Anadili və Milli Kimlik

 

Birinci bölüm: Dil, İctimai Fenomen kimi

 

Hidayət Sultanzadə

 

Dil ictimai fenomenlərin ən dolaşığı və mürkəbbi sayılır. (Dale Spender ) 1 Deyl Spenderin dediyi kimi, dil nöytral deyil və yan saxlayan bir fenomen dir. Dilin rolu yalnızca fikirlərin daşınması və intiqalında vasitəçilik etməklə bitəməyir. Dil özü ideyalrı və düşüncəni biçiməlnədirir və onlari qalıba tökür. Ən önməlisi budur ki, dil hər nə dən öncə, beynin çalışma proqramı hökmündə dir. İnsan dışarı dünyanı olduğu kimi, yan saxlamadan səbt edib görə bilməz. O dünyanı olduğu kimi deyil, duyduğu kimi yenidən dil qalıbına töküb canlandırır.  Bizim işəlrimizə fərman verən beynimizin xarici dünya ilə dolayısız və vastəsiz əlaqəsi yoxdur. Biyo elektrik təhriklər yolu ilə alınan siqnallar sınır sisteminin aracılığı ilə beyinə köçürülüb və beyin xarici dünya ilə əlaqəyə girir. Misal üçün, beyin ışığı və ya səsi sınır sistemi iştirak etmədən, müstəqim olaraq duya bilməz. Beyin dışarıdan aldıği simvolların və əlamətlərin yormasında, dil qalıbına tökülmüş kodlardan (şifrələrdən) istifadə edir. Buna görə, bu iddia ki, «insanlar real dünyanı olduğu kimi görə bilrlər, və yan saxlamadan məniməsəyrlər! Çünkü insan dunyasını yaradaraq onu dil qalıbına tökür» bayağı bir sözdür. Bizim düşüncəmiz (misal üçün rasizmə ya cinsi ayri seçiciliyə baxışımız) dildə kodlaşdırılıb. Dil. Kodları açıqlamaqla, beynimizin vaqeiyyətdə üz verən hadisələri və olayları yorma prosesi üstündə əsər qoyur. Nətiycə də biz əəmalımızı bu yorumlara uyğunlaşdırırıq. Xarici verilərin ( data ) haqqında hökm etmək, bir nəfərin beyninin bilavasitə olaraq xarici dünyanı tanımasının nəticəsi deyil və dilin kodları vasitəsilə baş tutur. Dil kodları bəşərin ictimai- tarixi qəzavtinın üst üstə qalanmasıinın sonucu dur və dünyanı tanımaqda süzəgəc və pirizma rolonu oynayır. Kodlar dünyanı pirizmanın dalısından göstərdikəlri üçün onu düzgün əks etədirmir. Buna görə dil, yalnız əlaqə qurmaq vəzifəsini daşımayır. Bütün yaxşi və pis gələnklər və rüsumat ,təəsüblər və önyarqılar və millətlərin psikolojisi dildə saxlanılır. Beləliklə dil ideoloji ilə doldurolmuş və doyurolmuşdur.

 

Dilin kodları ictimai hirarşi əsasında sıralanmışdır (sınıf landırılmışdır). Demək, dil bütün ictimai münasibatı ictimai kodlar sisteminə çevirib və bir kışinin ya toplumun beyninə köçürdür. 2 Demək olar dil ictimai münasibatın sığınacağıdir. İnsanın beyəni ictimai olaylari bilavasitə (dolayısız) olaraq əkəs etdirmir, bəlkə dilin nöytral fenomen olmadığı üçün dildə kodlaşdirılmış və arasikəsilmədən dəyişilməkdə olan ictimai münasibatın yardımı ilə tapıb, seçib, hökm verir. İctimai münasibatın dəyişilməsi də öz növbəsində kodların üstündə əsər qoyur. İctimai münasibatın zidiyətli olması (çəlişgiliyi) dildə də öz əksini tapır. Buna görə də dil, zidiyətli ictimai münasibtlərin və muxalif ideolojilərin qaynaşan qazani kimidir. Dil, bu baxımdan siyası - ictimai toqquşmaların və tartışmaların ideolojik meyədanı deməkdir.

 

Dilin özəlliklərindən biri də sözcüyü (kəliməni) öz yükəlmindən təcrid edib ayırması dir (suyutlamaq prosesi). Bəlli bir şeyi, bəlli bir ad ilə adlandırdıqda, demək, abstrakt bir adın vasitəsilə konkret bir zadı yenidən tanımaq və göz önündə canlandırmaq mümkün olur. İnsanı heyvanların aləmindən fərqəlnədirən, onun düşüncə yaradıcılığı bacarığına sahib olması qabiliyyəti dir. Bu qabiliyyət yalnız mücərrəd sözcükəlri bir birinə qoşub tərkib etmək ilə gerçəklənə bilir. Ancaq bununla birlikdə, xarici vaqeiyyəti tərsinə əks etdirməyə və tanımağa da yol açır. İnsan, çeşitli olaylardan və mövcud xarici vaqeiyyətlərdən bir sıra xüsusiyyətəlri ayırmaqla, abstrakt sözcüklərin vasitəsilə onları bir birilə tərkib edib real dünyada vicudu olmayan, anladığımız yerli dildə danışan ağacları, bulaqları, yonulmamış heyvanları, buynuzlu devləri və quyruqlu cinləri, öz fikrində canlandırır. Büna görə də biz dünyanı olduğu kimi tanımırıq, bəlkə vaqeiyyətdən abstrakt olunan kataqoriləri pozulmuş biçimdə tərkib edəndən sonra, onu dilin aracılıği ilə insanın beyninə köçürüb və yenidən dildə kodlandirmaqla dünyanı «tanırıq». Belə olmasaydı, insanlar dünyanı var olduğu kimi görərdilər, onda siyası_ ideolojik ixtılaflara yer yox idi və fərqli baxışlar da olmayacaq idi.

