Bildiriş:

Azərbaycan Federal Demokrat Hərəkati

Demokratik Bir İran Uğrunda!

 1  -  İran, bütün iranlıların, qövmiyyət, milliyət, cinsiyyət, kültür və məzhəbindən asılı olmayaraq yaşadıqları ortaq ölkədır. Azad yaşamaq və öz ana yurdlarının müqəddəratını təyin etmək hüququndan hamının bərabrcəsinə yararlanmaq haqqı vardır.

Bəri başdan, totalitər və faşıst sayağı hökumətlərlə ortaq xüsusiyylərini göz önündə sərgiləyən, qirx ilə yaxın iranda hökmsürən dinçi hakimiyyət, siyasi bir hakimmiyyətin ümumi həqsizlik, zülüm və qanunsuzluq aracına çevrilməsinin örnəyi olmuşdur. Tarixin acı təcrübələrinə görə, ideoloji və iddialarından asılı olmayaraq hər bir azınlıqda olan dəstə və grupun istək və iradəsinin cəmiyyətə təhmil etməsinin sonsuz istibdad etməyə gəlib çatması, görünür. Ruhaniyyət qişrinin istək və iradəsinin Viləyt-i Fəqih geyimində İran toplumuna təhmil edilməsinin nəticəsi, hakimiyyət- yeridən istibdaddan başqa bir zad deyildir. Bu bir ümumi qanuna uyğunluqdur. Hər bir siyasi istibdadın arxasında konkret və madd mənfəətlər gizlənir, istibdad xatirinə istibdad etməyin, Asimani Müqqədəsat örtüyünə bürünsə belə, vicüdu yoxdur. 1357- ci ilin qiyamından sonra iqtidarı əllərinə geçirdən hakimiyyət, ölkənin yeraltı və yerüstü varını əcnəbi bir işğalçıdan qat qat artıqraq çapmağa başlamışlar. Ancaq, əl qol qana bələşməsə tarac etmək olası deyidir. Buna görə, qarətçilər talamağa girişmədən öncə, zalim və ədalətsiz hökumət, azadlığı oğurlayıb boğmaqla, daimi zorakılıq, şiddət və quldurluq ilə qarət etmək üçün əlverişli şəraiti yaradır.

 2 ـ Kiçik ictimai bir qişrin, ölkənin var yoxuna yiyə çıxmasının ilkin şərti insanların fərd (birey) olaraq haqlarını danıb məhv etmək, hər növ siyasi və sinfi təşkilatları dağıdıb aradan aparmaq və mədəni cəmiyyəti, düşüncə, söz və siyasi azadlıqları tapdalayıb əzmək idi. Bunun başqa üzü, ictimai təbəqələrin görünməmiş və çox böyük dərcədə bir birindən aralanması, yoxsuluq və ümumi fəlakətin genişlənməsi olmuşdur. Üstəlik ölkəmizi, yaşadığımız bölgədə və beynəlxalq ərsədə baş verə biləcək gözlənilməz hadisələrin qarşısında hər zamandan çoxraq əli qolu bağlı və yaralana biləcək duruma salmışdır.

3 ـ Bizcə, demokrasi və öz müqəddəratını təyin etmək haqqı bir birindən ayrılmazdır. Öz müqəddəratını təyin etmək haqqını, demokrasını xalqın taleini əlinə almasından, ictimai haqlarını iqtisadiyyat ərsəsinə dək dərinlşədirmək və genişləndirmkdən başqa bir zad deyidir. Demokrasi xalq kütlələinin ictimai və iqtisadi yaşayışına keçib qavuşmasa, məna verməz. Demokrasısız, müqəddəratını təyin etmək haqqı da içi böş bir söz olub qalacaqdır.

 4 ـ Keçən yüz ildə, bir birinin ardıca gələn hökumətlər, İran toplumunu oluşduran ayrı ayrı dil, kültür və məzhəblərə sahib olan çeşitli boyalı qövmlər və milliyətlərin haqlarından birisini belə əməli olaraq rəsmiyyətə tanımayıblar.  Davamlı ayrı seçgiliyin olması ilə demokratik həyatın sözünü də demək olmaz. İranda, fərdi hüquq və azadlıqlar özünün ən bəyənilən biçimində olarsa da, İran adlanan ortaq ölkəmizin siyasi sistemində özünü göstərməzsə, Fars olmayan xalqların toplu olaraq  haqlarını qaranti etməz. 

