https://azdemokrasi.wordpress.com/2011/03/17/islam-v%c9%99-qadin/

İslam və qadın

İslamda qadın qonusu digər sorunlarla iç-içədir. Bu yazıda siyasi və ictimai açıdan islam mövzusu ələ alınmışdır.  İslamda qadınlarla ilgili ayrımcılıq ümumi İslam ayrımcılıq düzəninin bir parçasıdır. Bu məqalə 8 mart 2011-ci il Qadınlar Günü münasibəti ilə hazırlanmışdır.

1. İslamda qadınlarla ilgili ayrımcılıq ümumi İslam ayrımcılıq düzəninin bir parçasıdır. Qadını aşağılamanın ötəsində İslam ayrımcılıq sistemində bunları da görmək mümkündür: Müsəlman, müsəlman olmayandan üstündür. Muhəmməd və onun soyu digər müsəlmanlardan üstündür. Bütün zamanlarda və məkanlarda Muhəmməd sünnəti digər sünnətlərdən üstündür. Qureyş (Muhəmmədin də mənsub olduğu ərəb qəbiləsi) qəbiləsi digər qəbilələrdən üstündür. Ərəb dili bütün dillərdən üstündür. Rəvayətlər ağıldan üstündür. İdarə edənlər, idarə olunanlardan üstündür. Azad adam kölə adamdan üstündür.

Bu ayrımcılıq düzənində qadının aşağılanması digər amillərlə ilişkilidir. Ən üstün mövqe ölkəni idarə edənlərə məxsusdur. Bu ortamda da ən üstün mövqe şübhəsiz ki, peyqəmbərə və onun ailəsinə xasdır. Kişilərin özlərinəməxsus dəyərləri var. Qadınların da dəyəri kimin qadını olmalarından asılı olmuşdur. Özlərinin bağımsız dəyəri olmamışdır. Ən aşağı yer müsəlman olmayan kölə qadınlaraməxsusdur. BU kölə qadınların heç bir haqqı yoxdur. Köləliyin ləğvi ilə bağlı İslamın heç bir önərisi yoxdur. Köləliyi qəbul etmiş və daha sonra qənimətlər hesabına zənginləşən səhabilərin (peyqəmbərlə təmasda olmuş ərəblərin) saysız kölələri olmuşdur. İslamın tarixi inkişafı sürəsincə bunların örnəklərini görmək çətin deyildir. Müsəlman olmayan bir qadının heç bir haqqı yoxdur. O, savaş qəniyməti sayılır. Satışa buraxıla bilər. Heç bir əxlaq prinsiblərinə uymadan onunla müsəlman olan kişi seks yapa bilər. Onu döyüb öldürsə də şəriət hüququ baxımından heç bir sorqulanması olmaz. Çünkü o, müsəlman olmadığı üçün bir heçdir

