Sabir Rüstəmxanlı

Təbriz

 

Elə sözlər var ki, ürəkdə doğurduğu duyğuları qələmə alsan bir kitaba sığmaz. Rus üçün Moskova Fransız üçün Paris Italyan üçün Ruma, Yunan üçün Atina, Türk üçün Istambul nədirsə, Azərbaycanlı üçün də Təbriz odur... "Bu söz də " Ana", "Yurd", "Vətən" sözləri kimi müqddəsdir və ürəyimizdə bitib-tükənməz fikir ümmanı yaradır.  

Azərbaycan qəhərlərinin anası!: Yadellilərin vurduğu odlardan, amansız zəlzələlərdən yüz illər boyu dönə-dönə yerlə-yeksan olsa da təzədən tikilib ucalan nəsil-nəsil alim, şair, filosof, rəssam, sənətkar, sərkərdə yetirən, xalçası və miniatürləri, me'marlıq və zərgərlik inciləri, ipəyi və qab-qacağı, silahı və yeməkləri ilə bütün şərqdə şöhrət qazanan qocaman Təbriz!... Övladını sehrli əlləri təkcə Azərbaycanda yox, onun sərhədlərindən çox-çox uzaqlarda da yurdun sənət imzası kimi əbədiləşib.

Təbrizin səsi min illərin o üzündən gəlir. Tarixi araşdırmalar göstərir ki, şəhərin yaşı bizim eradan qabaq ikinci minilliyin əvvəllərindən bağlanır. Yə'ni Təbrizin təxminən dörd min il yaşı var. 1960-cı illərdə Ingilis arxeoloqları Təbriz yaxınlığında yerləşən qaratəpədə qədim ərzaq anbarları, e'malatxana və yaşayış evləri aşkar etmişlər. Bu yaşayış məskəni eramızdan əvvəl 2100-1900-cü illərə aid edilir ( b a x: s.m. okullahu, XIII-XVII əsrlərdə Təbruz şəhərinin tarixi. b.," elm", 1982, səh.37 ).

Sözarası. Nəcib bir insan olan iş yoldaşım M.Müciri Təbrizin köhnə Gəcil qəbiristanında 30-40-ci illərdə abadlıq işləri aparılmasından danışanda deyirdi ki, qəbiristan Gülüstan başına çevrilərkən yerin altından təxminən 15-20 mərtəbəli qəbirlər çıxırdı... itib torpaq qatına çevrilməmiş qəbrin üstündən ikinci bir qəbrin qazılmadığını nəzərə alsaq, həmin qəbiristanın yaşı 3000 ildən artıq olur.

Lakin Təbrizin inkişaf yolu çox mürəkkəbdir. Dörd min il ərzində zəlzələlər və ardı-arası kəsilməyən döyüşlər Təbirzi dəfələrlə yerlə-yeksan edib. O, gah böyüyüb, gah da dağıdılıb, adını-sanını itirib.

Bir mülahuzə. Təbrizin adını yazanların sayhesabı yoxdur. Bir çox nüfuzlu alimlər işin çətinliyini görüb, bu barədə elmi axtarış aparmaqdan əl çəkiblər. Axtarışı davam etdirənlər də hamı tərəfindən qəbul edilən inandirici bir söz deyə bilməyiblər. Təbrizin adının tarixi dolaşıq yollar keçib: " Mən elə bir şəhər tanımıram ki, onun adı Təbriz qədər mübahısələrə səbəb olsun". Bu, bir alimin e'tirafıdır. Təbrizin Tərbiz--Tərpəmək sözündən yarandığını söyləyənlər də var. Onu qədim Manna şəhəri Tarui--Tarmakis adı ilə başlayanlar da var. Bu mübahisələrdə həqiqətə yaxın yozumuIqrar əliyev verir, yəni Tarui Tarmakis sözünün Tarvi sözü ilə əlaqəsini göstərir. Lakin Tarvi sözünün yayılma coğrafiyası, nədənsə, alimlərin diqqətindən yayılıb, beləliklə də, Təbriz sözünü türk dilləri ilə başlamaq meyli həmişə şübhə ilə qarşılanıb.

