Azərbaycan
Federal Demokrat Hərəkatının
“Federal İranın Milliyətləri
Kongrəsindən” Ayrılması Haqqında
Bildiriş
1
- Azərbaycan Fədral Demokrat Hərəkatı İranda yaşayan xalqların
arxadaşlığına və əlbirliyinə, azadlıq və demokrasiyə
çatmağın ayrılmaz tərkib hisсəsəi və
şərti kimi. dərindən inandığına görə
xalqların demokratik istəklərini hərzaman müdafiə edib və uğrunda mübarizə
emişdir.
2
- «Коngrеyе Melliyyəthayе İranе Fedеral»ın qurulduğu on ildən yuxarı meddətdə. təşkil edən
əzasının çeşitli tərkibinə görə və « Kongrənin» təsvib etdiyi üsul ilə muğayır
olmamaq şərti ilə müstəqil siyasət götürmələrində fərdi istiqlala sahib olmaları üzündən əməldə bir
birinə uymayan siyasətlər « Kongrədə» hakim
olmuş idi. O siyasətlərdən bir parası ilə ayaqlaşmamız və
üzvlərdən bir parasının siyasi karakter daşıyan təmaslara
girməsi və apardıqlari bir para siyasətlər ilə
ayaqlaşmamamız aydındır.
3
- İndi
« Kongrə»nin apardıği siyasətlərdə bir böyük
dönüş gözömüzün qabağındadır. Bizcə bu siyasi dönüş İranın azadlıq və demokrasiyə
sarı hərəkəti amacının və xalqların mənafeinin tərsinə
gedir. Biz onu öz platform və üsulumuza muğayır bilirik.
4
- « Demokratik İran Uğrunda» adli sonku bildirişimizdə elan etdiyimiz kimi Səudi Ərəbistanı. yarım əsrdən yuxari
bölgənin irticaçı siyasətlərinin və bir sıra Ərəb ölkələrinin
dağıdılmasının əsas mərkzi olmuşdur.
5
-
Təəsüflə « İran Kürdüstani Dokrat Partiası»nın son vaxtlarda
Səudi Ərəbistana
yaxınlaşmağa görə etdiyi hərəkətlər
və onun ardıca iyirmi ildən sonra
İranda Kürdlərin
yerlşdiyi bölgələrdə
silahli döyüşün yeni
dövrünə başlamaq, Kürd xalqına heç nə
qazandırmayacaqdır və İran xalqlarının demokratik qayğılarını
oyatmaqla nəticələnməyəcəkdir. Tərsinə
olaraq bu Kürdlərin yerləşdikləri
bölgələrdə xalq arasında panık törətəmklə
Kürdüstanda mədəni
cəmiyyətin gəlişməsinin və
boy atmasının
qabağını kəsə bilər.
6 - Bizcə indiki durumda İran Kürdüstanı Demokrat Partiasının İran içində
silahlı əməliyyat aparması Arteşin (Ordunun) və Pasdarların
inqilabdan sonrakı dövərdə
irtcai yürüşü qarşısında silahlı dirəniş və
legal sayılan özünü müdafiədən
mahiyyətcəsinə fərqlənir. Bu dönüş, qurtuluş
savaşı ya demokrasi uğrunda
vuruşmaq sayılmaz. Yalnız, bölgədə
aparılan «Vəkaləti» savaşların bir tikəsində
iştirak etməkdir.
Bu savaşların evləri və
tikintiləri xərabəliyə çevirməsinin
başlıca maliləşdirni və əsas təməllərindən
biri Səüdi Ərəbistanıdır, nəticəsi
də yüzminlər günahsız insanın
öldürülməsi və üstünə gəl
milionlarca ailəsi
dağılmış didərgin
düşmüşlərdir. Düşmənimin
düşməni zərurt olaraq hər şəraitdə və
hər yerdə mənim dostum deyildir. Sayıq olmali.
Çünkü təhlükə də elə burada
daldalanıbdır.
7 - Xalqların
arxadaşlıq və əlbirlik etmələri
üzrində dayanmaqla birlikdə, Kürd və Azərbaycan xalqlarının ortaq mübarizələri
gələnəklərini və tarixini unutmadan (gözdən
qaçırmadan), « Federal İranın milliyətləri Kongrəsində»
qalmağımıza davam etməyi siasi pirənsiplərimizin
tərsinə bilib və bununla da rəsmi
olaraq oradan dışarı
çıxmamızi bildirik.
Azərbaycan
Federal Demokrat Hərəkatı
2016 cı
il oktiabr ayını ilk günü