 

Göründügü kimi, ictimai münasibatda dilin oynadıği rol yalnız nöytral kod rolunu oynamaq deyil. Dilin, neçə başli mürkkəb kültürəl, tarixi, hüquqi, milli kimlik, sinfi (təbqati), cinsi, ideolojik, siyası və bilgisəl rolları da boynuna götürməsi buradan aydınlaşır. Dilin ən önməli işi, çeşitli səvyyələrdə qüdərt münasibatını daima yenidən törətməkdir. Qüdrət münasibati, tarixi şəraitdən asılı olaraq, rasisti və milli ayriseçiciliyi yaxud sinfi üstünlük və aşağılıq münasibatını və cinsi ayrıseçiciliyi yenidən törədir. Onun fərqli cəhətlərinin və boyutlarının araşdırılması tarixin böyük kəşfiyatlar dunyasına girmək deməkdir. Bunlara görə dili, sadəcə bir irtibat vasitəsi və kültürün tərkib hisəsi tək sanmaq, yanlışdir. 3

 

Dil, bir millətin, bir ictimai qurupun və ya bir nəfərin tarixi kimliyi və sicilli (varlığına dəlil) hökmündə dir. Tarixi əcdaımızın beyinlərinin biolojik həyati və onların təfəkkür qabiliyyətləri zaman baxımından məhədüd (sınırlı) olsa da, bu tarixi baxımdan sınırlı olan zaman, dilin vasitəsilə tarixi ardıcıllıq qazanır və arasi qırılmayır. Əcdadımız tarixin uzaqlarından bəri, torpaq qoynunda yatsalar da, dilin aracılıği ilə onların qəm ۔ qüssələri, niskilləri və üzüntüləri, sevinclri, ehsasları və duyğusal dunyalari, bugünkü günümüzdə bizə bəllənir və onlari duya bilirik. Dil onları yaşadıqlari sürə də biri birilə birləşədirərək, sonra gələn nəsillərə daşyıan amildir. Bunların dildə yığışıb, qorunub qalması üçün biz bugün onları tanıyırıq, bızım bugünkü kimliyiimiz dilin vasitəsilə onlarla düyünlənmiş və bizimlə onları bir yerdə birləşədirmişdir. Dünyada çeşidli dillər olmasaydı, millətlərin sərhədəlrini də ayrıd etmək olmazdi. Demək bir dil, bir millətin tarixi oluşumunu və gəlişəməsini, varlığını və kimliyini, öz içəində gizəltmişdir. Biz biolojik gəlişəmənin yükünü sümükəlrimzlə daşıdığımız kimi, dil də bir millətin fərdi və ictimai kimliyini öz çiynində daşıyır.

 

Əslində, ana dili haqqında danışanda, dünya millətlərinin cuğrafiyası tərkibində yerləşmiş bir millətin küonkret yerindən də danışmış oluruq. Millətlərin yaranmasından qabaqki dövrlərdə də, böyük homojen qurupları biri birindən ayıran ən önməli faktor dildaşlıq olubdur. Əski yunanlılar yabançılara bərbər deyərmişlər, romalılar (özlərilə yunanlılardan sonra) başqalarını aşağı və mədəniyyətsiz bilirdilər, normənlər ingilis dilinə aşağı göz ilə baxıb və ingilscəni gobud, çıy və mədəniyyətdən uzaq sayırdılar. Əski çinlilər, özəgələrə heyvanlar kimi baxıb və özəlrini çin divarlari dalında qorumaği lazım görürdülər. Bu xalqlari biri birindən fərqlnədirən və ayıran amıl dil idi.  4

 

Ərsətunun nəzərincə bir şeyin varlığına dəlalət edən xüsusiyətəlrini, boyasını, qoxusunu, çəkisini və böyüklüyünü ...ondan təcərid edəndən sonra heç nə qalmasa da, yenə də «nə isə» qalır. Millət kataqorusuna gəldikdə, Hegel bunu («nə isə» ni) millətin ruhu ya psikolojisi adlandırmışdır. Alman nasionalizminin atalığı sayılan Gotfrid Herderin fikirıncə, dil millətin kimliyini və ruhunu təyin edər. Milləti vicuda gətirən amil təkcə dil deyilsə də, ancaq millətin etnik əsaslari, bütün gələnkəlri, tarixi, və psikolojisi dilin vasitəsilə gələcək nəsillərə köçürülür və bunların hamısı birlikdə tarixin gedişində millət adlanan varlıği oluşdurur.