Təbrizin qədim tarixinin türkdilli xalqlarla, daha doğrusu, bu sözün kökünün Azərbaycan dilinə bağlı olmasını göstərmək üçün xatırladaq ki, qədim tarixçilərin bir çoxu belə hesab edirlər ki, Təbriz Turan hökmdarı Alp ər Tunqa ( əfrasiyab ) tərəfindən tikilmişdir. ərəb alimi Təbəri isə Təbriz ətrafındakı Türkşəhərlərindən bəhs edir.

Ikincisi, Təbriz adlı yaşayış məskəni tək deyil. Onun adaşına Tumen vilayətində Türkdilli xalqların yaşadığı ərazidə də rast gəlirik. Bundan əlavə tavr kökü ilə bağlı müxləlif yer adları var. Tavriya, Tori, Toros və s.

Bizə belə gəlir ki, eyni kökdən yaranmış bu qədər sözü ayrı-ayrılıqda yozmaq olmaz. Tavr sözü   hün-oğuz qrupuna məxsus qədim türk tayfalarından birinin adıdır. Tavroz-Təbriz adlı qədim qəbilə birləşmələri Azərbaycanın müxtəlif əyalətlərində, o cümlədən Təbrizdə yaşayıblar. Türkiyədəki Tovros dağları da adını həmin qəbilədən alıb.

Təbriz Azərbaycanın güzgüsüdür! Orta əsrlərdə onu Iranın "gözü və, çırağı" adlandırırdılar. Təbriz güzgüsü bu minillikdə Azərbaycanın bütün yüksəliş və şöhrət yollarını, eləcə də faciələrini boya–boy göstərə bilir.

Təbriz Azərbaycanın iste'dadının şah əsəridir! Yuz illər boyu qurulub, gözəlləşib. Lakin dünyanın elə bir bəlası da olmayıb ki, Təbrizdən yan keçsin.

Son iki min ildə Azərbaycanın paytaxt şəhərləri tez-tez dəyişilib. Qəbələ, Bərdə, ərdəbil, Marağa, Qanza, Qəzvin, Həmədan,şamaxı, Dərbənd, Gəncə, Naxcıvan, Bakı... ( xanlıqları da nəzərə alsaq Irəvan Şuşa, Lənkəran, Quba, Şəki və s. ) Bunların hər biri zaman-zaman məmləkətin baş şəhəri olmaq səadətinə qovuşub. Lakin bu səadət daha çox Təbriz boyuna biçilib.

Təbriz, XI yuzillikdə Rəvvadilər dövründə də, Azərbaycan Atabəyləri dövründə də (Naxcıvanla birlikdə) və nəhayət qızılbaş Səfəvi imperiyası dövründə də paytaxt şəhəri idi. XI-XVII əsrlər arasında Təbrizin çiçəklənmə və yerlə-yeksan olma dövrləri tez-tez bir-birini əvəz edir. Şəhərin əhalisi (I.P. Petruşevskiyə görə XV əsrin əvvəllərində Təbriz əhalisi bir milyona yaxın idi.) Gah yarım milyon ötür, bir milyona yaxınlaşır, gah da qırılıb yüz mindən də az qalırdı.

Demək olar ki, hər yüz, iki yüz ildən bir baş verən zəlzələ Təbrizin altını üstünə çevirirdi. Təkcə 1042-ci il zəlzələsində 40-50 min adam ölmüşdü. 

...1369-cu ildə yayılmış vəba xəstəliyi isə Təbrizdə 300 min adamı həlak etmiş vəşəhərin əhalisi yarıbayarı azalmışdı.

...1386-cı ildə Toxtamışın hücumu zamanı Təbrizdə 10 min adam öldürülmüş, 100 min əsir alınmışdı.

...1430-cu ildə təbii fəlakətlər nəticəsində 100 min təbrizli ölmüşdü. Vəba xəstəlikləri müharibələrdən az ziyan vurmurdu.

...1640-cı il zəlzələsində 4900 ev dağılıb, 13 min adam ölmüşdü.

...1821-ci il zəlzələsində 8 min adam həlak olmuş-du.

