Firidun bəy Əhməd bəy oğlu
Köçərli
1863-cü
il
Firiydun Bəy Koçərlinin 1913-də
Azərbaycan Türkcəsi Haqqında yazdığı Qısa
Yazı
ANA DİLİ
Xeyli vaxtdır ki, dil
mәsәlәsi mәhәlli-müzakirәyә qoyulub,
onun üstündә mәclislәrdә, qәzet sütunlarında
vә jurnallarda bәhs olunur. Kimi İstambulda
işlәnәn әdәbi dili tәrif edib, onu sair yerlәrdә
işlәnәn türk dillәrinә tәrcih verir, kimi
Azәrbaycan türklәrinin şiveyi-lisanını
bәyәnib, onun tәrәfini saxlayır. Bir paraları
da İbn-Yafәs kimi türklәr üçün ümumi bir dil tәsis
etmәk fikrindәdirlәr ki, hәr yerdә o dildә
danışılıb yazılsın.
Hәr kәs öz
iddiasında möhkәm durubdur. Bәzi dәlillәr
gәtirmәk ilә öz qövl vә rәylәrini haqq
bilir, qeyrilәrinin qövl vә rәylәrinә iltifat,
etina etmәk istәmir. Bu hal ona sәbәb olubdur ki,
nә qәzetlәrimizin müәyyәn dili var, nә
yazıçılarımızın ki, oxuyanlar da onu anlayıb
başa düşsünlәr, o dili sevsinlәr vә öz malı
hesab etsinlәr, övladına o dildә tәlim vә
tәrbiyә versinlәr. Bizim әqidәmizcә bu
mәsәlәdә uzaq getmәk lazım deyil.
Hәr millәtin
özünә mәxsus ana dili var ki, onun mәxsus malıdır.
Ana dili millәtin mәnәvi diriliyidir,
hәyatının mayәsi mәnzilәsindәdir.
Ananın südü bәdәnin mayәsi olduğu kimi, ananın
dili dә ruhun qidasıdır, hәr kәs öz
anasını vә vәtәnini sevdiyi kimi, ana dilini
dә sevir.
Bu allah-taalanın
gözәl nemәtlәrindәn birisidir, onu әziz vә
möhtәrәm tutmaq hәr kәsә borcdur.
Rusların
mәşhur pedaqoq vә әdibi Uşinski deyir: "Bir
millәtin malını, dövlәtini vә hәtta
vәtәnini әlindәn alsan ölüb itmәz, amma dilini
alsan fovt olar vә ondan bir nişan qalmaz". Bu doğrunu
sayir millәtlәrin hәqiqi әdiblәri vә
yazıçıları yaxşı anlayıblar vә
әsәrlәrini ana dilindә yazmaqla belә
millәtin әxlaqını düzәldib, ağlına
vә ruhuna tәrbiyә veriblәr vә
vermәkdәdirlәr vә bir tәrәfdәn
dә ana dilinә seyqәl verib, onda olan rәkakәti
götürüb, gözәllәşdirib, müәyyәn bir qanun vә
әsas üzrә onu möhkәmlәşdiriblәr.
Rus dilini belә
müntәzәm qanun vә qaydaya salan vә bu
dәrәcәdә onu geniş vә zәngin
edәn onun әdiblәri olubdur. Hansı rus әdibi
olursa-olsun, onun yazdığı әsәrlәri rus
әkinçisi, rus dehqanı oxuyub asanlıqla başa düşür,
habelә dә nemsә, firәng, ingilis vә bizim
Qafqazda gürcü, ermәni әdiblәrinin dillәri. Amma
İstambulda nәinki әdiblәrin, hәtta balaca bir
qәzetdә xәbәr yazan hәrifin dilini
İstambuldan başqa sayir yerin türklәri anlamaz. Bundan
mәlum olur ki, osmanlı әdiblәri ana dilinin qәdrini
bilmәyib, onu unudublar vә özlәri üçün başqa
"volapuk"[1] ittixaz ediblәr.
[1] 1879-cu ildə Şleyer tərəfindən
düzəldilmiş süni beynəlxalq dildir. Həmin söz
anlaşılmaz, qarmaqarişiq dil mənasında da
işlədilir.
Bizim Azәrbaycan
türklәrinin dәxi özlәrinә mәxsus dili
vardır.
