Azərbaycan Federal Demokrat Hərəkatının Xurdad Milli Qiyamının Dördüncü il Dönümü Münasibətiylə Bildirişi
Dörd il öncə 1385 xurdad ayında, Azərbaycan xəlqi və İranda yaşayan Türk milləti milli Zülmə və təhqirə, ayri seçgiliğə və həqsizligə qarşi isyan edib, bir millət kimi meydana çıxdı!
Milli şuurun yüksəlməsi, Türklərin bir millət olaraq öz gücünü görməsi kimi nailliyyətlər görkəmli qiyamin geri qaytmaz nəticələrindəndir.
Xurdad qiyami günlərindəki Haray Haray Mən Türkəm! bağırtısı çoxlarının yuxusunu pozdu, rejim başçılarının canını ölüm təri çolqaladı!
Xurdad qiyami göstərdi ki Azərbaycan milli hərəkəti, bir böyük və möhtəşəm ictimai hərəkətdir, onun gücü və imkanları tükənməzdir!
Bu son dörd il göstərdi ki Azərbaycan Milli Demokratik Hərəkəti hər gün gəlişməkdə və güclənməkdədir.
Millətimizin həqli mübarizəsinə tövtiyə adı qoymaq, onu əzib, tapdayıb, boğuntuya salmaq və ğeyri qanuni adlandırmaq kimi geri qalmış şivələr daha geçərli değil. Təbii həqlərini istəyən bir millətin səsini uzun müddətli boğmaq mümkün deyildir!
İslami rejim, Azərbaycanlıların xurdad qiyamından sonra, var gücünü işə salib Azərbaycan milli hərəkətinin içində dağınıqlıq yaradıb və ixtilaf salsın!
Azərbaycan Milli Hərəkəti olduqca ayıq və sayıq olmalıdır!
Milli qurtuluş istəgi İran Türklərinin və Azərbaycanlıların içərisində dərindən kök salıbdır.
1385 xurdad qiyami və geçən dörd ildə aparılan mübarizələr sabit etdi ki rejimin uyguladığı asimilasyon və ayrı seçgilik siyasəti istənilən nəticəyə çatmayıbdır.
Əziz vətəndaşlar!
İran Türklərinin istəgi, milli məsələnin yerli-dibli, kökündən həl olunmasıdır! Milli zülmün aradan qaldırılmasıdır! Bunun həlli üçün millət öz hakimiyyətini qurmalıdır. Bugün İran İslam Cumhuriyyəti buna ən böyük mane-ədir.
Milli zülmü məhv etmək üçün, Azərbaycanda və umumiyyətlə Türklərin yaşadıqları bölgələrdə hökm sürən iqtisadi geridə saxlamaları dayandırmaq, İranda yaşayan bütün millətlərin inkişaf etməsinə bərabər imkanlar və fürsətlər yaratmaq, cinsi apartaydı və qadınların tapdalanmasını aradan aparmaq, zəhmət adamlarının və yoxsul sınıfların həqqində edilən ədalətsizliklərə son qoymaq üçün böyük iş birliği gərəkir!
Müxtəlif ictimai və kültürəl sınıfların, qişrlərin və dərnəklərin təşkilatlanmasına ciddiyyətlə yardım etmək, Azərbaycan milli hərəkət kadrlarının əsas vəzifələrindəndir.
Bugün Azərbaycan Milli-Demokratik Hərəkətinin ən önəmli istəkləri bunlardan ibarətdir:
- Ana yasanın dəğişdirilməsi, İranın çox millətli bir ölkə olmasının rəsmi tanınması, demokratik, layiq və federal cumhuriyətin qurulması
-Dövlətin hər bir dindən və ideolojidən müstəqil olması, din və məram-məsləğin ölkənin təlim tərbiyət sistemindən ayrı olması
-Türk dilinin rəsmi tanınması və təhsilatın bütün mərhələlərində onun tətbiq edilməsi
-Türk dilində sərtasəri televizyonun təsis edilməsi
- Qadınlarla kişilərin huquq bərabərliğinin bütün siyasi-ictimai və iqtisadi sahələrdə təmin edilməsi. Qadınların əleyhinə olan bütün yazılı və şəfahi qanunların qaldırılması.
- Bütün siyasi məhbusların, o cümlədən sayın Səid Mətinpur,un qeyidsiz, şərtsiz azad edilməsi, Azərbaycan Milli Hərəkətinin həbsə alınanlarına, öldürülənlərinə, tapdalananlarına məsuliyyət daşıyanlarının cəzalandırılması
- Yazı, bəyan, düşüncə və vicdan azadlığının, istisnasiz təmin edilməsi, bütün kültürəl, sinfi dərnəklərin və siyasi hizblərin fəaliyyət və göstəri azadlığı, yasal təminat altına alınmalıdır.
- Azərbaycanın və Türklərin sakin olduğu bölgələrindən , pəhləvilər dövründə və xususən İslam Cumhuriyətində emal olunan milli zülm və ayri seçicilik siyasəti nəticəsində sərmayaların köçürülməsi və mahir əmək gücünün gəniş muhacirətinə və iqtisadiyyatın məhv olmasına səbəb olmuşdur. Bu qeyri təbii gediş dayandırılmalı və tezliklə ətraflı ictimai-iqtisadi geriliğin qabağı alınmalıdır
-Tehranda yerləşən islami Şura məclisi təkcə fars ırqçılığının inhisarçi mənafeini təmsil edir. Azərbaycanlıların istəklərinin təmini üçün və milli zülmü və ayrı seçiciliği aradan qaldırmaq və yuxarıda sıralanan siyasətləri həyata keçirmək üçün Azərbaycanın yerli milli məclisinin qurulması əsas şərtdir.
Azərbaycan Federal Demokrat Hərəkatının İcariyə Heyəti
1389uncu ilin Ordibeheşti
12 May 2010