Qətran Təbrizin XI əsrdə: " Dünyada Təbrizdən gözəl şəhər yox idi. əmin-amanlıqda, dövlət və qüdrətdə, yaxşılıqda və gözəllikdə... Orda cənnətdə olduğu kimi gözəl binalar var idi".

XIV əsrdə təkcə Təbrizin gəliri bütün Fransanın gəlirindən çox idi. Elə bir sənət sahəsi tapmaq olmazdı ki, Təbrizdə inkişaf etməsin. Orta əsrlər Təbrizi hətta kağız istehsal edirdi və şəhərdə xüsusi kitab və kağız mağazaları açılmışdı.

XVII əsrdə Azərbaycanda artıq mətbəə üsulu ilə nəşr işini bilən ustalar var idi.

Həmin dövrdə Təbriz universitəsinin 7 min tələbə-si, 450 müəllimi var idi.

Təbriz sənətkarları: Toxucular, qızıl tel hazırlay-an zərkeşlər, yelkənli gəmilər üçün örkən, ip toxuya-nlar, metal əridənlər, top tüfəng, barıt hazırlayanlar, me'marlar, heykəltəraşlar, rəssamlar, cildçilər, Şüşə istehsal edənlər, dəyirman daşı düzəldənlər və s. (M.s. Onullahi, göstərilən əsəri). Orta əsr səyyahları e'tiraf edirlər ki, dünyanın heç yerində öz işini belə gözəl bilən sənətkarlar yoxdur.

Təbriz sənətkarlarının şöhrəti, həm də bəlaya çevrilmişdi. Hər gələn basqıncı var-dövləti ilə yanaşı, Təbrizin sənətkarlarını da köçürüb aparırdı.

Teymurun vaxtında Təbriz ustaları Səmərqəndə köçürülmüş və Azərbaycan sənət ən'ənələrini də özləri ilə ort Asiyaya aparmışdılar.

...Sultan Səlim Çaldıran döyüşündən sonra 1700 təbrizli sənətkar ailəsini Istambula aparmışdı.

...Paytaxt Isfahana köçəndə I şah Abbasın əmri ilə Təbriz sənətkarları da öz doğma şəhərlərindən didərgin düşüb oraya köçürülmüşdülər.

Azərbaycan intibahı dövründə Təbrizdə də sənətkarların böyük təşkilatları yaradılmışdı. Dahi Nizami Gəncəvinin Gəncədə bağlı olduğu " əxi" qardaşlıq təşkilatı Təbrizdə də fəaliyyət göstərirdi. Bu təşkilat orta əsrlər Azərbaycanında ictimai fikrin yüksək inkişaf etdiyini, hətta, müəyyən nöqtələrdə sosiyalist dünya görüşünə yaxınlaşdığını göstərir.

Təbriz şərqin, Qərbin və Rusiyanın ən başlıca ticarət şəhərləri ilə bağlı böyük iqtisadiyyat mərkəzi idi. XVII əsrdə təkcə Qeysəriyyə bazarında 7 min dükan var idi

Saysız-hesabsız kəhrizləri, bir-birindən gözəl bağ və meydanları, yüzlərlə məscidi, bazarı, karvansar-ası, toxuculuq sənayesindən tutmuş, silahqayırmaya qədər, orta əsrlərin bütün sənət sahələrinin əhatə edən e'malatxanaları, bir sözlə, bütün bu cah-calalı ilə Təbriz, orta əsr səyyahlarının ifadəsincə desək: " yarımdünya idi".

Təbrizin mərkəzindəki meydanda 30 min tamaşaçı eyni vaxtda idman yarışlarına baxırdı. Meydanın ətrafındakı " Dövlətxana" binasında 20 min otaq var idi. Gündə bir dəfə ehtiyacı olanlara--aclara, dilənçilərə pulsuz yemək verilirdi.

Lakin Təbriz elə bir çeşmə idi ki, axmaqla quruyub tükənmirdi.

