökənə,
mal varlıqı, doğum və başqa özəlliklərə
baxmayaraq bütün həqlərə və özgürlüklərə sahibdir".
1966 ilinin 16
Dəsambr"uluslararası mədəni və siyasi
həqləri anlaşması" (maddə 27) və
"uluslararası iqtisadi, ictimai, və kültürəl
həqlər anlaşması"nı ki aynı tarixdə imzalanmışdı
diqqtə alaraq, bunların başlanqıçında bəyan
edilir:
"insanlar
ancaq mədəni, siyasi, iqtisadi, fərhəngi və ictimai
həqlərdən yararlanabildikləri zaman, özgür sayılabilirlər".
Birleşmiş
Millətlər təşkilatının gənəl
məclisinin18 Dəsambr 1992 ilinin "135-47
önərgəsi"ni diqqətə
alaraq ki:
"Milli,
etnik, din və dil azınlıqlarına bağlı olan
fərdlərin həqləri" bildirisini təsvib
etmişdir.
Avrupa
şurasının bildiriləri və anlaşmaları,
örnəğin 4 Novambr 1950 ilinin "insan həqləri və
təməl özgürlükləri qorumaq üçün Avrupa anlaşması"
(maddə 14),29 juen 1992 ilinin "Avrupa məclsinin
vəzirlər şurası anlaşması" ki
"məhəlli və ya azınlıqların dilini
dəstəklmək üçün Avrupa anlaşmasını", təsvib
etdi. "milli azınlıqlarla ilgili anlaşma" ki doquz oktobr
1993 ilində Avrupa şurasının zirvə
toplantısında imzalandı və 1994 ilinin Novambrında
"milli azınlıqları qorumaq üçün çərçevə
anlaşması" nəzərə alınır.
Santiago de Compostelada
uluslararası əncümən qələmin bildirisini və 15
Dəsambr 1993 ilinin "uluslararası əncümən qələmin
tərcümə və dil həqləri komitəsi"nin dünya
çapında bir dil həqləri konfransının oluşmasına
dayir önərisi, nəzərə alınır.
Berzildə Recifedə doquz oktobr 1987 ilinin
"kültürlərarası ilişkiləri gəlişdirmək
üçün qurulan uluslararası qurumun on ikinci seminarı"nin Birləşmiş millətlər
təşkilatına verdiği bu önərgəyi dilqqtə
alaraq ki uluslararası dil həqləri bildirisinin təsvibi
və düzeltilməsi üçün gərəkən adımların
atlması gərəklidir.
26
juen 1989 ilinin "uluslararası iş sazimanının 169
anlaşması"na dayanaraq ki bağımsız
ölkələrdəki yerli və qəbilə insanlarıyla
ilgilidir.
May
1990 ilinin Barselonada "insanların cəmi həqlərinin
uluslararası bildirisi" yanı bütün insanların buna həqləri
var ki öz kültürlərinin, dillərinin və
orqanizasiyonlarının qurallarını qullansın və
gəlişdirsin və buna
ulaşmaq üçün fərqli siyasi çərçevələr içində öz
siyasi, təlim və tərbiyəti və
xəbərleşmə təşəkküllərini qurmalılar,
nəzərə alınır.
16 Agust
1991 ilində Məcaristanda "uluslararası modern dil öğrətmənləri
federasiyonunun gənəl məclisi" nin
tərəfindən qəbul olunan son bildiri ki dil
həqlərinin bir fərdin təməl həqlərindən
sayılması gərəktiğini vurqulur, nəzərə alınır.
"Birleşmiş
Millətlər təşkilatının insan həqləri komisiyonunun
iqtisadi və insani şurası"nın 20 april 1994 ilindəki
raporu ki "yerli xəlqlərin həqləri"ilə
ilgilidir və fərdi həqləri cəmi həqlər ışığında
görür, nəzərə alınır.
"Amerika
dövlətləri-arası insan həqləri bildirisi ki yerli
xəlqlərin həqqi" moredindədir və18 Septambr 1995 ilində
1278 inci cələsədə təsvib oldu,
diqqətə alınır.
Dünyadakı təhlikə
altındakı dillərin bir çoğu öz milli hakimiyyətlərindən
yoqsun bıraxılan xəlqlərə aiddir. Bu dillərin
gəlişməsinin önlənməsi və başqa dillərin
onların yerinə geçməsinin nədəni budur ki bu
xəlqlər öz qədərlərinə hakim deyillər
və dövlətlər zorla hakim dilləri, siyasi və idari
yapılarını onlara təhmil etmişlər.
Nəzərə
alınaraq ki istila, sömürgə, işqal və başqa siyasi, ictima'i
və iqtisadi bağımlılıq gənəlliklə bir
xarici dilin zorla qəbul etdirilməsinə vəya ən azından
dillərin dəyərlərini itirmələrinə və dil
hiyerarşisinin yaranmasına səbəb olur ki bu da o dillərə
qonuşanların dillərinə olan
bağlılıqlarını etkilir.