2. İslamıən ortaya çıxışından sonra qadın haqları qonusunda böyük dəyişikliklər olduğunu iddia edirlər. Tarixi bəlgələrə dayanaraq bu iddialara güvənmək mümkün deyildir. İslam öncəsi ilə İslam sonrası dönəmi qadın məsələsi ilə ilgili müqayisə edərsək, böylə bir sonuca vara bilərik: İslam öncəsi ərəb kültürü qadın qonusunda İslam sonrası dönəmdən daha irəlici olmuşdur. Muhəmmədin həyatındakı olayların rəvayəti də bu iddianı doğrulamaqdadır. Muhəmməd dəyişik inanclara meyllənib və onları təbliğ etmişdir. Ancaq Muhəmməddən sonra başqa inanclara meyllənənlərin cəzası ölüm olmuşdur. Hətta bir tək adam yəhudi və xristian bilə, İslamdan sonra ərəb yarımadasında qalmamışdır. Ya öldürülmüş, ya da sürgün edilmişlər. Günümüzdə də Məkkə və Mədinəyə müsəlman olmayan insanların girişləri yasaqdır. Toleransın azalması təbiəti etibarı ilə qadınların zərərinə olmuşdur. İslamdan sonra bir kişinin şəxsiyətinə bağlı olmadan ortaya çıxan bir tək qadına rast gəlmirik. Xədicə və Ayişə Muhəmmədin iki qadını İslam öncəsi bağımsız qadın şəxsiyətlərinin örnəkləridir. İki qüdrətli qadın. İslam öncəsi qadın haqları kültürü nə imişsə, bu iki qüdrətli qadını yetişdirmişdi. Xədicə, peyqəmbər olmadan öncə Muhəmmədlə evlənmişdi. Tacir bir qadın idi. İqtisadi bağımsızlığı var idi. Ancaq İslam sonrası bir tək Xədicə kimi örnəyə rast gəlmirik. Çağımızda İslamı təbliğ edənlər bununla övünürlər ki, İslam qadınları hüquqsuzluqdan çıxarmış və özəlliklə miras və nəfəqə (aliment) qonusunda qadına haq tanımış, qadın haqqını ehkamların tərkib hissəsi etmişdir. Bu haqda da İslama özəl bir imtiyaz tanımaq doğru olmaz. İslamın ortaya çıxıdığı dönəmlə ilgili əldə olan məhdud bilgilər qadınların heç bir haqlarının olmadığını söyləməzlər. Muhəmmədin ilk qadını Xədicənin həyatı bunun açıq örnəyidir. Xədicə mülk sahibi idi. Ərəb olmayan ölkələrə İslamın yayılması qadınların haqlarını daha da sınırlamışdır. Günümüzdə İslamın qadınlara tanıdığı haqqı iddia edən təbliğatçıların əsas üzərində durduqları sorun budur ki, İslam qız çocuqlarının diri-diri basdırılmasını önləmişdir. Bizim tarixlə ilgili məntiqli araşdırmamız bu mövzunu savunmaqdadır ki, heç bir toplum öz soyunu ortadan qaldıracaq ənənələr üzərində durmaz, dura bilməz. Bu cinayət, bəlkə qızları çox olan bəzi əşraf ailələrdə olmuşdur. Ancaq həyatın məntiqinə görə bu, bütün ərəblərdə yayqın olan bir kültür ola bilməzdi. O zaman bu soru ortaya çıxar: Qızları diri-diri basıdrma kimi köklü bir ənənə varmışsa, nədən o zaman qədər ərəblərin soyu tükənməmişdir? İslamın ortaya çıxdığı zaman bu problemin olduğu üzərində israrla durmaqdadırlar. Bu da onu göstərir ki, o dönəmin çox qadınlı zənginlərini böylə bir kompleks daşımışlar. Çox qadınlı və çox uşaqları olan ərəb zənginləri. Qız çocuğunu diri-diri basdırmaq xalqın içində yayqın olan bir problem olmamıştır. Ərəb zənginlərində böylə bir kompleks olmuşdur: qız almaq, ancaq qız vermək istəmirdilər. O zamankı barmaq sayı ərəb zənginlərinin şəhvətlərini və namus anlayışını göstərən bu kompleks bütün ərəb millətinin gələnəyi kimi günümüzdə sunulmaqdadır. Bu dönəmdə cinsi şəhvət sorununun bir tərəfində kişilərin üstünlüyü və digər tərəfində qadınların aşağılığı görünməkdədir. Bu toplumda kişi üstündür qadın aşağılıq yaradılış. İslam olaraq adlanan kültür, Muhəmməd onun gətiricisi olduğundan dolayı hələ də bu kompleksi öz içində daşımaqdadır. İslam bu problemi çözməməklə qalmamış, onu konservə edərək günümüzə qədər gətirmişdir.

3. İslamın digər ayrımcılıqlarla ilişkili olduğunu söylədik. İslam ölkələri öz yayqın sünnətləri ilə yaşadıqca, bu, bir problem kimi görünmürdü. İslamın siyasi və iqtisadi strukturu çöküb və çağdaş dəyərlərin ortaya çıxması ilə İslamdakı ayrımcılıq sistemi də ifşa olmağa başladı. İslam ölkələrində kültür şoku yaşanmağa başlandı. İslam bilimciləri bu böhranın ortaya çıxması ilə ilgili olaraq bir sürü teorilər gəlişdirməyə çalışdılar. İslamda olan bəzi ayrımcılıqları çağdaş dünya məğlub etdi. İnsan haqları anlayışı onları unutdurmağa çalışdı. Örnəyin müsəlman olmayanların nəcis olması, müsəlman olmayanlarla dost olmamaq kimi İslam hökmləri, insan haqları basqısı üzündən ortadan çıxmağa məhkum edildi. İslamın müsəlman olmayanlarla irtibat qurmamaq, ya da ehtiyatlı olmaqla ilgili hökmləri əməldə öz keçərliliyini itirmişdir. Doqmatik İslamda dəyişməyən əsasən qadın haqları ilə ilgili ayrımcı baxış olmuşdur. Nə qədər irəliləmişsə, İslam kompleksində qadının mərkəzi önəmi olduğunu görmüşük.