Orta əsrlər Azərbaycan tarixi bizim millətin faciələrini göstərmək baximindan çox ibrətamizdir. Taxt-tac, rəhbərlik uğrunda nə qədər qardaş qırğını, tayfa, nəsil müharibələri olar? Xüsusən Osmanlı-Səfəvi müharibələri Təbriz və Azərbaycanı xarabaz-ara döndərirdi. Təkcə XVI əsrin 30-50-ci illərində iki imperiyanın hakimiyyət və istila iddiası ilə, sünni və şiə ayrılığı bəhanə gətirilərək, xalq dörd dəfə müharibə meydanına atılmışdı, öz-özünü qırmışdı. Təkcə şah Təhmasibin hər dəfə Osmanlı qoşunu qarşısında geri çəkilərkən düşmən əlinə heç nə keçməsin deyə Təbrizi və başqa şəhərləri yandırıb, yolları, körpüləri məhv etdirilməsini xatırlayanda  o dövrdə xalqın nələr çəkdiyi aydın olur.

Təkcə 1586-cı ildə Osmanlı paşasının əmri ilə 20 min təbrizli öldürülmüşdü.

Bütün bu qırğınlar nəticəsində Təbriz əzəlki şöhrətini itirirdi və XIX əsrin əvvəllərində şəhərin əhalisi az qala on dəfə azalaraq təxminən 50-60 min nəfərə enmişdi.

Bütün bu keşməkəşli yollara baxmayaraq Təbriz heç vaxt öz quruculuq, yaradıcılıq ruhunu itirməmişdir.

Təbriz Azərbaycan tarixşünaslığının mərkəzi idi. XII əsrdə yazılmış "Azərbaycan tarixi" əsərinin müəllifi fəxrəddin ibi əl Müsənna da, məşhur tarixçilər əhməd Ibi Məhəmməd ( XIV əsr ), Həsən bəy rumlu,Iskəndər bəy Münşi, Vəlixan Şamlu bicən, Nizaməddin Şami də təbrizlidir. Rəşidəddinin məşhur " Cami ət-təvarix " təbrizdə yazılıb və Azərbaycan tarixşünaslığına güclü təkan verib.

Orta əsrlərdə Təbrizi soyadş ilə onlarda nücum, riyaziyyat, təbabət, fəlsəfə, məntiq, qrammatika, coğrafiya alimi yazıb yaratmışdır.

Məşhur səyyah Şardən orta əsr azərbaycanlıların haqqında yazır: " Onlar hətta çinlilərdən də irəlidə gedirlər. Onlar alim və tələbələri sevirlər. Bütün həyatlarını elm və biliyə sərf edirlər. Ailəli olmaq çox uşaqlılıq, məqam və vəzifə, hətta yoxsulluq onları elm ilə məşğul olmaqdan çəkindirmir".

Azərbaycan ədəbiyyatinin ən böyük nümayəndəl-ərindən Qətran Təbrizi də XI əsrdə Təbriz yaxınlığı-nda doğulmuşdur.

Orta əsrlərdə Təbrizin yetirdiyi bütün söz ustalarının adını burada sadalamaq imkan xaricindədir.

Təbriz me'marliq məktəbi nəinki Iranın, habelə Türkiyə, Orta Asiya və Hindistanın memarlığına böyük tə'sir göstərmişdir.

Türkiyəyə əsir aparılmış əli Təbrizi sonralar Istambulun baş me'marı olub, Türkiyə me'marlığının əsasını qoymuşdu.

Təbriz Azərbaycan xalçaçılığının mərkəzi idi. " Türk xalçaları" adı ilə məşhur olan Təbriz xalçaları dünyanın bir çox muzəyini bəzəyir. Dünyanın ən nadir və qiymətli xalçalarından olan"şeyx Səfi" 1539-cu ildə toxunub və indi Londonun Viktoriya-Albert muzəyində saxlanılır.

Təbriz rəssamlıq, miniatür və xəttatlıq məktəbləri bütün şərqdə tanınırdı.

Təbriz tarixinə həsr olunmuş kitablardan aldığım bu qısa qeydlər şəhərin tariximizdəki böyük yerini göstərə bilirmi?

Yüz illərin yüz-yüz fəlakəti Təbrizin böyük ruhunu sarsıda bilməyib.

Təbriz yenə də öz ana döşündən yurdun böyük övladlarına və əsrin inqilab havasına süd verib.

Təbriz yaşayır və yaradır.

Təbriz mübarizə aparır.