Diqqətə
alınaraq ki öz milli hakimiyyətlərini yeni qazanan bəzi
xəlqlər eski siyasətin sonucunda, sömürgə
dövlətlərin dilini tərcih verib öz dillərinin yerinə onların
dilini mənimsəmişlər.
Diqqətə
alınaraq ki evrənsəllik (cəhani olmaq), dil və kültürəl
fərqliliklərinin əsasında olub, homojenləşdirmə
və ayırma hərəkətlərinə üstün
gəlməlidir.
Nəzərə
alınaraq ki dil topluluğları arasında, barış
içində bərabər yaşamayı qarantiləmək üçün
qapsamlı prənsiplər düşünülməli və bu bütün dillərin
gəlişməsini, sayqı görməsini, yaşamın
özəl və umumi sahalarında qullanılmasını
təzmin etməlidir.
Dilqqtə
alınır ki dil-dışı mahiyəti olan faktorlar(tarixi,
siyasi, bölgəsəl, dəmografik, iqtisadi, sosyo-kültürəl, sosyo-linguistik
və cəmi tutumlara mərbut olanlar) bəzi sorunlara yol
açmaqdalar, örnəğin bir çox dilin haşiyəyə sürülüb
və aradan gitməsinə səbəb olurlar. Bütün durumlarda
geçərli çözümlərin(rah həll) bulunması üçün dil
həqləri geniş bir ortamda incələnməlidir.
Buna inanaraq
ki dil dəngəsizliklərini düzəltmək, bütün dillərin
gəlişməsini və sayqıyla
qarşılanmasını qarantiləmək, bütün dünyada harmonik
ictima'i ilişkilərin qorunması, eşit və adil dil
barışı prənsiplərinin qurulması üçün bir
uluslararası dil həqləri bildirisi gərəklidir.
Bu vəsilə ilə bəyan olunur ki :
Önsöz
Hər dilin
durumu bəlli bir ortamda geniş sayıda siyasi, huquqi, ideolojik
, tarixi, demografik, bölgəsəl, iqtisadi və ictima'i, kültürəl,
dilsəl, sosyo-dilcilik, dillərarası və şəxsi
təbiətlər kimi faktorların
birleşimi və birbirini etkiləməsiylə ortaya
çıxar.
Hələlik
bu faktorlar belə anlatılır:
1-Dövlətlərin
çoğunun eski təmayülü ki fərqlilikləri azaldıb, kültürəl
və dil çoğluğunun əleyhinə olan
düşüncələri təşviq etməkdələr.
2- Bütün
dünyada bir iqtisad və beləliklə bilgi,
xəbərleşmə və kültür anlayışına
təmayül ki dil qurumlarının iç-birlikdəliklərini
qarantiliyən qarşılıqlı ilişkiləri yox
etməkde.
3-Millətlər-üstü
iqtisadi quruhların ortaya qoyduğu iqtisadi gəlişmə modeli
ki düzənsizliği gəlişməylə, rəqabətə
dayanan fərdiyətçiliği özgürlüklə tanımlır
və bu vəsiləylə ciddi iqtisadi, ictima'i, kültürəl
və dil eşitsizliklərin ortaya çıxmasına
səbəb olur.
4-Dil
topluluğlarının yaşamı təhdid
altındadır, çünkü özlərini idarə etmə həqqindən
yoqsun bıraxılmışlar, qısıtlı sayıda insanları
var, üyələri coğrafi baxımından təmamən
və ya qismən dağınıq şəkildə
yaşırlar, iqtisadları çökməkde, dilləri kodlaşmamış,
kültürəl modelləri hakim kültürünə təmamən
qarşıdır. Bu model bir çox dilin birarada yaşamasına
və gəlişməsinə mane olur, bunu önləmək üçün
aşağıdakı hədəflərin diqqətə
alınması gərəkir:
a) Politik
baxış açısından, dil fərqliliklərini orqanizə
etmək amacıyla düşünülən yolun hədəfi, dil
topluluğlarının bu yeni gəlişmə modelində etkili
qatılımı, olmalıdır.
b) Kültüərl
baxış açısından, gəlişmə
mərhələsində bütün dünyadakı
xəbərleşmə ortamını insanların, dil
topluluğların və fərdlərin eşit qatılımıyla
uyqunlaşdırma hədəfi.
c) İqtisadi
baxış açısından, hərəksin
qatılımına, topluluğların ekolojik
dəngəsinə, bütün dillərin və kültürlərin
arasındakı eşit ilişkiyə dayanan bir
gəlişmə modelini ortaya çıxarma hədəfi.
Bütün bu səbəblərə
görə, bu bildiri dövlətləri deyil, dil topluluğlarını
çıxış noqtası olaraq görür və ancaq uluslararası
qurumların, bütün insanlara eşit şəkildə sağlanabilən
bir gəlişməyi qarantilmək yolundakı
çalışmalarını gücləndirdiği çerçevede incelenmeli.
Bu nədənlərə görə, təməli sayqı, uyumlu
birlikdəlik və qarşılıqlı mənfəətə
dayan bir politik yapının təşviqi
hədəflənir.