 

Anadili məsləsi yeni bir məsələ deyildir. İtaliya umanıstləri dövründə, 5 xüsusilə Dante Aligiri dən sonra, hətta Dante dən öncə doqquzuncu yüz illikdə avropada Şarlmani imperiyasının çökməsindən sonra, demək rönesans dövrünün başlanmasından qabaq, anadili məsələsi gündəmə gəlmişdir. Ancaq birinci dəfə olaraq Dante anadili quramını (teorisini) irəli surubdur. Latın dili avropanın diyni və siyası kültürünə hökm sürdüyu sürədə, Dante yerli əhalinin dilində «Vernakülar» dilində yazmanın zəruriliyini qeyd edirdi. Ancaq «Yerli dilin yararlı olmasi» başlığı altında yazdığı əsəri bitirə bilməmişdir. Bu yazı, miladın 13- cü yüz ilində, anadili məsələsinə görə yazılmış ilk tənqidi əsər sayılır. Dantenin nəzərincə İtaliya əhalisinin danışdıqları müxtəlif ləhəcələr ədəbi dilə evrilməlidir və Latin dili yalnız təkenik dili sahəsində işəlnməlidir. Dantenin fikərincə yerli əhalinin dili, xalqın duyğusal və hissi dünyasını daha təbii şəkildə əkəs etdirə bilməsinə görə, rəsmi Latin dilindən daha üstün və əsilraqdır. Buna görə də onun dil haqqında gətirdiyi teoriyə görə, mədəni və kültürəl gəlişmənin əsas qaynağı və təməli yerli dil olmalıdır. Dantenin fikrincə, yerli xaəlqın ədbiyyatı və ədəbi dili yoxdursa, onu yaratmaq gərkdir. Bunun üçün də Dante özünün «Tanrıların komediyasi» adlanan ədəbi şahə əsərini və «Qonaqlıq» (bilgi qonaqlıği) adlanan fəlsəfəyə aid əsərini yaşadığı dövrdə hökm sürən siyasət, din və araşdırmalar dilində, yani Latin dilində yazmayıb və Tuskani əhalisinın dilində, İtaliya dilinin Florans deyişicə, yazıbdır.

 

Başqa tariyxi fenomenlər kimi, millətin də tərkib hissəlri zaman baxımından, bir göz qırpımında yaranmayıbdir. Onlar da müxətəlif mərhələlərdə vicuda gəlib, bir yerə yığışıb və bir birinə qovuşub bitişdikdən sonra, teorik biçimə girmədən öncə millət fenomenini (olqusunu) doğruldubdur. Milli dilin formalaşması və milli kültür və mədəniyyəti təmsil edən yerli ədəbiyyat və kültürün yaranması da belə umumi prosesi başdan keçiribdir.

 

Milli məsələ, ən ibtidayi biçimində də belə, anadili məsələsində özünü göstərmişdir. İnsan cəmiyətinin əşirət dövrünün belirsiz (mübəhəm) və qeyri şüurlu birləşmələrindən şüurlu milli birliklərə keçid mərhələsində, dil ən önməli rol oynamışdır. Avropanın əski dövrdən yeni dövrə keçməsində, dövəltlərin siyası sistemlərinin inkişafında, modern dövəltin formalaşmasında və nəhaytdə 18 ci əsrin sonlarında «milləlt dövəlt»in qurulmasında, ən önməli iki faktor dil və milli məsələ olmuşdur.

 

Avropanın müxətəlif hissələrinin və özəlliklə bati və doğu bölümlərinin qeyri paralel mədəni inkişafi, bəlli olduğu kimi onun iki bölümünə fərqəli karakterlər qazandırmışdır. Bəlkə, orta əsrlərin başlarında Şarlmani imperiyasının doğusunda yaşayan İslavları, Fın- Önqürləri və baltik dənizi çevərəsində yaşayanları bütövlükdə doğu Avropa adlandırmaq olabilsin. Şarlmanının çox milltli imperiyasının çökməsindən sonra, milli məsələnin ilkin özəkəlri dil biçimində özünü göstərdi. Doğu Avropa İslavları, tarixdə böyük Moraviya imperiyasi adilə tanınan etnik vahidi, indiki Çek ölkəsində yerləşən torpaqlarda qurmaqla, birınci dəfə olaraq avropada yeni milli dil əsasında kültür yaratmağa başlamışlar. Birnci dəfə olaraq,9 cu əsrin 60 cı illərində, islavların milli dilinin və kültürünün nümunəlri və ədbiyyati özünü göstərdi. İslavların 9 cu əsrdə yaşamış böyük şairi və fəlsəfə xadimi, Konstantin bir poemada belə yazmışdir: Öz dilində kitabsız olan xalq, çılpaq adam kimi dir, Tanrısının adını yabançı dildə ağzına gətirən, günü göy əskiyə çulqanmış bəxti qara bir insan kimi dir. 6 Yenə başqa yerdə yazmışdır: Tanrı yağış yağdiranda, hamıya bərabər yağdırmazmı? Günəş kimsəni ayri seçəmədən hamyıa ışıq saçmazmə? Hamə bərabərcəsinə nəfəs almaq haqqlna malik deyilmi? Tanrının sözəlrini uç dildən (Yunanca, İbranicə və Latıncə) başqa bir dildə söyləməsini yasaq etmək kimi ayri seçicilikdən və o biri xalqları gözü bükük və qulağı tutuqluğa məhəkum etməkdən utanmazsınızmı? Tanrının sözəlrinə yabançı dildə qulaq asmaq çox ağılsızlıqdır!

