DAK, AFDH və Azərbaycan Kültür Ocağı Xocalı soyqırımı ilə əlaqədər birgə konfrans keçirəcək

 

 

 

Image26 fevral 2010-cu il tarixində Dünya Azərbaycanlıları Konqresi (DAK), Azərbaycan Federal Demokrat Hərəkatı (AFDH) və Kölndə fəaliyyət göstərən Azərbaycan Kültür Ocağının təşəbbüsü və təşkilatçılığıyla əsrin ən dəhşətli faciəsi olan Xocalı soyqırımı ilə əlaqədər konfrans keçiriləcək. www.D-A-K.org –a daxil olan məlumata görə, tədbir yerli vaxtla saat 19.00-da Almaniyanın Köln şəhərində olacaq. Konfransda DAK rəhbərliyi, o cümlədən Almaniyanın müxtəlif şəhərlərində yaşayan quzeyli-güneyli soydaşlarımız iştirak edəcəklər.
Xatırladaq ki, 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri tərəfindən 7 min əhalisi olan Xocalı şəhərində soyqırım aktı həyata keçirilib. Əhalinin xeyli hissəsi 4 aydan artıq zaman ərzində mühasirədə olduğundan Ermənistan hərbi birləşmələrinin şəhərə hücumu zamanı burada yalnız üç minə yaxın insan qalmışdı. Xocalı soyqırımı zamanı 600-dən cox insan ödürülüb, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil olub. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürülüb. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 nəfər valideynlərindən birini itirib. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürülüb, onlardan 150 nəfərin taleyi indi də məlum deyil