4. Təməl mətnlərdə İslamın söyləmi oluşduran qəbilə yapısı olmuşdur. İslam toplum yapısında tacirləri və savaşçıları səciyələnmişlər. Tarım iqtisadi düzənindən, ya da şəhər həyatından yoğrulmuş olan dinlər qadın məsələsində daha yumşaq tutum sərgiləmişlər. İslami fiqhin (fiqh- daha sonrakı dönəmlərdə şəriət düzəni əsasında şəkillənən islam hüquq sistemi)   özü şəhər həyatında formalaşmışdır. Fiqhdə qadınla ilgili olan hökmlərin bir bölümü savaş prinsiblərinə görədir. Qadın savaş qəniməti və satış əşyası kimi dəyərləndirilir. Qadın məsələsi ilə ilgili sorunlar genəldə qəbilə önyarqıları ilə qarşılaşar. Qəbilənin əxlaq anlayışı namus ölçüsü olaraq görülmüşdür. Qəbilənin düşmənlərinə aşırı nifrət və qəbilənin üzvlərinə aşırı sevgi bu önyarqının özəlliyi olmuşdur. Bu bağlamda qadın namus anlayışının önəmli qonusu kimi görülmüşdür. Qadın, qəbiləyə mənsub olmayan yabancı ilə irtibatda olmamalıdır. Burada yabancı anlayışı qadına və kişiyə görə dəyişir. Qadın məsələsində yabancıların sayı daha da artım göstərir. Öz qadınını, bacısını və anasını dar və qapalı mühitdə saxlaya bilməyən kişi namussuzdur. Namusun görüntülərindən biri hicabdır. Hicab, qadını qoruyan daxili bir divardır. Qadın evdən dışarı çıxdığında bu divarı özü ilə daşımaq zorundadır. Dinə görə qadın sürəkli evdə otursa, daha yaxşı olar. Dinin böylə istəyi tarım kültür ortamında keçərli ola bilməz. Çünkü tarım həyatında qadın və kişi bir yerdə tarlalarda çalışmaq zorundadırlar. O zaman böylə bir soru ortaya çıxır: Fiqh hansı sosial modeli öz hökmlərinin şəkillənməsi üçün əsas almışdır. Fiqhin nəzərdə tutduğu toplum sürəkli savaş və cihad durumunda olan toplumdur. Bu toplum savaş ortamından barışa keçdiyi zaman tam bir orta çağ modeli ortaya qoymuşdur və hələ də bu şəkildə davam etməkdədir. Fiqh şəhər həyatında tacirlər sinifinin ehtiyaclarına diqqət edər. Tacirin pozisionu ideal bir müsəlman pozisionudur. Gəliri var, xums və zəkat verə bilir. Bu baxımdan din alimlərinin, yəni fəqihlərin maddi ehtiyaclarını tacirlər təmin edir. Tacirlər din alimlərinin iqtisadi allahlarıdır. Tacirlər bir sürü qadın alıb özlərinə və din alimlərinə hərəmsəra düzəldə bilirlər. Bu baxımdan İslam tarixində ticarət cinsi seksual fantaziyaları öz əxlaq anlayışında daşımışdır. Tacir qadını və ya qadınlarının çalışmağa ehtiyacları yoxdur. Tacir qadınının və ya qadınlarının iki önəmli vəzifəsi var: 1. Tacirin seksual fantaziyalarının gerçəkləşməsini sağlamalıdır. 2. Tacir üçün evlad doğrumalıdır. Bu yaşam ortamında bu qadınlar üçün qarınlarını dolduracaq sınırlı haqlar tanınmışdır. Bu sınırlı haqqı göz önündə bulunduraraq İslam ədalətindən yana iddialarda bulunulmaqdadır. Tacir adam şəriət çərçivəsində sonsuz seksual fantaziyalar qurma və yaşama haqqına sahibdir. İslam seks fantastikası genəldə müsəlman tacirin seksual fantaziyasıdır. O, yaxşı para qazanır və çoxlu qadınlarla seks yaşama haqqına sahibdir. Onun seksual fantaziyalarla yaşaması üçün fiqh elmi şəri təfsirlər, açıqlamalar qələmə almışdır. Müsəlman bir tacir, yalnız bu dünyada seksual fantaziyalarla yaşamaz. Xumsunu və zəkatına verib din alimlərini bəsləyən tacirlər üçün o dünyada da hurilər seksual fantaziyalar üçün bəkləməkdədirlər. Din alimləri tacirlərin, yalnız bu dünyada seksual azadlığına şəri zəmin sağlamazlar. O dünyadakı gözəllər də tacirlərin seks həyatı üçün yaradılmışdır. Müsəlman bir kişinin əxlaq anlayışı istədiyi qadını öz hərəmsərasına daxil etməyə izn verməkdədir. Yetər ki, bunun üçün iqtisadi olanaqları olsun və qadını bir əşya kimi alıb hərəmsərasının zinətli əşyası kimi qullansın. Hərəmsərada hər şey halaldır və məkruh iş yapılırsa, onu da küffarə ödəyərək (nəzir verərək) günahlarından arınmaq olar. Hərəmsəra halal və haramın sınırını bəlli edər. Hərəmsəranın içində olanlar halaldır, necə istəyirsə davrana bilər, oradakı qadınların fikrini sormağa da gərək yox.