Ön başlıq:
Anlamlar
Maddə1
1- Bu bildiri dil
topluluğlarını belə tanımlayır: "bütün insani
topluluğlar ki bəlli bir zamanda bəlli bir yerdə, (buna
baxmayaraq ki bu yer rəsmiyətə tanınır ya
tanınmayır) qurulub, özlərini bir xəlq olaraq
tanımlayıb, üyələri ortaq bir dildə qonuşub
və bu dil onların kültürəl, xəbərleşmə
və birlikdə yaşamalarının vəsiləsi olmüşdür.
Bir "bölgənin dili" terimi bir dilə itlaq olunur ki
bəlli bir tarixi sürəçdə o bölgədə oluşmuşdur.
2-Bu bildirinin
çıxış noqtası bu prənsibə dayanır ki dil
həqləri aynı zamanda həm fərdi və həm
cəmilər. Dil həqlərinin tam anlatımında,
mərcə' olaraq bir tarixi dil topluluğunu öz bölgəsində
ki əlbəttə bu bölgəni yalnız bir coğrafi saha olaraq
deyil, dilin tam gəlişməsi üçün önəmli olan bir sosyal
və işləvsəl ortam olaraq görür, qullanır. Yalnız
bu çərçevədə baxınca bu bildirinin beşinci maddəsində
adı geçən, dil quruplarının və topluluğlarının
dışında yaşayan fərdlərin həqlərini
dərəcələnmə vəya dəvamlılıq
əsasında anlatmaq mümkündür.
3-Bu bildirinin
hədəfinə görə aşağıdakı durumlarda olan
qurupların da öz bölgələrində yaşadıqları
və bir dil topluluğuna bağlı olduqları
sayılır:
1-Siyasi və ya idari sınırlara görə öz
topluluğlarından ayrıldıqları zaman.
2-Tarixi olaraq
başqa dil topluluğlarının üyələri
tərəfindən çevrələndiği küçük bir coğrafi
bölgədə yaşadıqları zaman.
3-Yaşadıqları
bir coğrafı bölgəni, orada yaşayan və bənzər
tarixi geçmişləri olan başqa dil topluluğlarının üyələriylə
paylaşdıqları zaman.
4-Bu bildiri aynı
zamanda göçmənləri göç bölgələrində, və coğrafi
olaraq dağınıq yerleşim məntəqələrində
yerləşən xəlqləri öz tarixi
bölgələrində bir dil topluluğu olaraq görür.
5-Bu bildiri dil
quruplarını belə anlatır:
Başqa bir dil
topluluğunun bölgəsində oluşub, aynı dildə
danışan, ama topluluğun sahib olduğunu tarixi
geçmişə sahib olmayan insan qurupları, dil qurupları olaraq
tanınır. Buna örnək olaraq göçmən,
sığınmacı, və diyasporada və diport olunan insanları
sayabilirik.
Maddə2
1-Bu bildiri
e`lam etməkde ki bəlli bir bölgəni paylaşan fərqli dil
topluluğları və qurupları bu bildiridə
bəlirtilən bütün həqlərdən, qarşılıqlı
sayqı çərçevəsində yararlanmalı və
aralarındakı ilişkilər demokrasinin uyqulanmasını
ən geniş şəkliylə mümkün qılan əsasda oləmalıdır.
2-Yetərli
bir sosyo-linguistik dəngə qurmaq istərkən, yani dil
topluluğların həqləriylə, qurupların və onlara
bağlı olan fərdlərin arasında uyqun bir ilişki qurmaq
üçün, bölgələrindəki tarixi geçmiş və dəmokratik
istəkləri yanında çeşitli faktorlara da diqqət
etməliyik . Bu faktorlar mühacirətin icbari mahiyətini şamil
olur ki fərqli topluluğların və qurupların birarada
yaşamalarına və onların siyasi, ictima'i-iqtisadi və kültürel
zərər görmələrinə yol açabilir. Bu dəngəni qurmaq
üçün bəlli onarıcı davranışlara ihtiyac var.
Maddə3
1-Bu bildiri
aşağıda sayılan həqləri danılamayan insani
həqlərden olduqlarını və bütün durumlarda uyqulnmaları
gərəkdiğini vurgulur:
- Bir dil
topluluğunun rəsmi üyəsi olma həqqi
- Xususi
və umumi olaraq öz ana dilini qullanma həqqi
- Öz
adını qullanma həqqi
- Öz dil
topluluğunun üyələriylə ilişkidə və
birlikdə olma həqqi
- Öz kültürünü
qoruma və gəlişdirmə həqqi
- Və dillə
ilgili bütün həqlər ki 16 Dəsambr 1966 ilində
"uluslararası sivil və siyasi həqlər anlaşmasında"
və aynı tarixdəki "uluslararası iqtisadi, ictima'i
və kültürəl həqlər anlaşmasında" rəsmi
tanınmışdır.