Uzun müddәt İran
dövlәtinin nüfuzu altında yaşamaqla belә bizim
dilimizә bir növ fars dilinin qanun vә qaydası sirişt
edibdir. Amma bununla belә dilimizi o qәdәr qәliz
vә dolaşıq etmәyibdir ki, onu anlamaq olmasın.
Bәlkә dili bir dәrәcәdә
dövlәtlәndiribdir. Doğrudur, bizim qabil vә mahir
әdiblәrimiz az olubdur, amma olanları ana dilini
can-dildәn seviblәr vә yazılarını açıq
vә aydın yazıblar. Abbasqulu ağa Bakıxanovun
"Nәsihәtnamәsi", Mirzә Fәtәli
Axundovun komediyaları, Qasımbәy Zakirin mәktubatı,
Hacı Heybәtbәy Fәdanın "Mәkkә
sәfәrnamәsi", Hacı Seyid Әzimin mövzun
әşar vә kәlamı, Hәsәnbәy
Mәlikzadәnin ülum vә fünunә dair yazdığı
kitablar vә siyasi mәqalәlәr -- cümlәsi açıq
vә aydın dildә yazılmış
әsәrlәrdir.
Amma bu axır vaxtlarda
bizim açıq vә sadә dilimizә İstambulda
yarımçıq elm tәhsil edib gәlәnlәr
xәlәl yetirmәkdәdirlәr. Bu cәnablar
nә elmdәn elm vә nә mәrifәtdәn
mәrifәt öyrәnmәyib vә adlarına әlqab
olaraq bir quyruq yapışdırıb, qәliz ibarәlәr
atına minib, әdәbiyyat meydanında cövlan
etmәkdәdirlәr.
Allah Әlibәy
Hüseynzadәyә insaf versin. Kaş o alicәnab İstambulda
rahat әylәşib, bizim şumbәxt Qafqaza
tәşrif gәtirmәyә idi. O cәnabın elm
vә kamalına sözümüz yoxdur. Sözümüz ondadır ki, elm vә
kamalından bizә bir bәhrә vermәdi, ancaq
dilimizә pozğunluq saldı, tәzә dil gәtirdi.
Әtrafını bir dәstә meymunlar bürüdü vә ona
tәqlid etmәkdә biri-birinә macal vermәyib,
"böyük hünәrlәr" göstәrdilәr. Az vaxtın
içindә Qafqaz türklәrinin dili osmanlı sözlәri vә
istilahları ilә doldu: "işbu",
"iştә", "şimdi", "şol",
"әfәndim", "baqalım",
"nasıl" sözlәri qәzet sütunlarını
doldurdu.
Bu işin
nәticәsi bu oldu ki, indi qәzetlәrimizin vә
jurnallarımızın dilini oxuyub başa düşmәk olmur.
Ana dili öyrәtmәk üçün yazılan tәlim
kitablarımız elә bir çәtin dildә yazılır
ki, onların vasitәsi ilә ana dilini ancaq unutmaq olar.
Üç-dörd yüz sәhifәli tәlimi-qiraәt
kitablarımızda "ata", "ana",
"yaxşı" kimi çox işlәnәn vә
әziz sözlәr dәrman üçün belә axtarılsa
tapılmaz. Bizim әqidәmizcә, bu müqәllidlik
vә rәftar millәtә xәyanәt etmәkdir.
Biz bir tәrәfdәn ilminskilәrә,
miroyevlәrә, levinskilәrә nifrin edib nalayiq
sözlәr deyirik ki, dilimizi atıb, bizi ruslaşdırmaq
istәyirlәr. Bir tәrәfdәn dә özümüz ana
dilinin pozğun hala düşüb unudulmağına
çalışırıq.
İndiyәdәk
mәnәvi tәrәqqimizә mane olan illәt bir
isә, indi iki olur. Bir tәrәfdәn hürufat qüsuru,
digәr tәrәfdәn dil qüsuru әlimizi vә
ayağımızı bağlayıb qoymur ki, irәli
gedәk.
