وطن
بالاسی، شرف سیمگسی
حسن روشدییه
vətən balasi , şərəf simgəsi
Həsən Rüşdiyyə
Tam adı Hacı Mirzə Həsən
Rüşdiyyə
Doğum tarixi 5 iyul, 1851
Doğum yeri Təbriz, güney azərbaycan
Ölüm tarixi 10 dekabr, 1944
Ölüm yeri Qum, İran
تبريزده
روحاني
عائيله سينده
دونيايا گلن روشدييه
ديني
تحصيليني
ياريمچيق
بوراخاراق موعليم
اولماق
قرارينا گلير
و 1880-جي ايلده
بئيروتدا
دارولمولليمينه
داخيل اولور.
1883-جو ايلده
ايروانا گئده
رک اورادا يئرلي
موسلمانلار
اوچون
موعاصير
تيپلي دونيوي مکتب
آچير. بورادا "
وطن ديلي "
آدلي
تورکو(آزربایجان
تورکجسی)
ديليدن يئني
درسليگي قلمه
آلير. درسليک
سونرالار
قافقازين بير
نئچه
روس-موسلمان
مکتبلرينده
ده
ايشلنميشدي. بير
مودت سونرا
روشدييه
يئنيدن
تبريزه قاييدير
و بورادا "
مدرسئ-اي
روشديييه "
آدلي ايراندا
ايلک موعاصير
تحصيل
موسيسسيني
تاسيس ائدير.
لاکين
روشدييه نين
تعليم
مئتودلاري
نين ايسلامي
پرينسيپلره
اويغون گلمه
ديگيني ايديعا
ائدن
موللالار
مکتبي
داغيتماق
امريني وئريرلر.
1893-ده مکتبي
شهرين
شئشگيلان
محلله سينه
کؤچورور و
آديني موظفر
اد-دين شاهين
شرفينه " روشدييئ-اي
موظفريييه "
قويور. همين
مکتبده درسلر
تورک ديلينده
کئچيريليردي.
لاکين يئنه ده
نارازي قالان
موللالار
روشديييه دن
ال چکمه ييب
اونو
اؤلدورمه يه،
مکتبلريني
ايسه دارماداغين
ائتمه يه
چاليشيرديلار
و اونا قارشي
فتوا وئريرلر.
روشديييه
تبريزي ترک
ائديب تئهرانا
کؤچمه يه
مجبور اولور.
بورادا
حؤکومتين
کؤمگي ايله هم
پايتاختدا،
هم ده ايري
شهرلرده
اوغلان و
قيزلار اوچون
روشديييه
مکته لريني
آچماغا
باشلايير.
همچنين مقاله
و اوشاقلار اوچون
شئيرلر يازير.
1944-جو ايلده 97
ياشيندا
قومدا وفات
ائدير.
Təbrizdə ruhani ailəsində dünyaya gələn Rüşdiyyə
dini təhsilini yarımçıq buraxaraq müəllim olmaq qərarına
gəlir və
1880-ci ildə Beyrutdadarülmüəlliminə daxil olur. 1883-cü
ildə İrəvana gedərək orada yerli müsəlmanlar üçün müasir
tipli dünyəvi məktəb açır. Burada "Vətən dili" adlı
Azərbaycan turkcesinden yeni dərsliyi qələmə
alır. Dərslik sonralar Qafqazın bir neçə rus-müsəlman məktəblərində
də işlənmişdi. Bir müddət sonra Rüşdiyyə yenidən Təbrizə
qayıdır və burada "Mədrəse-i Rüşdiyyə"
adlı İranda ilk
müasir təhsil müəssisəsini təsis edir. Lakin
Rüşdiyyənin təlim metodlarının islami prinsiplərə uyğun gəlmədiyini
iddia edən mollalar məktəbi dağıtmaq əmrini verirlər. 1893-də
məktəbi şəhərin Şeşgilan məhəlləsinə
köçürür və adını Müzəffər əd-Din şahın şərəfinə
"Rüşdiyye-i Müzəffəriyyə" qoyur. Həmin məktəbdə
dərslər Azərbaycan
dilində keçirilirdi. Lakin yenə də narazı qalan mollalar
Rüşdiyyədən
əl çəkməyib onu öldürməyə, məktəblərini
isə darmadağın etməyə çalışırdılar
və ona
qarşı fətva verirlər. Rüşdiyyə Təbrizi tərk
edib Tehrana köçməyə məcbur olur. Burada hökümətin köməyi ilə həm
paytaxtda, həm də iri şəhərlərdə oğlan
və qızlar
üçün Rüşdiyyə məktələrini açmağa
başlayır. Həmçinin məqalə və uşaqlar üçün şeirlər
yazır. 1944-cü ildə 97 yaşında Qumda vəfat edir.