Azerbaycan Federal Demokrat Hərəkatının Bir May Münasibetiyle Bildirişi
Azerbaycanın işçi təbəqəsi və zəhmət adamlarının mübarizədə parlaq geçmişi və ənənələri vardır. İrandaki ilk sendikalar və işçi ittihadiyələri Azerbaycan Türk işçilərinin çalışmalarıyla qurulmuşdur.
Son yüz ildə, işçi ittihadiyələrinin qurulmasına bir imkan və fürsət verildiğində Türklər öncü olmuşlar. Buna görə Pəhləvilərin səltənət döründə və İslam Cumhuriyətinin qara illərində ən çox zülmə , əzyətə və basqıya Türk işçiləri məruz qalmışlar.
Müzd alan və aylıqçı təbəqəsi sinfi təşkilata sahib olmadan ne ictimai-siyasi dəyişikliklərdə etki bağışlayabilir və nə öz sinfi tələblərini ələ gətirəbilir. Bu üzdəndir ki İslam Cumhuriyəti hər çeşid azad və müstəqil işçi təşkilatından vəhşətə düşür.
İşçilər və zəhmət adamları son 30 ildə İslam hükümətinin işçi təbəqəsiylə olan düşmanlığını bütün varlıqlarıyla hiss etmişlər.
Azərbaycanlı işçilər və zəhmət adamları Azərbaycanın hər yerində ki yaşırlar və iqtisadın hər qanadında ki işlirlər ilk addımda mevcud sendikaları və ittihadiyələri gücləndirməyə və təsbit etməyə çalışmalıdırlar. İşçi sendikasının olmadığı karxanalarda və iş yerlərində onları qurmalıdırlar və eyni şəkildə fərqli sınıflardakı işçilər qollarını çırmalayıb və öz sinfi təşkilatlarını qurmalıdırlar.
Bəllidir ki işçi ittihadiyələrini qurmaq əmniyəti organların kontrolu altında rahat değil.Əlbəttə ittihadiyələrin qurulmasının imkanı olmadığı polisi şərayitdə sinfi mütalibələrinin dalını tutmaq için işçilərin gizli mərkəzlərini qurmaq mümkündür.
Azərbaycanın işsiz işçiləri öz təşkilatlarını qurmaya çalışmalıdırlar.
Azərbaycan Türk işçiləri başkəntdə və Azərbaycan mərzlərinin xaricindəki işçi sendikalarında öz fraksiyonlarını qurmalıdırlar və ittihadiyəsi olmayan karxanalarda və iş yerlərində ittihadiyələrin qurulmasında və işçiləri mütəşəkkil etməkdə aktiv olmalıdırlar.
Azərbaycanlı Türk işçisi öz milli hüviyyətini üzə çəkməklə, vətəndaşlıq və milli huququnu savunmaqda və ayrı seçkilik və xor baxmaqla mübarizede öz damqasını basmalıdır.
İşçi təbəqəsinin hərəkəti son yarım əsirde çox dəyərli təcrübələr qazanmışdır və bu təcrübələrdən dərs alınmalıdır.
İşçilərin təcrübəli kadırları, çalışqanları və sendikacılar işçi ittihadiyelərinin sinfi məsləhətlərinin cəhətində olmalrına çalışmalı və lazim olmayan yerdə siyasi məsələlərə qarışmaqdan qaçınmalıdırlar. Gərçi İslam Cumhuriyəti quş bazların təşkilatlanmasından belə vəhşətə düşür və hətta bu cəmiyyətləri də təhəmmül edəmir.
Azərbaycan milli hərəkətinin kadrları, fəalları, məhfilləri və təşkilatları işçilərin məsələlərinə və çətinliklərinə təvəccüh edib və işçi hərəkətlərində və onların sinfi mütalibələrini qazanmaq için apardıqları mübarizede onların yanında olmalıdırlar.Azərbaycan milli hərəkəti işçilərin və zəhmət adamlarının güvənini qazanmalıdır və bu ancaq işçilərin mübarizələrində əmələn şirkət etmək və onları dəstəkləməklə mümkün olabilir.
Unutmamalıyıq ki Azərbaycan milli demokratik hərəkəti tək məzmunlu bir hərəkət değil və olamaz da. Azərbaycan milli hərəkəti əgər bütün millətin adına danışmaq və gəniş bir tudəni bəsic etmək istir-ki istir də, qadın məsələlərinə və onların istəklərinə ciddi şəkildə təvəccüh etməlidir və onların yanında, qadınların azadlığı yolunda İslam Cumhuriyətinin qadın əleyhine olan geri qalmış və irticai qanunlarıyla mübarizə etməlidir.
Eyni şəkildə işçilərin və zəhmət adamlarının neqd və vasitəsiz istəklərini savunmaq, ictimai ədalət, yaşam çevrəsi və insan həqləri için mubarizə aparmaq Azərbaycan milli hərəkətinin vəzifələrindəndir.
Azərbaycan Federal Demokrat Hərəkatının İcraiyə Heyəti
28 april 2010