Doğrudan da, bir fikir
etmәk lazımdır. Allah-taala dili insana veribdir ki, onunla
insan fikirlәrini vә hisslәrini bәyan etsin. Bu
barәdә Taleyranın sözü haqq deyil ki, guya dil insana fikrini
gizlәtmәk üçün verilibdir. Bu bir batil qövldür ki, siyasi
işlәrdә az-çox әhәmiyyәti vardır. Bizim
yәqinimizdir ki, dili dolaşıq şәxsin fikri dә
dolaşıqdır. İbarәpәrdazlıq fikrin
boşluğuna vә bir dәrәcәdә
yoxluğuna dәlalәt elәyir, doğru vә sәlamәt
fikirli adamların kәlamı hәmişә aydın,
açıq vә düzgün olur. Ancaq sәrsәrilәrin vә
müxtәlliş-şüur kәslәrin sözlәri
başsız vә binasız olur ki, onları anlamaq
qeyri-mümkündür. "Şәlalә"nin 22-ci
nömrәsindә möhtәrәm müәllim M.M. doğru
yazır ki, sәkkiz yüz ildәn bәri türk qövmü
yapdığı sәltәnәtlәr pozulub xarab
olubdur vә olmaqdadır. Onun üçün baqi qalan bircә dilidir ki,
indi onu da türk yazıçıları vә türk әdiblәri
әlindәn almaq istәyirlәr. Altun Qәlәmin ona
yazdığı cavab bizә bir az gülünc gәldi. Hәr
nә isә bu barәdә danışmağı
artıq bilirik.
Ancaq tәәssüf
etmәli vә bizә ağır gәlәni budur ki,
möhtәrәm İsabәy Aşurbәyli külli xәrc
töküb, "Şәlalә" jurnalının tәb vә
intişarı yolunda әlindәn gәlәni
әsirgәmir; vәli Sәbribәyzadә
cәnabları haqqı olmaya-olmaya kişinin xәrcini zay
edir vә arzularını puça çıxardır. Jurnalın
dilini o qәdәr çәtin edibdir ki, bir kәs onu oxuyub
başa düşә bilmir. Әgәr
"Şәlalә" belә gözәl
şәkildә ki, tәb olunur, dilini asan vә sadә
etsә idi, Qafqaz türklәrinә böyük xidmәtlәr
göstәrәrdi vә onları maarif kәsbinә
rәğbәtlәndirәrdi. Vәli ... indiki halda
rәğbәt әvәzinә nifrәt vә
etinasızlıq kәsb etmәkdәdir.
Millәtini
sevәn, onun mәnәvi diriliyinә çalışan,
tәrәqqisi yolunda әmәk sәrf edәn
yazıçılarımızdan, әdiblәrimizdәn vә
şairlәrimizdәn çox-çox tәvәqqe edirik ki,
dillәrini asanlaşdırsınlar, ana dilindәn uzaq
düşmәsinlәr, meymunluqdan әl çәksinlәr,
fikirlәrini açıq vә sadә dildә yazsınlar, ta
ki, onların yazdıqlarını oxuyan anlasın, düşünsün
vә ayılsın. Ancaq bu yolla yazan ilә oxuyanın
arasında dostluq, ittifaq vә birlik әmәlә
gәlә bilәr.- 1913.
ANA DİLİ
Həyatı
Firidun bəy Köçərli (Köçərlinski)
1863-cü il yanvarın 26-da Şuşada dünyaya gəlmişdir.
1876-cı ildə Şuşadakı rus məktəbinə
daxil olur. 1878-ci ildə Aleksey Çernyayevski Zaqafqaziya
müəllimlər seminariyasına tələbə toplamaq
məqsədi ilə bu məktəbə gəlir və bu
yolla Firidun bəy öz taleyini seminariya ilə bağlamış
olur. 1879-1885-ci illər ərzində o burada təhsil alır,
1895-1918-ci illər ərzində dərs deyir. 1885-ci ildə
qısa müddət Firidun bəy Erivan gimnaziyasında da dərs
deyir. 1910-cu ildə Qori seminariyasının Azərbaycan
şöbəsinin müvəqqəti təlimatçısı təyin
olunur, 1918-1920-ci illərdə onun təşəbbüsü ilə
həmin seminariyanın əsasında açılmış Qazax
müəllimlər seminariyasının müdiri
işləmişdir. Firidun bəy Köçərli Gəncə
üsyanı
yatırıldıqdan sonra XI Ordunun
xüsusi şöbəsi tərəfindən 1920-ci ildə, əlli
səkkiz yaşında güllələnərək
dünyasını dəyişir. "Vətən dilinin" I hissəsinin (VII nəşr)
yenidən işlənilməsində Firidun bəy
Köçərlinin xidmətləri böyükdür. O, 300-dən artıq
dərsliyə düzəliş etmiş, nəzəri
materialı, hekayələri artırmış, metodika və
stilistikasını dəyişdirərək
zənginləşdirmişdir. Köçərlinin "Darı və
buğda" əsəri "Vətən dilinə"
salınmışdır. Qeyd etmək lazımdır ki,
həyat yoldaşı Badisəba xanım Vəkilovlar nəslinə
mənsub idi.