 Farscanı qorumağa və irəlilətməyə görə Dil Qurmu (Fərhəngistan) varsa, məmləkətin qanunvericilik, qəzavət və maarıf sistemi yalnız Fars dilindədirsə, onda çox miliyonlu qeyri Fars xalqların dilləri və kültürlərinin yeri hardadır?  Farsca olmayan dilləri  « xırda kültür» (subculture) adlandırmaq  « Ariya»çı ırqçılığn (rasizmin) tamamlayıcısından və xalqları aşağılamadan başqa hansı mənanı daşıyır? Demokrasıdan danışarkən beləcə bir ayrı seçmənin və bərabərsizliyin qarşısında saymazcasına və laqeydliklə davranmaq olmaz. İranda yaşayan xalqların, bu kimi demokratik çatışmazlığa üstün gəlmədən, yanaşı yaşamaları və arxadaşlıqları olası deyidir, belə bir durum rahatcasına mərkəzdən qaçan qüvvələri körükləyib və yabançıların müdaxləsinə və  yararlanmasına əlverişli şərait yaradacaqdır.

 5 ـ Bütün toplumlar, milliyətlər və qövmiyyətlərin çeşitli ictimai quruplar və təbəqələrdən qurulduğuna görə, monolit daşı  kimi birtikə və bütöv deyidirlər. Bizcə demokratikcəsinə yanaşı yaşamaq və ümumi azadlığın varlığını şərtləndirən, xalqın azadcasına istək və iradəsindən irəli gəlmiş qanun hakimiyyətini müdafiə etmək və fərqli inamlarından asılı olmayaraq azadlığı, siyasi və sinfi təşkiylatlanmanı,  düşüncə və söz azadlığını qorumaq dir.

 6 ـ İranın siyasi sisteminin demokratik istrüktur daşıması üçün, İran toplumunun ətniki tərkibi və dil çeşitliliyi göz önünə alınmaıdır və cəmiyyətin çeşitliliyi onun istrükturunda əks etdirməlidir. Dünyanın başqa ölkələrinin həyatı və təcrübələri tarixin bizə sunduğu sınaqdan keçmiş bir siyasi aracdır. Çeşitli dilləri və etnik tərkibləri olan bir çox üçüncü dünya ölkələri və gəlişmiş qərb məmlkətlərində, öz daxili çəlişkilərini və çətinliklərini çözmkdə, uğurla fedrativ hökumət ülgüsündən yararlanmışlar. Bu da ölkə içində onların dinc yanaşı yaşamaqlarına yardım etmişdir. İran ictimaiyyətinin də, özünün bütöv və bölünməz qalması üçün bundan başqa bir yolu yoxdur.

 7 ـ Qadınların əleyhinə yeridilən cinsi, mədəni və siyasi bərabərsizlik İranın dövlt ideolojisinin tərkib hissəsi kimi, cəmiyyətdə və ailə içərisində, qadınların əleyhinə işlədilən tayı görünməmiş şiddəti yayğınlaşdırmışdır. İslami rejimin binci gündən əzib tapdaladığı ilk qurbanlar qadınlar olublar, onun qarşısında sədd çəkib ilk dirənənlər də qadınlar olmuşlar. Qadınların, yalnız müstəqil təşkilatlarını müdafiə etməkəklə kifayətlənmək, demokrasının müdafiəsi demək deyidir. Cəmiyyətin mədəniyyətinin və ümumi demkratık baxışınin göstrgəsi qadınların kişilər ilə bütün səviyyə lərdə hüquqi baxımdan bərabrliyi dir. Qadınların, toplumun yarısı olaraq bütün siyasi, mədəni qanunvericilik və qəzai qurumlarda, ölkənin muqəddəratı ilə ilgili qərar vermələrdə, kişilər ilə bərabr səviyyədə imkanatı və iştirakı olmasa, gerçkədə həqiqi demokrasıdan də danışmaq yersiz olacaqdır. Demokrasi, ümumi haqların ümumiliyi və hamıya şamil olması hökmündədir. Onun bir tikəsini kəsib qırağa qoymaq, bütününün yoxa çıxartması deməkdir. Bir cəmiyyətdə zülm və ayrı seçgilik varsa, nə biçimdə olursa olsun, o bir azad cəmiyyət sayılmaz. 

 8 ـ İranın siyasi sistemi, demokrasının ziddi, fasıd v. öz xalqına zalim olması yerində qalsın, onun tarixi nayliyyəti xəstə bir cəmiyyət düzəltməkdən, ( narkutıka  ) mötadlıq, əxlaq pozqunluğu və yoxsulluqdan başqa olmamışdır. İran rejimi elə bil gözə görünməz qaraltıların buyuruğu ilə davranan, anarşi ilə hörülmüş, xalqın nəzarətindən ıraqda və dövlət içində yerlşmiş bir dövlət dir. 

 9 ـ Bizim inandığımıza görə, böyük təbəqati nabərabərlıqları aradan aparmaq, ayrı seçgiliyi azaltmaq və xalqları bir birlərinə yaxınlaşdırıb barış ilə yanaşı yaşamaqları doğrultusunda addəm ata bilən hökumət yalnız xalqın razılığı, istək və iradəsi əsasında qurulmuş bir hökumət ola bilər. 