 

Moraviyanların başladıği bu hərkətdə, xalqın öz dilini işəltməkdə (yazıb oxuma) haqli olması istəyi gözə çarpır. Onların nəzərində ən yükəsk dəyərli istək, brinci növbədə öz dillərində, demək İslav dilində incili oxumaq idi. Bizans imperiyasi və Yunan kilisasi, yunanın din xadimlərini və Yunan dilini seçgin dil sayırdılar. Yunan dili yazıb oxumaq haqqıni qapsayıb özünə münhəsir etmişdi. Buna qarşi durmaq və Şarlmani dövründən sonra ona meydan oxumaq, özünü yerli İslav dilində yazmaq haqqından müdafiə etməkdə, bir millətin dilinin üstünlüyü ideyasını rəd etməkdə, dillərin bərabər hüquqa malik olmalarını və İslavyan kilisasının istiqlaliyyətini elan etmək biçimində üzə çıxırdı. «Xıraber» adlı Bulğarlı yazıçı və din xadimi İslav dilinin, Yunan, Latın və İbranicə ilə bərabərliyini elan etdi. Çünkü onun dediyinə görə bunların hamısı «Babil» burcunun çökməsindən sonra yaranmışlar. Hətta İslav alfabesinin sonralarda yaranması da əskiklik sayılmayır, onagörə ki, Kiristyan dininin xadimləri onu yaratmışlar! Halbuki, latincənin və yunancanın alfabesini naməlum kafirlər vicuda gətiriblər! Yeni şəraba yeni qab gərəkən kim, yeni inam və etiqada da yeni kəlimələr və hərflər gərəkir. 7 Çek xalqının əski nağıllarında deyilən kimi, Konstantin bilgisizliyi aradan aparmaq üçün yerli dillərdən faydalanmaği olduqca əlverişəli vəsiylə sayırdı. Bunu da qeyd etəməliyik ki, o zamankı Məqduniyə dilisi ilə İslav dilisi arasında olan fərq, indıki Amerika və İngilis deyişəlri arasında olan fərqdən azraq idi.

 

Tarix boyu hər zaman bir ölkəni işğal etmək yolilə yabançı dili orda yaşaiyan millətə ya xalqa təhəmil ediblər. «Tom Paulin»in nəzərincə, hər hansı bir dilin tarixi, bir ölkənin işğal edilməsi ya yenilməsilə bağlıdır. Bir dilin «xalisliyi» və «kamilliyi» haqqındakı bəhslər məmulən «inkişaf» məsələsinə sadəlövhluqla yanaşmaqdan və ya qondarma rasısti nəzərlərdən irəli gəlir. 8

 

Normanlar 1066 cı ildə ingilistanı fətəh edir və Fransız dil 1362 ci ilədək rəsmi dil istatusunu saxlaya bilir. 13 cu əsrdə Robert Qilaster normanların və ingilislərin tarixlərini qeydə aldığı vaxt, ingiliscənin yalnız cəmiyətin aşağı qatlarında işlədilməsindən təəsüf etdiyini bildirmişdir. Normanlar gücəlrini itirdikdən sonra, İngilistan parlmanının çıxartdığı qanuni qərar əsasında bütün məhkəmələrin dili ingiliscəiə çevrilir. Beləliklə İngilis dilinin daxili sürgün dövrü sona çatır. Bununla da İngilistan, Avropa ölkəlri içərisində yazi əsərlərini öz dilində yaradan birnci ölkələrdən sayılmaqdadır.

 

Bu məsələ dil ilə siyası qüdərtin və iqtidarın münasibətini aydıncasına göstərir. Dilin gəlişəməsini və inkişaf etməsini təmin etməyə görə, xüsusilə təəlim və tərbiyə (eyitim) sahəsində dilə rəsmi istatus qazandırmaq üçün, dilin araxasında siyası qüdərt və iqtidarın gücü durmalıdır. Dil ilə siyası qüdərtin biri birindən ayırı olması içi boş sözdür.

 

Görkəmli İişveçrəli dilçi və dilçilik teorisiyəni Ferdinand de Saussure , siyasət ilə dilin münasibəti barədə belə yazmışdır: Normanların ğəlbəsi kimi böyük tarixi hadisələr, işğal olunmuş ölkənin dili üzərində ölçüyə gəlməz sonuclarla nəticələnir. Müstəmlikəyə (müstəəmirə) çevirmək, işğal etəməyin bir növii olaraq, yenilmiş ölkənin dilinın deyimləri tərkibini dəyişir, bir bötöv olaraq dilin özündə belə əsər qoyur. Məsəln, Norvej ölkəsi ilə Danmarkanın siyası birləşəməsindən sonra Norvejin dili Danmarka dilinin nüfuzuna məərüz qaldı və sonralar onun təsiyratını aradan aparabildi . 9 “Saussure”in nəzərincə, bir ölkəni rəsmi olaraq işğal etəmək yerinə, onun dilinə və kültürünə müsəllət və hakim olmaqla onu bir növ müstəməlikəiə çevirmək olandi .

 

 

İkinci bölüm: Dil və Eyitim (təlim tərbiyə)

 

Bizlər, hələ də uzun illər üstündən sovşmasına baxmayaraq, uşaqlıqda mədərsəiə (mektəbə) gedən günlərdə müəlimin yabançi Fars dilində dedikəlrini başadüşmədiyimizə görə çəkədiyimiz istres və niyarançılığı unutmamışıq. Uşaqlarımız ayaqlarını mədərsəyə açan gündən məcəbur olurlar ana dilləri olmayan özəgə və biganə bir dildə yenidən dil açmağa çalışsınlar. Onlar sürdükəlri  6-7 illik həyatlari boyunda ana dilində danışıb, ailə ilə, yoldaşları ilə və yaşadıqları müit ilə bu dildə əlaqə qurublar. Onların bütün hissi dunyaları, təsəvvürləri və istəkəlri bu dil ilə əlaqədardır. Demək yabancı bir dildə təəlim təhsil almaq məcəburiyyətində qalmaqla, uşağın topladığı həyat yaddaştı, təcrübəlri və xatirəlri boğulub dustaqlanır. Artıq bundan sonra aldığı təəlim tərbiyə indiyədək öyrəndiyinin ardi deyildir. Bir yeni yetəmə uşaq on uç yaşından sonra yeni dili çətinliklə məniməsəiə bilir. Uşağın yaddaştının arasi qırılması və itirdiyi təəlim vaxtı buradan bəlli olur. Uşaq on uç yaşa dolanadək çeşitli dilləri öyərnmək qabiliyyətinə malikdir. Ancaq yeni dillərin təəlimi ana dili əsasında qurulmuş müntəzəm təəlimat vasitəsilə və anadili təəliminin davami kimi mümkündür. 10