2- Bu bildiri
qəbul etməkde ki dil quruplarının cəmi
həqləri, dil quruplarının üyələrinə öncəki
paraqrafda və maddə2.2 nin qoşullarına uyqun tanınan
həqlər dışında, aşağıda sayılan
həqləridə qapsır:
- Dil quruplarının
dillərini və kültürlərini öğrətmə həqqi
- Dil quruplarının
kültürəl sərvislərdən yararlanma həqqi
- Eşit bir
şəkildə dillərinin və kültürlərinin medyada
təmsil olma həqqi
- Dövlət
və ictma'i iqtisadi sazimanlar tərəfindən öz dillərində
sayqı görmə və diqqətə alınma həqqi
3-Öncədən
sayılan fərdlərin və dil quruplarının
həqləri, bunların qonaqçı toplumla ilişkilərinin
vəya birlikdəliklərinin önlənməsinə və
qonaqç toplumun və üyələrinin öz bölgələrində, öz
dillərini qullanmalarının qısıtlanmasına
səbəb olamaz.
Maddə4
1-Bu bildiri
bəyan etməkde ki göçüb, başqa bir dil topluluğunun
bölgəsində yerləşən insanların yeni
topluluğla bütünleşmə həqləri və
vəzifələri vardır. Burada bu anlaşılır ki bu
fərdlər taza toplumla yaxcı ilişkilərə girmək
üçün, bir tərəfdən öz kültürəl karaktərlərini
qoruyub, o bir tərəfdən də
yerleşdikləri bölgənin dəyərlərini və
davranışlarını mənimsəməlilər ve bu onlara
çox çətinlik çəkmədən qonaqçı toplumun insanlarıyla
yaxcı ictma'i ilişkilərdə olmalarına
yardımcı olur.
2-Başqa
bir tərəfdən, bu bildiri e`lam etməkde ki qonaqçı
toplumun kültürünü qəbul etmək anlamına gələn
asimilasiyon, o şəkildə ki əsli kültürəl özəlliklərin
yerini qonaqçı toplumun dəyərərləri və davranış formları
alır, kəsinliklə zor və icbarla olmamalı və
təmamən' özgür seçim sonucunda olmalıdır.
Maddə5
Bu bildirinin dayandığı
prənsip, bütün dil topluluğlarının eşit
həqlərə sahib olduqları və dillərinin siyasi
və huquqi durumundan, yəni rəsmi, məhəlli və azınlıq
olub olmadıqlarından müstəqil olduqlarıdır.
Məhəlli
və azınlıq kimi terimlər bu bildiridə qullanılmamışdır,
gərçi bəzi örnəklərdə məhəlli və
azınlıq dillərin tanınması, bəlli
həqlərin uyqulanmasına daha çox imkan verməkdə, ama
gənəlliklə bunun kimi tanıtımlar dil
topluluğlarının həqlərini qısıtlamaqda.
Maddə6
Bu bildiri
e`lam etməkde ki bir dil, dövlətin rəsmi dili olduğu üçün
və ya bir bölgədə gələnksəl idari
hədəflər və bəlli kültürəl
fəaliyyətlərdə qullanıldığı
nədəniylə o bölgənin dili sayılamaz.
Birinci
ünvan:
Gənəl prənsiplər
Maddə7
1-Bütün dillər,
bir cəmi hüviyyetin ifadəsi olub, gərçəği anlamanın
ve anlatmanın ayrı yollarılar. Bu yüzdən də onların
gəlişməsi üçün bütün sahalarda gərəkən qoşulların
var olması gərəkir.
2-Bütün dillər
cəmi şəkildə oluşmuş və toplumda fərdi
istifadə üçün, hüviyyətin, birləşmənin, xəbərleşmənin
və yaradıcılığın ifadə olunmasının
bir vəsiləsi olaraq hərkəs tərəfindən qullanılabilir.
Maddə
8
1-Bütün dil
topluluğları toplumdakı bütün sahalarda dillərinin qullanılmasını
qarantiləmək üçün öz qaynaqlarını orqanizə və idarə
etmə həqqinə sahiblər.
2-Bütün dil
topluluğları dillərinin yayılması və dəvamlılığı
üçün gərəkən bütün məlzəməyə hakim olma
həqqinə sahiblər.
Maddə
9
Bütün dil
topluluğları, bir müdaxilə və zor olmadan, öz dil
sistemlərini kodlaştırma, istandardlaştırma, qoruma,
gəlişdirmə və ilərlətmə həqlərinə
sahiblər.
Maddə10
1-Bütün dil
topluluğları eşit həqqə sahiblər.
2-Bu bildiri
e`lam etməkde ki dil əleyhinə olan hiç bir eşitsizliğe
izin verilməmişdir. İstər bunlar siyasi hakimiyyət
dərəcəsinin əsasında, onların ictima'i, iqtisadi
və ya dillərin kodlaşma dərəcəsi, modərnleşmə
və ya geri qalma dərəcəsi əsasında olsun,
fərq etməz məhkumdur.
3-Bu eşitlilik
prənsipinin yerinə gətirilməsi və onun etkili olması
üçün bütün gərəkən adımların atılması
gərəkir.