Təbriz bir gün qələbə çalacağına inanır və onun bu inamı dalğa-dalğa Cənubi Azərbaycanın bütün şəhər və kəndlərinə yayılır.    

Təbriz yumoru. Təbriz bütün ruhu ilə nikbinliyə, şənliyə, zarafata köklənmiş bir şəhərdir. Bunu bilməyən adama Təbrizdə baş çıxarmaq çətindir. Təbrizli elə bilir ki, onun zarafatının qabağında dayanan tapılmaz. Lakin...

ətraf kəndlərin birindən kasıb, avamyana kişi Təbrizə bazarlığa gəlir. Elə səhər ertədən işini görüb qurtarır, meydanın bir tərəfində kölgəlik tapıb oturur, gözləyir ki, axşam düşsün, kəndə kedənlərə qoşulub evinə qayıtsın. Elə oturduğu yerdə onu yuxu tutur, mürgüləyir. ətraf dükanlardakı cüvəllağılardan birinin gözü kişini alır. Piştaxtanın arxasında özünü məşğul göstərsə də, bığaltı qımışa-qımışa xurma yeyir və çərdəklərini də kişiyə atır. Birinci çərdək üzünə dəyəndə oyanır, özünü o yerə qoymadan gözaltı izləyir ki, ona sataşan kimdir. Ikinci çərdək atılanda kişi dükançını görür və halını pozmadan mürgüləmkdə davam edir. Yarım saat, bir saat belə... Sonra kişi yuxudan oyanıb gərnəşır, yaylığını çıxarıb qabağına sərir və asta-asta üzünə-gözünə dəyib ətrafına səpələnmiş xurma çərdəklərini yiğir. Yaylığın arası dolur. Kişi bağlamanı götürüb durur və dükançıya yaxınlaşır. Bağlamanı ona uzadır deyir:

-əmioğlu, zəhmət olmasa çək görək bu bağlama nə qədər gələr.

Dükançı təmkinlə, halını pozmadan bağlamanı alıb tərəzinin gözünə atır, o biri gözünə də çəki daşı qoyub dedir:

-Bir girvənkədən artıqdır!

Kəndçi sakitcə əlini uzadır, lakin bağlamanı götürmək əvəzinə çəki daşını götürür və dükançının kələsinə vurur:

-Mən iş adamıyam və atdığın çərdəkləri qaytarıb tək-tək sənin başına vurmağa vaxtım yoxdur, -deyir,-ona görə də borcunu birdən qaytarıram!

Mənim də tarıx boyu üstümüzə yağan tolamazları tək-tək qaytarıb, sataşanların özünə atmağa imkanım yoxdur. Bəlkə də bir gün kəndçi müdrikliyi köməyimə gəldi...

 

Araz Naxcıvandan keçəndə durudur. Qaradağ dağlarından axıb gələn, suyu qırmızıya, qan rənginə çalan qoturçay ona qoşulur... Uzun müddət suları qarışmır. Araz ikirəngli axır, bir sahılı duru, bir sahili bulanıq, qırmızı xeyli aşağıda nəhayət, iki su qovuşur, bulanıq durunu üstələyir və Arazın qırmızımtıl rəngi yaranır.

Qorxuram ki, nə vaxtaca mən də ömrümə vurulan bu ayrılıq dağına, bu ikiliyə, bu bulanıq sulara vərdiğkar olub, taleyimlə barışam.

 

Bur nrokuror əostum zarafatla əeyurbu: kaş Arazın üstündən yollar açıla! Hər şeyi atıb Cənuba gedərdim. Orda bir kolun, bir ağacın prokuroru olmağa da razıyam.

Mənim də ən böyük arzum nə vaxtca o tayda adicə bir ibtidai məktəb müəllimi işləməkdir. Təki yollar açıla!...

Kaş yollar açıla... Bu, qanlı-qadalı tarıx yaşamğı ağsaqqal, qəmim bir xalqın 159 illik arzusudur!...

 

Araz axır... Qatar gedir. Araz qayaların dar məngənəsindən çıxıb geniş vadiyə yayılır. Araz boyu düzənliyin, Arazbasarın bitib-tükənməyən bir hekayəti var hardan bağlayasan, gözəl təbiətindənmi, mərd adamlarındanmı, yoxsa üstünü ot basmış, addım səsinə həsrət qalan körpülərindənmi?...