 

Uşaq, böyüklərin danışığını yansılamaqla kifayətlənmir. O dilin iç qurallarını və qanuna uyğunluqlarını duyub - öyərnməklə birlikdə özü üçün məxəsüs qurallar qurur. Dilin, onun beyninə köçürülmüş iç quruluşu, get gedə uşağın gəlişəməsilə böyüklərin dilinə uyğunlaşdırılır. 11 Öz ana dilindən üzülüb özgə bir dildə təhsilə başlamağa məcəbur olan uşağın təəlim tərbiyəsinin harmonik düzəni (intizamı) aradan gedir, bu da onun öyrənmə prosesində ciddi pozğunluq törədir. Beləliklə, uşaq psikolojik baxımdan bəlli bir ölçüdə özünə güvənmə hissini itirməklə ana dilləri farsca olan uşaqlarla qeyri bərabər yarışa girməli olur. Bundan sonra uşaq öz dilində deyil, özəgəsinin dilində yazıb oxumalıdır. Bir kılasda təəlim alan Fars dilli uşaqla Fars olmayanların (eyitimlərinin) təəlim tərbiyələrinin nəticəsi sözsüz ki, bir olmayacaqdır. Demək Fars uşağının təəlim prosesi, indyiədək öz ana dilində öyərnib, beyninə yığıb saxladığı bilgilərin davam etədirməsidirsə, Fars olmayan uşaqlarınkı bütünlüklə bunun tərsinə dir. Bunların indyiədək ana dilində aldıqları tərbiyə təəlim prosesinin ardi kəsilir, topladıqları biligilərdən və dillərindən qoparılıb və ona yabancılaşdırılmaqla məkətəbə başlayırlar. Ölkənin rəsmi eyitim sistemi ilə Fars olmayan millətlərin balalari haqqında açıqca sürdürəln ayrı seçicilik və bərabərsizlik siyasəti rəsmi olaraq qanuni biçimdə buradan başlanır.

 

Əsəlinə duranda, iranın rəsmi eyitim (təəlim tərbiyə) sistemi, təhsilin başlanğıcından və ilk günündən apartayd sisteminin bir özəl biçimini rəsmi olaraq qanuniləşdirir. Doğrusuna baxanda İran dövəltinin sürdüyü siyasət elə uşaq baxçasından başlayıb milli zülmün və ayrıseçiciliyin daşı buradan qoyulur. Fars olmayan millətlərin dilində yayılan kitab və dərgilərin habelə onların yetişdirdiyi yazıçı, şaır və araşdırıcıların sayısına baxıb və bunu öz ana dilində təhsil almış Fars millətininkilərin sayısı ilə müqayisə edəndə, apartayd əsasında qurulmuş eyitim siyasətinin zərərli nəticəlri bəllənəcəkdir. Bu kimi təəlim tərbiyə siyasəti İran əhalisinin çoxunluğunu kültür baxımından geridə saxlayıb və çiçəkəlnəmələrinin qabağını alır. Ölkənin təəlim tərbiyə istatistikasi Farslar ilə Fars olmayanların arasındakı, günü gündən artan eyitim sahəsindəki yarığı və ayrılığı aydıncasına gözə çapdırır. Ana dilində təhsil almaq imkanından məhərum olunmağın uzun sürən nəticəlrinə baxmasaq da, uşağın insani həqqını əlindən almaq və ayaq altına salıb tapdalmaq, onun insan olaraq haqqına toxunmaqdır. Kimsəni ana dili haqqından yuxsunlatmaq, onun insan haqlarının pozması deməkdir.

 

Çox millətli İran ölkəsində insan haqlarının bu növ pozulması iki şəkildə eemal olunur: Birincisi - bir başa ana dilində yazıb oxumanın qabağının alınması və təhsil ocaqlarında və hətta iş yerlərində belə ana dilində danışmağın rəsmi surətdə qadağan edilməsi. İkincisi – rəsmi eyitim sistemi vasitəsilə yabanci və özəgə bir dilin məcəburu olaraq təhmil edilməsi. Bütün ölkələrin eyitim sistemi mahiyətcə ideolojik bir sistemdir. Bu sistemin aracılıği ilə hökm sürən ictimai münasibat cəməitin bütün sahəlrinə yayımlanır. Demək eyitim sistemi də dilin özü kimi nöytral deyil və dərindən hakim ideoloji ilə bağlıdir . 12 Siyası quruluş baxımından, gerçəkdə çox millətli olan ölkələrdə, təkəcə bir millətlin mənafeini qoruyub saxlayan, eyitim sisteminin işi, siyası iqtidarın dil və kültür sahəsində də hejemonluğünu temin etməkdir. Çox millətli iranda hökm sürən bir dil - bir millət ideolojisi də belə bir əsas üstündə quraşdırılmışdır. Bu iş əməldə rasizmin genişəlnməsilə nəticələnir. Son yüz ildə İran ədbiyatənın törətdiyi, Fars olmayanların əleyhinə, Ariya ırqəçılğı ilə dolu, rasıst ideolojisi ilə doyurulmuş əsərlər, buna canli bir dəlildir. Bu siyasətin nəticəsi Fars olmayanların ikinci dərcəli vətndaşa çevirilməsi və ölkə içində birinci dünya ilə uçuncu dünya arasında olan münasibatın bərqrar edilməsi dir.