http://azdemokrasi.files.wordpress.com/2011/03/images1.jpg?w=244&h=2885. Modern çağda hərəmsəralıq çətinliklərlə qarşılaşmışdır. Bəzən tacir müsəlmanlar hərəmsərasına bir əşya kimi artıra bilməyəcək qadınlara meyllənirlər. Çünkü modern çağ qadını dəyişdirmiş, qadına iqtisadi haqlar tanımış və cəsarət vermişdir. Bu üzdən də modern çağ müsəlmanların seksual fantastikalarını böhranə soxmuşdur. Tacir müsəlmanın filmlərdə gördüyü qadınlar ona təslim olmur. Müsəlman bir kişi modern qadının öhdəsindən gələ bilmir və bir müsəlman üçün bundan aşağılayıcı bir şey yoxdur. Müsəlmanın çağdaşlığa və modernitəyə nifrəti də burdan qaynaqlanır. Müsəlmanın iddia etdiyi “dini dəyərlərimizi batı ortadan qaldırır” sorun da budur. Çünkü ortadan qaldırılan onların seksual fantaziyalarıdır. İdial müsəlman kişi tipi sadism xəstəliyinə mübtəladır. Onun modernizm düşməni olması sadism xəstəliyindən qaynaqlanır. İslam şəhərləri qadınlar üçün güvənsiz şəhərlərdir. Dünyanın heç bir yerində Tehranda və Qahirdə olduğu qədər qadınlara barmaq edilmir, aşağılayıcı atmaca sözlər deyilmir. Qadın sürəkli savunma durumunda olmalıdır. Hicab və sadism fenomənlərini bir-birlərini yaşadan xəstəlik kimi görmək gərəkir. Hicab məsələsinin köklü çözümü müsəlman kişisinin tarixi bilincaltından sadism xəstəliyini çıxarmaq və müalicə etməklə mümkün olar.

6-Yeni Çağ insanların seksual fantaziyalarında da inqilab etmişdir. Özəlliklə İslam toplumlarında bu sahədəki dəyişimlər pərişanlıqlarla iç-içədir. İslam əxlaqı üzərinə yazılmış Məclisinin “Hilyət-ul Müttəqin” kimi fiqh kitabları gerçək bir müsəlmanın seksual fantazıyasının güzgüsüdür. Yeni çağ İslam alimlərinin təsvir etdiyi seksual fantaziyaları böhrana soxmuşdur. İranda İslam İnqilabı İslam sünnətində yayqın olan seksual fantaziyaları diriltmək istəmişdi. Ancaq modern çağ müsəlmanın seksual fantaziyasını pozduğundan dolayı müsəlman insan tipi pərişandır. Müsəlman insan zəiflik hiss edir. Tarixində və şüuraltında daşıdığı sadism siyasi davranışına yansıyır və ondan bir faşist insan oluşdurur. İran əhalisinin böyük bir qismi İslam İnqilabında öz seksual fantaziyalarını gerçəkləşəcəyini görürdülər. Onlar bu rejimin bir çox siyasi davranışları ilə razı olmasalar da, rejimin seksual politikasını dəstəkləyirdilər. Əhalinin çoxu rejimlə bu qonuda əməkdaşlıq etməsydi, rejim müvəffəq ola bilməzdi.

İran kişisinin problemi əski dini seksual fantaziyaları bərpa etməklə çözülmədi. Şəhvət topologiyası (şəhvət məkanı) əski sünnətlə bərpa edilmədi və qadınlar təslim olmadılar. İslam İnqilabı bu baxımdan məğlub oldu. İslami seks modern erotizmin yerinə keçə bilmədi. Bu üzdən də İslam toplumlarında böyük sosial psixoloji problemlər ortaya çıxdı. Bu problemlər müsəlmanların aqressiv və öldürücü davranışlarının qaynağına dönüşdü.