Yaradıcılığı
1886-cı ildə 23 yaşlı gimnaziya
müəllimi Firidun bəy Köçərli İrəvanda teatr
tamaşası təşkil edir. Qori seminariyasının
məzunu Firidun bəy Köçərli 1885-ci ildə İrəvana
gəlmişdi. Həmin tamaşa M. F. Axundovun "Müsyö Jordan
və Dərviş Məstəli Şah"
komediyasının tamaşası İrəvan əhalisinin
həyatında böyük mədəni hadisəyə çevrilir. Lakin
F.Köçərli, 1895-ci ildə İrəvanı tərk
etmişdir.
Güllələnməsi
Liberman kabinetinə qayıdıb
yanından heç vaxt ayrılmayan, milliyətcə erməni olan,
kimə və nəyə, hansı ideala qulluq elədiyi
bəlli olmayan Sarkis Danilyanın diktəsilə Firidun bəy
haqqında saxta hökm yazdı:
4 iyun 1920-ci il, Gəncə: "Mən,
iyirminci diviziyanın xüsusi şöbəsinin hərbi
müstəntiqi bu gün Firidun bəy Köçərlinskinin
əksinqilabçı kimi ittihamnaməsi üzrə işinə
baxaraq və Qazax İnqilab Komitəsinin ona verdiyi
xasiyyətnaməni nəzərə alaraq bildirirəm ki,
müttəhim Köçərlinski özünün hakimiyyətindən və böyük
səlahiyyətindən istifadə edərək
zəhmətkeş xalqa zorakılıq göstərmişdir.
Köçərlinski Qazaxda "Müsavat" partiyasının sədri
olarkən millətçilik ehtiraslarını
qızışdırmışdır. Nəticədə
qonşu millətlər arasında toqquşmalar baş
vermişdir. Onun verdiyi izahat heç də inandırıcı
deyildir... Məttəhim Köçərlinskinin şahidlərin
dindirilməsi haqqında ərizəsini nəticəsiz qoymaq
(rədd etmək) lazımdır. Onun gələcəkdə
azadlıqda qalması Qazax qəzasında əksinqilabi
hərəkatın baş verməsinə, fəhlə və
kəndlilərin günahsız olaraq qanlarının
tökülməsinə səbəb ola bilər". Qərara
alınır: müttəhim Köçərlinski güllələnsin.
Təsdiq edirəm: 7№-li Xüsusi bölmənin rəisi Liberman
Təsdiq edirəm: Fövqəladə komissar H.Sultanov.
Artıq baxın:
Azərbaycanda ilk əsaslı dərs vəsaitinin, dərsliyin yaranması tarixi 1876-cı ildən fəaliyyət
göstərən Qori
seminariyası ilə
bağlıdır. Qori seminariyası ziyalıların yeni
nəslinin yetişməsi, onların şəxsində
Azərbaycanda yeni nəfəsli mədəniyyətin
yayılması və öyrənilməsi, yeni elmi üsulların
tətbiq olunması, yeni ictimai fikrin formalaşması, bir
qədər sonra isə Azərbaycan intibahını həyata
keçirəcək bütöv bir nəslin meydana gəlməsində
müstəsna rol oynamışdır. Bir çox demokrat düşüncəli,
tərəqqipərvər pedaqoqların dərs dedikləri bu
seminariyada azərbaycanlı, gürcü, rus və digər
xalqların övladları Avropa dilləri və
ədəbiyyatını, rus dilini, ədəbiyyatını
və pedaqogikasını, təbiət, coğrafiya, hesab
və başqa fənləri öyrənmişlər. Seminariyada
Qərb, xüsusilə, rus dili və ədəbiyyatının
tədrisinə geniş yer verilmiş, dünya klassiklərinin
əsərləri tədris edilmiş, nəzdində Qərbi
Avropa və rus klassiklərinin əsərlərindən
ibarət zəngin kitabxana fəaliyyət göstərirdi.
Azərbaycan dilində tədris kitabının yaranması
tarixi də həmin dövrlə bağlıdır.
(vikipedia)