 

Bu qanuna uyğun bir fenomen dir və bir millətin mənafeini qoruyan siyası hakimiyyetlərin quruluşu, çox millətli ölkələrin hamısında belə bir durumdadir. Böyük Rus ədəbi tənqidəisi Visarion Beliniski rusiyada hökm sürən geri qalmış siyası quruluşu, Çar rejimini və kilisanı qizğin tənqid etsə də, Çar rəjim ilə Ukraynalıların milli məsələsi və kültürü barə də fikirdaşlıq edirdi. On doqquzuncu yüz ilin sonlarında, Ukraynalıların arasında milli oyanışın yükəsləməsi və Ukrayna dilində modern ədəbiyyatın yayılmasi onu acıqlandırıdı. Beliniski Ukra dilini və gənc şaır Taras Şuşenkonu kəsginliklə tənqid edib və qınayırdı. Böyük ədəbi tənqidçinin bir birilə zid olan demokratizm və rasizmi özündə birləşədirməsinə nə demək olar? Bizcə üzdən iraq qabaqcıl Fars aydınlarının çoxusu bu xəstəliuə düçardılar. Hətta özəlrini insan haqları tərfdarı bilən Fars aydınlarının çoxusu, Fars olmayan millətlərin siyası və kültürəl haqlarından danışmağı bölücülük sanırlar .

 

Dante Aliqre, kültürün yerli dil üzərində qurulmasına inanırdı. Beliniski bunun tam tərsinə düşünürdü. Onun fikərincə Ukraynalılar kimi dali qalmış xalqlar millət düzəltmək uğrunda çalışmamalı, böyük kültürün, yani Rus kültürünün içində əriməlidirlər. 13 Onun siyasət fəlsəfəsi, rasizmə bulaşmış Almania romantizminə söyəkənirdi.  14 Öz içəri müstəmlkələri üzərində qurulmuş çox millətli Rus imperyasi, «bir dilin» və « bir millətin » başqa millətlərə hökm sürməsinin ırqçılığa yönəldən nəticələrindən boyun qaçıra bilməzədi. Bu siyasət Beliniskilər kimi qabaqcıl aydınların da əlini ırqçılığa bulayırdi.

 

 

Üçüncü bölüm: Fars dili «Fövq Milli» dildirmi?

 

İran barəsində belə idianın yersiz və yanlış olması biryana qalsın, idianın özü özlüyündə, iranda farslardan başqa ayrı millətlərin də varlığını göstərir. Bu millətlərdən söz gələndə açıqcasına Ariya ırqçılığı boyasi ilə boyanmış «qovmlar və qovmiyyətlər» kimi aşağıladıcı sözlər işələnilir. Fars dilinin «fövq milli»liyi onun rəsmi eyitim sistemi vasitəsilə başqa millətlərə təhəmil edilməsindən dirsə, onların dillərini əllərindən almaqdandirsa, onda onu «fövq milli» dil deyil, təhəmili zorakılıq dili adlandırmaq gərkdir. İddianın o biri üzü belə ola bilir ki, Əfğanistanda və Tacikistanda da Fars dilində danışanlar vardir, buna görə fövq milli dil sayılmalıdır. Milli haqlarından məhrum edilmiş İranda yaşayan Ərbəlri və Türkəlri götürək. Bəlli dir ki, çeşitəli ölkələrdə yaşayan, ərbcə və türkcə danışanların sayısının qarşısında, İran, Əfğanıstan və Tacıkstanda yaşayan Fars dillilərin sayısını üst üstə qoyanda belə, gözə gəlməzdir. Beləliklə Fars dilini «fövq milli» dil adlandirmaq bir içi buş iddia sayılmalıdır.

 