7. Kişi mərkəzli sadism İslam ölkələrində yeni bir xəstəlik deyildir. Bunun ifşa edilməsini sağlayan modern çağın gəlişmələridir. İslam əxlaq düzəninin böhrana girməsi ilə bir yerdə modern çağın insan haqları anlayışı İslam ölkələrindəki bu sosial xəstəliyi ifşa etmişdir. İslam tarixindəki komplekslər gözlər önünə sərilmişdir. Qadın mövzusu önəmli bir sorun olaraq İslam ölkələrində davam etməklə yanaşı, həm siyasi bir sorun halına gəlmişdir və qadınlar dinçi iqtidarlarla hesablaşmaq istəyirlər. Dünyada İslam əxlaqının aşağıalayıcı basqılarına görə deyil, sərbəstcə öz vicdanlarına sahib olaraq yaşamaq istəməkdədirlər. İranda iqtidarın strukturu ayrımcılıq əsasındadır. Bu ayrımcılıq fəqihləri daha üstün görməkdə. Müsəlman olmayanın haqqı yoxdur. Şiə sünnidən üstündür. Müsəlman ateistdən üstündür. Kişi qadından üstündür. Bu ayrımcılıq daha öncədən mövcud olan digər islami ayrımcılıqlarla birləşib bir orqanizasion oluşdurmuşlar. Bu ayrımcılığı ortadan qaldırmanın yolu sekularizasion və dinin siyasətdən ayrılmasıdır. Bəlkə siyasi bir dəyişim sonucunda iqtidar fəqihlərdən (mollalardan) başqalarına devr edə bilər, ancaq bu, dinin dövlət işlərindən uzaqlaşması anlamına gəlməz. Necə ki, bir çox islam ölkələrində iqtidar olanlar fəqihlər deyillər, ancaq dini iqtidar hakimdir. İslami ayrımcılıqların ortadan qaldırılmasının tək yolu İslamın siyasətin dışında qalması ilə mümkün ola bilər. Yalnız sekular bir düzəndə qadınlarla ilgili bütün islamı yasalar ləğv edilər bilər. Yalnız islami yasaların ortadan qaldırlması ilə eşitlikdən və insan haqlarından danışmaq mümkün ola bilər. Qadın-kişi bərabərliyi, ancaq sekular bir sistemdə mümkün ola bilər. İslam tarixi ən parlaq dönəmlərində bilə, qadını əşya və mülk kimi görmüşdür.

8. İslam üzərinə yeni açıqlamalarla İslamdakı ayrımcılığı ortadan qaldırmaq istəyən yeni düşünürlər də vardır. Bunların bu basqıcı tarix qarşısında müvəffəq olacaqları kəsin deyildir. İslamda reformdan yana olaraq bu sorunu çözmək istəyən aydınlar da günümüzdə bir şeylər yazmaqdadırlar. Onların dini mətnləri azadca təfsir edib açıqlamaları üçün İslam ölkələrindəki qorxunc senzura ortadan qaldırılmalıdır. Bu da dinin dövlət işlərindən tam olaraq uzaqlaşmasını icab edər. Dinin siyasətin dışında qalması ilə bu senzura ortadan qaldırıla bilər. Bu üzdən də dinin rasional anlaşılması üçün də sekularizasiona ehtiyac var. Bir insan həm mömin, həm də özgürlükçü ola bilər. Onun dünyanı necə anlayıb açıqlaması özünü ilgiləndirən bir qonudur. Həqiqət başqa mövzu və bir yerdə barışçıl yaşaya bilmək isə, tamam başqa mövzudur. Son 30 ildə İran toplumu dərindən dəyişmişdir. Dindar kəsimin içindən də dinə qarşı üsyan səsləri yüksəlməkdədir. Onlar bilə, qadına bərabər haq tanınmasından yanadırlar. Həm qadınlar, həm də kişilər dəyişmişlər. İnsan haqlarını bu şəriət tarixinə qarşı savunmaq üçün uyğun toplumsal zəmin oluşmuşdur.

9. Siyasi sekularizasion qadın sorunlarını çözmək üçün dönüm nöqtəsidir. Yeni sekular düzəndə atanın, ərin və oğlanın ailənin mərkəzində durması önlənməlidir. Bu üzdən qadın məsələsinin çözümü sosial təminatın bərqərar olması ilə mümkündür. Yəni çörək, iş və ev sorunları kimi. Bu sorunların çözümündə qadına bağımsız insan kimi baxmaq gərəkir. Bu bağımsız baxışı da siyasi və hüquqi sekularizasion sağlaya bilər. İnkişaf və ədalət, cinsi ayrımcılığı ortadan qaldırmanın təməl məsələsidir

qaynaq:

Yol