Maddə11
Bütün dil
topluluğları bu bildiridə tanınan həqlərin uyqulanmasını
qarantiləmək üçün, dillərinin başqa dillərə
çevirilməsi və başqa dillərin onların dillərinə
çevirilməsi üçün gərəkən bütün imkanlara sahib olmalılar.
Maddə12
1-Hərəks
umumi mühitlərdə bütün çalışmalarını öz dilində
yürütmə həqqinə sahibdir, ama bu qoşul
da eklənmişdir ki bu dil onun yaşadığı
bölgənin dili olmalıdır.
2-Hərəks
öz dilini şəxsi mühitlərdə və ailə içində qullanma
həqqinə sahibdir.
Maddə13
1-Hərəks
yaşadığı bölgənin dili həqqində bilgi alma
həqqinə sahibdir.
2-Hərəks
bir neçə dili bilmə həqqinə və
bu bildiridə topluluğun dilinin umumi istifadəsini təzmin edən
əsaslara ön yarqısız, öz şəxsi və ictima'i
gəlişməsi və ilərləməsi üçün ən uyqun dilləri öyrənmə həqqinə sahibdir.
Maddə14
Bu bildirinin
hükümləri o şəkildə yorumlanamaz və qullanılamaz
ki bir dilin iç və ya uluslararası durumunun ortaya
çıxardığı qurallara və uyqulamalara ki o dilin öz
bölgəsində qullanılmasına daha uyqunlar,zərər
versin.
İkinci başlıq:
Qapsamlı
dil rejimi
Birinci
bölüm
Dövləti
idarələr və rəsmi orqanlar
Maddə15
1-Bütün
dil topluluğları öz bölgələrində öz dillərini
rəsmi şəkildə qullanma həqqinə
sahiblər.
2-Bütün
dil topluluğlarının bölgələrinin dilində olan huquqi
və idari, dövləti və xususi sənədlərinin və
rəsmi qayıdlarının mötəbər
və geçərli tanınmaları gərəkir. kimsənin bu dili göz ardı etməyə
həqqi yoxdur.
Maddə16
Bütün
dil topluluğlarının, öz dillərində dövlət
adamlarıyla rabitə qurub dillərinə qarşı onlardan
təvəccüh və sayqı görmə həqqinə
sahiblər. Bu həqq
əlbəttə mərkəzi, bölgəsəl, məhəlli
və bölgələr üstü bölünmələrə ki dilin aid olduğu
bölgəyə şamil olurlar uyqulanmaqdadır.
Maddə
17
1-Bütün
dil topluluğlarının, dilin aid olduğu bölgəyə
mərbut olan bütün rəsmi sənədlərə öz dillərində
ulaşmaya həqləri var, buna baxmayaraq ki bu
sənədlər çap ulunmuşdur, maşın təriqindən
oxunur və ya başqa formdadır.
2-İstandard
idari sənədlər və formlar istər çap olunmuş
olsun, maşında oxunur olsun, və ya başqa formda, bütün dillərə
hazırlanmalı, bütün dil bölgələrində insanlara
açıq və onlara ulaşılır olmalı və bu
xidmət dövləti məqamlar tərəfindən bütün dillərin
aid olduğu bölgələri qapsamalı.
Maddə18
1-Bütün
dil topluluğlarının qanunları və onlara mərbut olan
başqa qanuni tədarükat öz bölgələrinin dilində olmalıdır.
2-Öz
hakimiyyət bölgələrində birdən
çox tarixi dilləri olan dövlət məqamları yetki
sahalarında bütün qanunları və müqərrəratı bu dillərin
hamısında yayınlamalı, istər o dillərə
qonuşanlar başqa dilləri anlasın və ya anlamasın.
Maddə19
1-Bütün
təmsilci məclislərin rəsmi dilləri, təmsilcilərin
təmsil etdiği bölgənin dilində olmalıdır.
2-Bu
həqq aynı şəkildə o topluluğların dillərinə
uyqulanır ki coğrafi baxımdan dağınıq
bölgələrdə oluşmuşlar. Buna birinci maddənin
dördüncü paraqrafında işarə olunub.
Maddə20
1-Hərkəsin
həqqi vardır ki bir bölgədə qonuşulan tarixi dili,
yazılı və sözlü şəkildə, o
bölgələrdəki məhkəmələrdə qullansın.
Məhkəmələr daxili işlərində o bölgənin dilini
qullanmalılar. Ölkədəki huquqi sistemə görə muhakimənin
idamə tapması başqa bir yerdə gərəkirsə,
əsli dilin qullanılması dəvam etməlidir.
2-Hərəks
bütün durumlarda anladığı və qonuşduğu dildə
muhakmə olma və bir məccanı mütərcimin
xidmətindən yararlanma həqqinə sahibdir.
Maddə21
Bütün
dil topluluğları bəlgə və sənədlərini
öz bölgələrinin dilində rəsmi şəkildə
səbt etdirmə həqqinə sahiblər.
Maddə22
Bütün
dil topluluğları, notər tərəfindən və ya
rəsmi dövlət mamurları tərəfindən bəlgələnmiş sənədlərini notərlər
və dövlət məmurlarının xidmət etdiği
bölgənin dilində düzənləmə həqqine sahiblər.