Ümumi eyitim modern bir fenomen olaraq xüsusilə Fransa və Amerika inqilablarından sonra meydana çıxıbdır. Əski zamanlarda fəlsfə, şier və ədəbiyyatdan faydalanan bürokrası olmuşdur. Kapitalizmmdən öncəki dövrlərdə geniş xalq kütələsi kültür və ədəbiyyatdan yararlana bilmirdi. Bünagörə fəlsəfə, ədəbiyyat və incəsənət əsərlərindən hakim sınıflar, xüsusilə bürokrası faydalana bilirdi. Bu üzdən, onu törədənlər də bürokrasının, yani bu məhsulların işəldənlərinin dilində yaratmali olurdular. Kapitalizmdən öncəki dövrlərdə yazıb oxumanı başaranlar yalnız bürokrası və ruhanilər(din xadimləəri) olmuşlar. Sinələrdə yaşayıb və ağız yolilə köçürülən şifahi xalq ədəbiyyatından və folklordan fərqli olaraq, fəlsəfənin, tarixçiliyin və bədii ədəbiyyatın yazı dili ölkənin bürokrasısının dilinə bağli olmali idi. Demək bu məhsulları işələdənlər bürokrası idi və onları törədənlər bürokrasının istəyini yerinə yetirməli idilər. Belə olmasaydi məhəsül işəlnəməmiş qalacaq idi. Türklərin daima dəyişmədə olan siyasi hakimiyyetlərinin tərsinə olaraq bürokratik umurat divan işçiləri olan farsların əlində saxlanmışdır. Məncə, türklərin neçə yüz il siyası iqtidar sahibi olmalarına baxmayaraq, Nizami, Xaqani, Qətran və Saib kimi görkəməli Türk dilli şairlərin əlimizə çatan şeirlərinin Fars dilində olmasının səbəbi bundan ibarətdir. Misal üçün on doqquzuncu yüz ilin sonlarındakı Rus ədəbiyyatının çiçəkələnməsinin səbəbi o günkü əhalinin yüzdə douxsan beşini təşəkil edən mövhümata qapılmış aaarus kəndlisi ola bilməzədi. Bu məhəsulun müştərisi hər nə dən öncə rusiyanın çox geniş bürokratik qatları idi. Lev Tolstoyun “Savaş ilə Barış” romanı birinci dəfə on doqquzuncu əsrin ikinci yarısında çap olunub və Tolstoy iyirmi min manat qazanmış olur. O vaxtın pulu ilə bu çox böyük pul idi. Aydındır ki, o dövrün savadsız Rus kəndlisi bu ədəbiyyatdan istifadə etmirdi və qazandığı azacıq pulu kültür o incə sənət yerinə ziyarətə getməyə xərcləyirdi.

 

Fransada da belə olubdur. Fransa inqilabından öncə, orada geniş bürokrası uzərində qurulmuş mütəmərkiz bir dövəlt yaranmışdı. Buna görə bütün Avropa ölkələrinin dil və ədəbiyyatı Fransa dilinin və ədəbiyyatının kölgəsində qalmışdı. Kapitalizmdən öncəki dövrlərdə, kültür yaradıcılığının (satın malı tək) bürokrasiyiə (məhəsulun işələdəni kimi) bağlılıği qanuna uyğunluq kimi başqa yerlərdə də özünü göstərirdi. Avropanın siyası quruluşu «din- dövəlt» əsasında təşəkkül tapmışdı. Dövrün kültür məhəsullarından geniş istifadə edən Kilisa bürokrasısı idi. Buna görə də Latın dili avropanın din, fəlsəfə, hüquq, siyasət və idarə işlərində hakim dilin rolunu oynayırdı. Fars dilinin işələnilməsi və yayılması da bürokrası ilə kültür arasındakı qanuna uyğun bağlılıqdan ayri deyildir. Bu qanuna uyğunluqdan bəlli bir dilin üstün olması nəticəsini çıxarıb başqa dilləri məhəküm halına salmaq olmaz. Bu gün kimsə Latin dilində danışmayır və fransa dili də, böyük tarixi gəlişməsinə baxmayaraq qırağa sürülüb və fransalıların təhəqir etdiyi dil ilə yerini dəyişibdir. Fars dili də bu günkü iranda Fars millətindən qırağa çıxanda, dövəltin rəsmi basqısı gücünə işələdilir. İranda hökm sürən bir millət- bir dil biçimindəki dövəlt quruluşu dəyişildikdə, başqa dillər də öz təbii gəlişəməlrinə imkan tapıb və iranın çoxunluğunu təşəkil edən qeyr Fars məhkum millətlər də öz ana dillərində yazıb- yarada biləcəklər.

 

 

 

Dördüncü bölüm: Anadili və Milli Sorun

 

Yeri gəlmişkən ana dili ilə milli məsələnin qarşılıqlı əlaqəsinin önəmini vurğulamalıyıq. Milli məsələ iranda Fars dilinin dalında gizlənibdir. Bir para mümkündür belə xiyal etsinlər ki, güya biz və yaxud hər hansı qeyr Fars millət siyası haqlarını ələ gətirmədən, dil azadlığı haqqını ala bilər, yaxud ona çatabilər. Çoxları bu boş xiyalı bilərəkdən körükləyirlər. İranda milli məsələnin karakterini onun oluşması prosesində açıqcasına görmək olandı. Bu da, «Siyasət»sorununun, «Dil» soruna görə öncüllüyüdür (təqqəddümüdür). Bəlli olduğu kimi, milli haqlara çatmaq uğrunda çalışanların bütününün fikirincə iranda yaşayan qeyr Fars millətlər Rizaşahin küdetasından (saray çevrilişindən) sonra milli zülm altında yaşamağa məhkum olmuşlar və Rizaşah dövründən başlayaraq Fars dilinə rəsmi dil statusu qazandırılıb və başqa millətlərin dilləri yasaqlanıbdır. Demək siyası iqtidarın vasitəsilə, iranda yaşayan millətlərin dilini kəsdilər, sinəsin sökdülər, anadilində təhsil almanın qabağın aldılar, milli dil və kültürün gəlişəməsini dayandirdılar. Şahlıq rejimini dəyişən İslam Cümhüriyyəti də son otuz ildə Rizaşahın getdiyi yolu daha şidətlə dəvam etdiribdir. Yeri gəlmişkən o dövrün üzdən iraq aydinlarindan sayilan

Mahmud Əfşarın milli məsələnin həl etməsinə görə etdiyi tövsiyələrəişarə etmək olar. Onun nəzərincə qeyr Fars millətləri süngü gücünə yer yurdundan köçürtməli, dağ daşın, suların, kəndlərin və şəhərlərin adlarını dəyişib farslaşdırmalı. Dövlətin malı yardımı ilə Fars dilində çoxlu ucuz dərgilər və nəşriyyələr buraxmalı......Bu işi Pəhləvilər ardıcıllıqla gördülər və indi də İslam Cümhuriyyəti də var gücu ilə onu dəvam etdirir. Bəllidir ki, bunların hamısı siyası əməl sayılır. (artiq baxa bilərsiz: 15)

