Nəriman
Nərimanov
Türk- Azərbaycan dilinin
müxtəsər sərf nəhvi dərsliyinin müqəddiməsi
(1899)
Bu
axır zamanda mərifətli əhli-qələm
qardaşlarımız tövrbətövr kitablar yazmağa məşğuldurlar,
ancaq bu vaxtadək Türk - Azərbaycan dilində bir qayda
olmamağma görə hər kəs nə tövr istəyir
yazır.
Qaydasız
yazılan inşalar nə dilə və nə millətə nəf
gətirməz. Məsələn; uşaq məktəbdə
oxuyur, bir müəllim yazır (...) qeyrisi yazır (اوخى)
. Bir müəllim yazır ( کلمهنى )
o birisi yazır ( کلمنى )
. İki sözü də oxumaq olur, ıkisinin de mənası birdir;
ancaq uşaq bir mənalı sözü
iki tövr yazılmış görəndə çaşır və
bilmir hansı düzdür.
Bu
zəmanədə mədəniyyətli millətlər
çalışırlar ki, dillərini və yazılarını
asana çıxarsınlar, çünki bir lisanın yazısı nə qədər
asan olsa, o lisan o qedər tez yayılıb o dildə yazılan
inşalar da tez intişar tapar.
Türk-Azərbaycan
dilini çətin edən, əvvəla səsli hərflərin az
olma- maqlığıdır, Məsəlon: (بول) birisini bيr neçə adamın arasında bulmaq (بول) çox mənasında, (بول) tap. Bu kəlmələrdə
üç ayrı səsli hərflər bir hərflə (و) yazılır.
Bundan sonra çox adam bu səsli hərfləri də işlətmir,
(منيم) kəlməsini yaizrlar (منم، مهنهم).
Amma bizim təsəvvürümüze görə nə qədər səsli
herfləri aşkar etsək, ol qədər yazımız asan
olar...
İkincisi,
Türk-Azerbaycan dilinin yazısını çetin edən Ərəb
dtlinə məxsus olan hərflərdır (ت ط ا ع ذ ظ
ض ث س ص)
Doğrudur,
dilimizdə ərəb sözləri çoxdur və ərəb sözləri
yuxarıda zikr olunan hərflər ilə yazılır, amma həmin
sözler türk dilində o qədər işlənibdir ki, türk sözləri
kımi olubdur. Ərəb dilində bir səsli hərfin neçə
nişan ilə yazılmağına səbəb odur ki, əreb
lisanında hər hərfin bir məxrəci var və maxrəcə
göre hansı hərf yazılmağı məlum olur və kəlmələrin
mənaları dəyişdirilir, amma o kəlmələr ki,
bizim dile qarışıbdır onları biz məxrəcsiz
deyirik, Məselən: (سوال) kəlməsinin
(س) hərfi (ثواب) sözünün (ث) hərfi kimi oxunmuyur, yoxmu?
Neçün gərək .(سوال) (س) hərfılə və (ثواب)(ث) hərfilə yazıla? Hərgah
türk dilində hərfin məxrəci kəlmənin mənasını
dəyişdirməyinə səbəb olsa idi, əlbəttə,
onda gərəkdir (سوال)
və (ثواب)
yazılaydı. Rus lüğətində yunan dilindən
götürülmüş çox
kəlmə var. Hərçənd o kəlmələrin yunan dilində
yunan hərflərilə yazılmış məxrəcləri
ayrısa da, bununla belə rus o sözləri öz əlifbasıyla
yazır: hətta (ح)
hərfinin yerinə (خ)
yazılır! Hər dil belədir, hər millət
çalışır ki, məxsus dili və yazısı olsun,
amma biz!
Umid
edirik ki, mərifətli əhli-qələm
qardaşlarımız yazımızda olan bu müşkülatə
diqqət edib yuxarıda zikr olunan nöqsanları bir-bir
yazımızdan gotürələr.
Biçarə
türk mollalarımızın əksəri öz dilində
kağız yaza bilmir! Bınunla belə, həmin mollalar
özlerini əhli-savad hesab edirlər, çünki farsca yazmaq
bacarırlar və ərəbcə bir az dadıblar... Eyib
deyilmi? Belə olan surətdə biz türklər özümüzə türk
deməyib fars deyək və farsa yapışıb dilini və
yazısını öyrənək, yainki azərbaycanlıqda
qalıb öz ana dilimizi bilək...
O
ana ki, sənə o dildə tərbiyə veribdir, sənə
o dildə yaxşı-yamandan tanıdıbdır, sənə
o dildə layla deyibdir və axırda haman o dildə
Allahını tanıdıbdır! Heyif! Görəsən bu barədə
fikir edən varmı? Axır sual: hansında qalmalıyıq?
Hansı dil bizim ana dilimizdir? Cavab istəyirik.
Bizsə
özümüzü Türk-Azərbaycan tayfasından hesab edib ana dilimizə cüzi
bir nəf götürməkdən ötrü osmanlı sərf və nəhvinə
müvafiq bu kitabçanı düzəltdik, sərf və nəhv elmi çox
çətin elmlərdən biridir və bu elm ilə məşğul
olan gərəkdir bir dilin barəsində yazanda o dili
yaxşı bilmiş olsun, bu dildə hünərlər göstərmiş
olsun, hərçənd biz türk dilini yaxşı bilmirik və hünərlər
göstərməmişik bununla belə, qeyrətli, mərifətli
əhli-qələm qardaşlarımızın köməkliyinə
ümid bağlayıb özümüzə bu cürəti götürdüm.
Ümid
edirik ki, qeyrətli qardaşlarımız ümumi xeyirdən ötrü
nəzərlərinə gələn səhvlərimizi göstərələr,
ta ikiminci çapda o səhvlər olmuya. Çox xoşhal olardıq ki,
diqqətlərini məktub ilə bildirələr. Bu
kitabçanın axırında hər qaydaya müvafiq misallar çap
olunubdur. Müəllimlər hər qaydanı şagirdlərə
bəyan edəndən sonra qaydaya məxsus misalları əzbər
gərək yazdıralar və təhlil edələr...