İkinci
bölüm:
Təlim
və tərbiyət
Maddə23
1-Təlim
və tərbiyət, uyqulandığı bölgədəki dil
topluluğunun dilsəl və kültürəl özünü ifadə etmə becərisinin təşviq edilməsinə yardım
etməlidir.
2-Təlim
və tərbiyət, uyqulandığı bölgədə dil
topluluğunda danışılan dilin
gəlişməsinə və qorunmasına yardım
etməlidir.
3-Təlim
və tərbiyət, kültür və dil fərqliliklərinin xidmətində
olub, bütün dünyada fərqli dil topluluğlarının
arasında uyumlu bir ilişkinin oluşmasına yardım
etməlidir.
4-Adı
geçən öncəki prənsiplərin çərçevəsində
hərəks hər dili öğrənmə həqqinə sahibdir.
Maddə
24
Bütün
dil topluluğları yaşadıqları bölgədə
təlim tərbiyətin bütün aşamalarında,
mədrəsədən öncə, ibtidayi, orta, məsləki
və fənni, universitədə və yetişkinlərdə dillərinin nə
dərəcədə rabit bir dil və araşdırma qonusu olacağına
təsmim tutma həqqinə sahibdir.
Maddə 25
Bütün
dil topluluğları öz bölgələrində, bütün təlim
və tərbiyət aşamalarında dillərinin qullanılmasını
sağlamaq üçün bütün gərəkən insani və maddi qaynaqlara
örnəğin: təlim görünmüş öğretmenlər,uyqun
təlim və tərbiyət mətodları, dərs
kətabları, malı qaynaqlar, binalar və təchizat,
gələnksəl və modərn teknolojiyə sahib olmalılar.
Maddə26
Bütün
dil topluluğların üyələri, dillərinə tam hakim olma
qabiliyyətini sağlayan təlim tərbiyəti alma həqqinə
sahiblər. Bu, bütün sahalarda dilin qullanılmasına mərbut olan
fərqli becərilər və aynı şəkildə öğrənmək
istədikləri başqa dillərə ən geniş
şəkliylə hakim olma qabiliyyətini də şamil olur.
Maddə27
Bütün
dil topluluğların üyələri kültürəl
gələnkləriylə ilgili olan dillər həqqində
bilgi sağlayan təlim tərbiyətə sahib olmaya
həqləri var.Örnəyin: öncədən o topluluğun
yayqın dili olan ədəbi və ya müqəddəs dilləri
öğrənmə həqqi.
məmməmməmməməm2məməm7maddə27məm
Maddə28
Bütün
dil topluluğların üyələri öz kültürəl mirasları
həqqində gərəkən bilgiyi (tarix, coğərafı,
ədəbiyat, və kültürlərinin başqa
göstərgələri həqqində)sağlayan təlim
və tərbiyətə sahib olmaya həqləri var. Aynı
şəkildə bu təlim tərbiyət onlara öğrənmək
istdikləri başqa kültürlər həqqində ən geniş
bilgiyi sağlayabilməli.
Maddə29
1-Hərəks
öz yaşadığı bölgənin dilində təlim və
tərbiyət alma həqqinə sahibdir.
2-Bu
həqq, başqa dil topluluğlarla ilişki qurmaq amacyıla,
yazılı və sözlü olaraq dillərinin öğrənilməsini
qısıtlamaz.
Maddə30
Bütün
dil topluluğlarının dili və kültürü universitə seviyəsində
öğrənmə və araşdırma qonusu olmalı.
Üçüncü
bölüm:
Şəxsi
adlar
Maddə31
Bütün
dil topluluğları öz ad sistemlərini bütün mühitlərdə
və durumlarda qoruma və qullanma həqqinə sahiblər.
Maddə32
1-Bütün
dil topluluğları bölgələrinin dilində yer
adlarını yazılı və sözlü olaraq şəxsi, umumi
və idari mühitlərdə qullanma həqqinə sahiblər.
2-Bütün
dil topluluğları qədimi yerlərin adlarını
təsbit etmə, düzəltmə və qoruma həqqinə
sahiblər. Bu yerlərin adı ixtiyari şəkildə
məhv olunamaz, təhrif olunamaz, bozulamaz və hətta
əgər siyasi sistemdə və ya hər hangı bir formda
bir diyişiklik olursa bu adlar dəyiştiriləməz.
Maddə33
-Bütün
dil topluluğları özlərini öz dillərindəki adla
adlandırma həqqinə sahiblər. Başqa dillərə
tərcümə edərkən hər hangı bir həqarət
və bəlirsizliğin önü alınmalı.
Maddə34
Hərəks
öz adını bütün mühitlərdə öz dilində qullanma həqqinə
sahibdir. Aynı şəkildə gərəkən durumlarda,
başqa yazı sistemində dilinin fonitik uyarlanmasına ən
dəqiq şəkliylə diqqət etməli.