 

Dil haqqına çatmaq üçün, ilk öncə siyası iqtidar və kifayətcə maliləşdirilmiş rəsmi eyitim sistemi olmalıdır. Bunsuz ana dilində təhsil almaq olası deyil. Azərbaycan Milli Hökuməti bir ilin içində uşaqların Türkcə təhsil almasını təmin edib, Təbriz üniversitəsini açdı, milli dilimzdə dərgilər və mətbuat yayıldı.... Siyasi iqtidarın (Hakimyyətin) Azərbaycan Milli Hökumətinin əlində olması bu işəlri mümkün etdi. Elə buna görə də Şah rejiminin Azərbaycana hücum etməsi və qoşun yeritməsi ilə ana dilində təhsil almaq süngü gücü ilə dayandırılıb yasaqlandı.

 

Müstəmələkəçilər hər zaman qan axıtmaqla və silah gücü ilə bir ölkəni işğal edəndən sonra öz dillərni işğal olunmuş ölkəyə təhmil edə bilmişlər. Çünkü siyası güc yabançi dili bir xalqa təhmil etməyə imkan yaradir. Dil hər zaman siyası gücdən asılı olubdur. Əslində iranda da, ana dili sorunu mahiyyətcə siyası bir sorundur.

 

Dil prolemini siyasətdən ayırı görüb kültürel problem sanmaqla onun çözülməsini İslam Cümhuriyyəti çərçivəsində mümkün bilənlər, sadəlövhlüğa və bayağılığa qapılırlar. Rejimin təhlükəsizlik orqanları bu kimi baxışlardan faydalanırlar. Az sayıda , iki dilli dərgilərin yayılmasına dözə bilməyən rejim, Azərbaycanın və başqa Fars olmayan millətlərin milli kültür çalışqanlarını, tutan, işkəncə edən, dustaqlayan sürgünə məcəbür edən və müxtəlif yollarla öldürüb aradan aparan necə olarki, ana dilində təhsil almaq imkanı versin? Qeyr Fars millətlərin uşaqlarının ana dillərində təhsil almaqlari İslam

Cüməhurisini devirməklə, bir millət – bir dövəlt sistemini çökdürməklə həyata geçirilə bilər!

 

Türkcəyə çevirən: açıqsöz  

 


[1] Dale Spender : Language and Reality : Who Made the World( 1980). Language and Cultural Theory Reader.Ed.by Lucy Burke, Tony Crowley, and Alan Girvin.London.2000.p.145

[2] Pierre Bourdieu : Classes and Classifications. A Critic A Social Critique of the Judgment of Taste. Conclusion. 1984,translated by Richard Nice, published by Harvard University Press, 1984, 604pp. –selected from pp. 466-484.

[3] John R. Searle: What is Language: Some Preliminary Remarks.    http://www.reference-global.com/doi/abs/10.1515/9783110198843.1.7

[4] Tom Paulin: A New Look at the Language Question( 1983).Published in : The Routledge. ibidP.294

[5] Sarah Stever Gravelle: The Latin-Vernacular Question and Humanist Theory of Language and Culture.

Journal of the History of Ideas, Vol. 49, No. 3 (Jul. - Sep., 1988), pp. 367-386 / Published by: University of Pennsylvania Press

Baxin:

Lluís Cifuente: Vernacularization , as an Intellectual and Social Bridge.

The Catalan Translations of Teodorico's "Chirurgia" and of Arnau De Vilanova's "Regimen Sanitatis"
Early Science and Medicine, Vol. 4, No. 2 (1999), pp. 127-148 Published by: BRILL

[6] Roman Jacobson: The Beginnings of National Self-Determination in Europe. / The Review of Politics, Vol.7.No.1(January 1945) .pp.29-42 / Cambridge University Press

[7] orada

[8] Tom Paulin. / orada

[9] Ferdinand de Saussure :Language and Linguistics(1916).published by: The Routledge Language and Cultural Theory Reader.Ed.by Lucy Burke, Tony Crowley, and Alan Girvin.London.2000.P.54

[10] Natalia L. Komarova and Martin A. Novak: Natural Selection of the Critical Period for Language Acquisition.

Proceedings for Biological Sciences.Vol.268.No.1472(Jun.7.2001) PP.1189-1196 / Published by : Royal Society.


[11] Heidi C. Dulay and Marina K. Burt: Errors and Strategies in Child Second Language Acquisition. / TESOL Quarterly, Vol. 8, No. 2 (Jun., 1974), pp. 129-136.
Published by: Teachers of English to Speakers of Other Languages, Inc. (TESOL)

[12] Brian Street: Literacy in Theory and Practice( Cambridge Studies in Oral and Literature Culture). 1985. Chap.4. The Ideological model.PP.95-129

[13] Andrea Rutherford: Vissarion Belinskii and the Ukrainian National Question. / Russian Review, Vol. 54, No. 4 (Oct., 1995), pp. 500-515. /Published by: Blackwell

[14] Cedric Dover: The Racial Philosophy of Johann Herder. / The British Journal of Sociology, Vol. 3, No. 2 (Jun., 1952), pp. 124-133.Published by Blackwell


[ [15  http://www.achiq.org/yazi/hidayet%20dil.pdf