Azərbaycan Federal Demokrat Hərəkatının ‘Azərbaycan Öğrənci Günü’ Münasibətiyle Bildirişi

 

 

Azərbaycan öğrənciləri Ordibeheşt ayının 19 uncu gününü Azərbaycan öğrənci günü kimi seçiblər. 1374 üncü ilin Ordibeheşt ayının 19uncu günü Azərbaycan öğrənciləri, İslam cumhuriyətinin seda və sima qurumunun ’İctimai Fasilələr Tərhi’ adlı sorğu anketinə qarşı ciddi itiraz etmişlər. 

 

Azərbaycanlıları kiçitmə məqsədiylə quraşdırılmış bu yaramaz sorğu anketi, danişgahların bir çoğunda – o cümlədən Təbriz, Urmu, və Tehranın Türk və Azərbaycanlı öğrəncilərinin içində şiddətli itirazlarla qarşılanmışdır! Bəlli olduğu kimi Türkləri və Azərbaycanlıları daima tohin və təhqirə məruz qoymaq və onlara qarşı ayrı seçicilik siyasəti yürütmək, hiç də istisnayi və azaraq görünən hadisə değil və Iran İslam Cumhuriyətinin ardicil siyasi xəttini təşkil edir.

 

Son illərdə irəli gedən ‚Azərbaycan Öğrənci Hərəkatı‘, İslam Cumhuriyətinin ayri seçicilik siyasəti qarşısında, Türklərin milli kimliğini müdafiə etməkdə və itiraz hərəkatını təşkil etməkdə büyük rol oynamışdır.

 

Buda danılmaz bir həqiqətdir ki‚ Öğrənci Hərəkatı‘ özlügündə və tək başına amaclarına çatabilmez! Olaylara iz buraxan güclü bir hərəkətə çevirilməsi üçün, başqa ictimaii quruplar, qurumlar, və sınıfların, o cümlədən Azərbaycan və Türk qadınlarının hərəkatının, zəhmət adamlarının hərəkatının, iştiraki, əməkdaşlığı və iş birliği gərəklidir. Bundan əlavə, başqa məzlum millətlərin öğrəncilərinin səmpatisini qazanmalı, ölkə boyu, İranın umumi demokrasi və azadlıq hərəkatına qatılmalı və Azərbaycanın Milli Demokratik Hərəkatının istəklərini irəli aparmalıdır!

 

Azərbaycan Öyrənci Hərəkatı öz istəklərini Azərbaycanın başabaşında, umumiyyətlə Türklərin sakin olduqları Məntəqələrin bütünündə yayıb və işin ardıcıl olmasını təmin etmək üçün, İranın bütün məntəqələrində yaşayan Türk və Azərbaycanlı müəllimlər və mədrəsə öğrənciləriylə organik əlaqə qurmalıdır.

 

Azərbaycan Federal Demokrat Hərəkatı, Türk və Azərbaycanlı öğrəncilərinə təhsil və mübarizələrində başarılar və uğurlar diləyir.

 

Azərbaycan Federal Demokrat Hərəkatının İcraiyə Həyəti

19 Ordibekeşt 1389

09 May 2010