Dördüncü
bölüm:
Xəbərleşmə
aracları və yeni teknoloji
Maddə35
Bütün
dil topluluğları dillərinin öz bölgələrindəki
xəbərleşmə araclarında təmsil olma
dərəcəsi həqqində, yayım metodları və intiqal
olma şəklinə baxmadan təsmim tutma həqqinə
sahibdir, fərq etməz istər bu məhəlli və ya
gələnksəl medya olsun, geniş ufuqlu və ya modərn teknolojiyə
sahib bir medya olsun.
Maddə36
Bütün
dil topluluğları xəbərleşmə araclarında, istədikləri
dərəcədə dillərinin huzurunu və kültürəl olaraq
özlərini ifadə edəbiləcəklərini qarantı
edən maddi və insani
qaynaqlara, yəni yaxcı təlim və tərbiyətli personel,
mali qaynaklara, təchizat və bina, gələnksəl və modərn
teknolojiyə sahib olmaya həqləri var.
Maddə37
Bütün
dil topluluğları xəbərleşmə araclarının
vəsiləsiylə öz kültürəl mirasları həqqində
tam bilgi(tarix, coğərafı, ədəbiyat və kültürlərinin
başqa göstərgələri həqqində) edinmə və aynı
şəkildə üyələrinin öğrənmək istədiği
başqa kültürlər həqqində də istədikləri
qədər bilgi alma həqqinə sahiblər.
Maddə38
Bütün
dil topluluğlarının dili və kültürü bütün dünyada
xəbərleşmə araclarında eşit və təb'izsiz
muamilə görməli.
Maddə39
Bu
bildirinin birinci maddəsinin üçüncü və dördüncü paraqraflarında
anlatılan topluluğlara, və aynı maddənin beşinci
paraqrafında adları geçən quruplara dillərinin yerləşdikləri
və ya göçdükləri bölgədəki xəbərleşmə araclarında
eşit şəkildə təmsil olunma həqqinə
sahiblər. Bu həqq o bölgədə yaşayan başqa dil quruplarının
və topluluğlarının həqləri ilə uyumlu bir
şəkildə uyqulanmalıdır.
Maddə40
Bilgi
teknolojisi sahasında bütün dil topluluğları, dil
sistemlərinə uyan təchizata və dillərindəki alət
və ürünlərə sahib olmalılar. Beləki bu
teknolojilərin sağladığı bütün potansiyel imtiyazlardan:
özlərini ifadə edəbilmək, təlim və
tərbiyət, xəbərleşmə, yayın, tərcümə,
bilgi işləm və gənəl olaraq kültürlərini
təbliğ etmək üçün bütün imkanlardan yararlanabilməlilər.
Beşinci
bölüm:
Kültür
Maddə41
1-Bütün
dil topluluğları bütün kültürəl ifadə
şəkillərində öz dillərini qullanma, qoruma və
təşviq etmə həqqinə sahiblər.
2-Bütün
dil topluluğları bu həqqi bölgələrinin yabancı
bir kültürün işğalına məruz qallmadan tam anlamıyla uyqulamalılar.
Maddə42
Bütün
dil topluluğları öz kültürəl mühitlərində tam
gəlişmə və ilərləmə həqqinə
sahiblər.
Maddə43
Bütün
dil topluluğları öz dillərində yaranan
əsərlərə sahib olmaya həqləri var.
Maddə44
Bütün
dil topluluğları yetərli bilgi dağıtım aracı
ilə kültürlərarası proqramlara ulaşma həqqinə
və yabancılara dili öğrətmə, tərcümə,
dublaj, post sinkrunizasiyon və alt yazı kimi
çalışmaları dəstəklmə həqqinə
sahiblər.
Maddə45
Bütün
dil topluluğlarının dili, kültürəl olaylar və
sərvislərdə önəmli bir yer(kitabxana,video klubları, sinema,
tiyatro, muzə, arşivlərdə, folklorda, kültürəl
sənətlərdə və başqa kültürəl
yaşamın göstərgələrində) almalıdır.
məm29maddə46m
Maddə46
Bütün
dil topluluğları öz kültürəl və dil miraslarını,
yəni sənədlər topluluğu, sanat və mimarlıq,
tarixi binalar və öz dillərindəki yazılar kimi maddi
göstərgələrini, qoruma həqqinə sahiblər.
Altıncı
bölüm:
İqtisadi-ictima'i
saha
Maddə47
Bütün
dil topluluğları öz bölgələrində bütün ictima'i-iqtisadi
çalışmalarda öz dillərini qurma həqqinə sahiblər.
2-Dil
topluluğlarının üyələri məsləki
çalışmalarını yerinə gətirmək üçün bütün
gərəkən məlzəməyə, örnəğin
sənədlərə, mərcə' işlərinə,
dəsturüləməllərə, formlara, kompiyoter təchizatına,
vəsile və urunlərə öz dillərində ulaşabilmə
həqqinə sahiblər.