10 ـ Ölkəmizdə yaşam çevrəsi pəroblemi böhran ölçüsündə dir və təhlükəli dərcəyə çatmışdır. Yaşam çevrəsi ilə ilgili məsələlər çeşitli səbəblər üzündən olsa da, bütün ideolojik və siyasi fakturları bir yana quysaq da, hər nə dən öncə Cümhüri İslaminin müdiyriyyət sahəsində olan başarıqsızlığının təsiratını görmək çətin deyidir. Təbii bəlalardan birisi də, rejimin özü, ölkədə yaşam çevrəsinə vurduğu toxtanılmaz yaralara oxşamaz. 

 11 ـ  Ölkəmizin demokratik gələcəyinin doğrulması üçün, Cümhüri İslamidən ötəyə aşmaqdan başqa bir yol təcssüm etmək olmaz, biz doğrudan doğruya buna inanırıq. Bu düşüncə, hakimiyyətin içində olan çatışmaları, zədiyyətləri və ayrı ayrı qanadlara bölünməsini görməmək və ondan yaralanmamaq demək deyidir. Cümhüri İslaminin hərzaman öz müxalifətinin (opozision) içərisində olan ayrılıqlardan və ziddiyyətlərdən faydalanmaqla onun əleyhinə aparıla bilən birgə mübarizənin qabağını kəsdiyi kimi, etməli. Beləliklə, hökumətin daxili qanadlarına uyub və tora düşmədən, onların içəri çatışmalarına umud olmadan, ictimai şüurun yüksəlməsinə və təşkilatlanmaya çalışmaqla müstəqil hərəkət xətti doğrultusunda irliləməli yik. Kütləvi hərəkətlərin sözsüz öz dinamizəmləri və qanuna uyğunluqları vardır,  hərəkətin biçimini və necə irliləməsini də ən sonunda hərəkətlərin özələri müəyyənləşdirir.

 12  - Azərbaycan Federal Demokrat Hərəkatı, hər zaman  « öz müqəddəratını müəyyənləşdirmək» haqqının əsli məzmuni, yani xalqa arxalanmaq prinsipini və xalqın siyasi iqtdarın kontrol etməsinə haqqı olmasını vurğulayıbdır, bundan da dönməyəcəkdir. Mədəni və siyasi haqları əldə etmək uğrunda mübarizənin ağır şərait altında aparılmalı olması, ölkəmizin demokrasi və azadlığa çatmasının önündə ciddi arakəsmələr yaratması, İran ictimaiyyətinin qövmlərə və millətlərə təəsüblə yanaşması, bizə aydıncasına bəllidir. Üstəlik, öz fasid qişrinin qazancını ümum xalqın və o cümlədən İranda yaşayan millətlər və qövmlərin haqlarından üstün tutan, bölgədə və beynəlxalq səviyyədə irticaçı siyasətlərlə əlbirlikdən çəkinməyən, uzun sürən fasid, totalitər və istibdad hakimiyyətinin qarşısında xalqların qardaşlğı və birgə çalışmalarındən başqa bir yol tanımayırıq. Bu yolun yolçusu olmağının çətinliklərini bilirik. Bundan qırağa çıxmaq və ölkədən dışarıya arxalanmaq yalnız bizi yoldan edib və dışarı himayətçilərin istəkləri və mənafelərini qaranti edən cığıra salacaqdır. Bu barədə tarixin sunduğu acı təcrübələri və dərsləri unutmamalıyıq.

 Gəlin ap- açıq danışaq: Daha, Oktiyabr İnqilabının ardıca gələn dönəmdə və ya Müstmlkəçiliyə Zidiyyət Hərəkatı dövründə yaşamayırıq. İndiki dünya fərqli dünyadır. Azadlıq və demokrasinin, demokratik əsl olaraq müqəddəratını təyin etmək haqqının üzərinə kölgə salmış qənimin,  konservativ və sağ siyasətlər və ideolojilərin dünyasında yaşayırıq. Ərəbistan, keçən əlli ilin içərisində, orta doğuda ən irticaçı siyasətlərin özəgi və ağırlıq mərkəzi olmuşdur. Hətta Ərəb ölkələrində də ən kiçik demokratik meyillərlə düşmənçilik etmişdir. Demokratik haqlar iddiasında olan bir qurup ya təşkilatın öz idealını ona düyünləməsi siyasi nəzərdən uzağı görməmək və yaxına göz tikmək deməkdir. Gəlin yalnızcasına və təkcə öz xalqımızın demokratik istəklərinə və azadlıq idealına vəfalı olaq  !  

 Sayıq ol !  Çöl həramısı səni ılğım ilə aldatmasın, su başına çatmağa hələ çox yol qalıbdır  ! 

 [orijinal: Dur əst səre ab dər in badiye hoşdar,  ta ğule biyaban nəfəriybəd bh sərabət! [

 

Azərbaycan Federal Demokrat Hərəkati

2016 cı il, sentiabrın 15 / 1395 ci il şəhrivərin 25