Qarabağ dağlarının pillə-pillə enib Araza qovuşduğu yerdə, Cəbrayıl rayonunun ərazisində bir-birindən 200-250 metr aralıda iki qədim körpü var. Cənubla şimalı birləşdirən Xudafərin körpüsü,  Sınıq körpü...

Yer üzündə bircə nəfər azərbaycanlı tapmaq olmaz ki, bu körpülərə sakit baxa bilsin. ən ölü ruhlusu da ən soyuqqanlısı da burda səksənib dayanacaq, içindən nə isə bir sızıltı keçəcək.

Körpüləri ilk ziyarətimi xatırlayıram. əvvəlcə Xudafərinə baxdıq. Dağdan və qırmızı kərpicdən tikilmiş körpü səkkiz əsrdir ki, zamana və Arazın gur sellərinə sinə gərib dözür. Üstünü ot basıb...

Körpünün o sahilə qovuşduğu yerdən azca aralı təpənin üstündə qəribə bir qala var:

"Gözətçi qalasıdır!" --deyə körpünün bu tərəfinə söykənmiş Xudafərin kəndinin kişiləri izah edirlər:--"Dərbənddən Balakənə, ordan da Təbrizə-Azərbaycan dağlarında belə gözətçi qalaları çoxdur! biri də bax elə bizim kəndin üstündə--Diri dağdadır. O taydakı ilə əkiz qardaşa oxşayırlar!"

Necə gözəl dedilər! əkiz qardaşa oxşayırlar. Qarşı sahillər də, qarşı dağlar da, üz-üzə dayanan qalalar da, o sahildən yolla ötüb keçən adamlar da...hamısı əkizdir!

Bir az yuxarıdakı Sınıq körpünün bir neçə tağı uçub tökülsə də öz tikilişinə görə daha əzəmətlidir. Sütunlar sanki sualtı qayalara bitişibmı kimi görünən nəhəng dağlardan hörülüb. Nədənsə, yadıma antik me'marlığı salır bu körpü. Dağılmış tərəfdən baxanda körpünün içində mağaraya iki deşik görünür. Sən demə bu deşiklər körpünün içi ilə o başadək uzanır və onun möhkəmliyini qoruyur.

Dəstədən ayrılıb bu uçuq sütunların birinin üstünə qalxıram. Gözümdə yaş gilələnir. Sonra da düşüb sudan dikələn bir qayanın üstündə otururam, ayaqlarımı dizə kimi Araz sularına salıram. Araz və onun sularında əks olunan o taylı dağlara baxıram. Su gözümü axırdır. Sanki çayyuxarı üzüb gedirəm...

Haşıyə. Aradan iki il keçəndən sonra yenə körpülərə baxırdıq. Xudafərin kəndinin kişiləri: "baxın-baxın !--dedilər,--bir azdan bu " Sınıq körpü" suyun altında qalacaq ". Sonra da kənd camaatı körpüyə belə e'tinasız münasibətdən xeyli hiddətlə danışdılar. Sən demə bu yaxınlarda Araz dəryaçasının tikilişinə başlanacaq. Bənd də düz elə bu " Sınıq körpü" nün yerindən salınır.

Düzü heyrətə gəldim. Tarixin alovlarından iki körpü çıxarmışıq, onun da biri Sınıq...hər ikisini də ot basıb, indi də ağına-bozuna baxmadan, ürəyimiz ağrımadan onu suyun, bəndin altında qoyuruq. Ona görə ki, burda sahillər daha çox yaxınlaşıb, bənd qısalacaq, qənaət ediləcək... Qənaət! Gör bu qəpik-quruş qənaətə xalqın nə boyda bir sərvəti qurban verilir?!

Zəngilan və Qubadlı rayonları arxada qalıb. Araz da tələsir, qatar da. Lakin mən burda dayanıram.

Solda qarlı zirvələri buludlardan seçilməyən, ilğıma bürünmüş Qarabağ dağları, Kiçik Qafqaz silsilələri görünür və ana nəvaziylə məni səsləyir. əlvida, Araz! Ayrılıq, yenidən görünmək üçün!...