3-Bu
sahada başqa dillərin qullanımı tək bu qoşulla
lazim olabilir ki gurulan məsləkin təbiəti o dilin öğrənilməsini
gərəktirsin. Hiç bir şəkildə yeni ortaya çıxan dil
o bölgənin öz dilinin önəm və yerini indirəməz və
onun yerinə geçəməz.
Maddə48
1-Öz
dil topluluğunun bölgəsində hərəks öz dilini tam
qanuni itibarla hər çeşid iqtisadi mu'amilələrdə,
örnəğin sərvis və əşya alım
satımında, bank işlərində, bimədə, iş
qərardadlarında və başqa işlərdə qullanma
həqqinə sahibdir.
2-Bu
şəxsi işləmlərdə hiç bir qanun bölgənin dilinin
qullanılmasını qısıtlayıb və ya
yasaqlayamaz.
3-Dil
topluluğunda hər kəs yuxarıda adı geçən
işləmlər üçün öz dilində gərəkən
sənədlərə ulaşma həqqinə sahibdir. O
sənəd örnəkləri: formlar, çəklər,
qərardadlar, rəsidlər, qəbzlər, nusxələr
və sifarişlərlər.
Maddə49
Öz dil
topluluğunda hər kəs hər çeşid ictima'i-iqtisadi orqanizasiyonlarda,
örnəğin: ittihadiyələr və işçi
səndikalarında, iş əncümənlərində, ticari
və əsnaf dərnəklərində, öz dillərini qullanma
həqqinə sahibdir.
Maddə50
1-Bütün
dil topluluğlarının dilləri təbliğatlarda, tablolarda,
postərlərdə, və bir bütün olaraq ölkənin imajında
önəmli bir yer alma həqqinə sahibdir.
2-Dil
topluluğunun bölgəsində hər kəs, ticarəti müesesələr
tərəfindən sunulan məhsullar və sərvislər
həqqindəki bilgiləri, örnəğin: qullanma
qılavuzu,etikət, içindəkilərin listəsi,
təbliğat, qaranti bəlgələri kimi yazılı
və şəfahi bilgiləri öz dilində alma həqqinə sahibdir.
3-İnsanların
sağlığını etkiliyən umumi işarətlər
başqa dillərinkindən daha aşağı deyilsə
ən azından bölgənin öz dilində olmalıdır.
Maddə51
1-Hərəks,
şirkətlər, ticari və şəxsi qurumlarla rabitəsini
bölgəsinin dilində qurma və aynı dildə də onlardan
sərvis və cəvab alma həqqinə sahibdir.
2-Hərəks
bir müştəri, tükətici və alıcı, olaraq umuma
açıq dən öz dilində şəfahi və yazılı
bilgi alma həqqinə sahibdir.
Maddə52
Hərəks
öz məsləki çalışmalarını bölgəsinin dilində
yürütmə həqqinə sahibdir, məgərki işinin
təbiəti başqa dillərin qullanılmasını
gərəktirsin. örnəğin: dil müə'limləri,
tərcümanların, turist rəhbərlərinin işləri.
İlavə
mülahizələr:
Birinci
Dövlət
məqamları bu bildiridə səbt olunan bütün həqlərin
qanuni sahalarda yerinə gətirilmələri üçün
gərəkən təşəbbüslerde bulunmalılar. Özəlliklə
maddi qaynaqları az olan topluluğların dil həqlərinin uyqulanmasını
təşviq etmək üçün, uluslararası maddi qaynaqlar
sağlanmalı. Beləliklə fərqli topluluğların dilinin
kodlaşması, tərcümə olunması, öğrətilməsi
və idarələrdə qullanılmasi üçün dövlət
məqamları tərəfindən gərəkən
dəstəğin sağlanması gərəkir.
İkinci
Dövlət
məqamları gərəkən rəsmi müəsisələrin,
orqanizasiyonların və ilgili insanların bu bildiridə ilam
olunan həqlərdən və ilgili vəzifələrdən
xəbərdar olmalarını sağlamalı.
Üçüncü
Dövlət
məqamları hakim yasama sistemi içində bu bildiridə bulunan dil
həqləri ilə ilgili hər bir ixlali cəzalandırmaq
üçün cəzalar uyqulamalı.
Son
mülahizələr:
Birinci
Bu
bildiri Birləşmiş Millətlər təşkilatının
bünyəsində bir "dil şurası"nın
yaradılmasını önərir. Birləşmiş Millətlər
təşkilatının gənəl əncüməni belə
bir şuranın qurulmasına, onun vəzifələrinin
tanıtılmasına, üyələrinin seçilməsinə,
və bu bildiridə tanınan həqlərin uyqulanmasına, dil
topluluğlarını qorumaq amacıyla, uluslararası
qanunlarda bir qurumun yaradılmasına sorumludur.
İkinci
Bu
bildiri qeyri rəsmi, müşavirəyə dayanan qeyri dövləti
orqanların və dil qanunları ilə ilgili çalışan
başqa orqanizasiyonların təmsilcilərindən oluşan
bir "dil həqləri dünya komisiyonunun" yaradılmasını
önərib və təşviq edir.
Barselona juen
1996
Uluslararası dil
həqləri bildirisi