Öz dilində mədrəsə Olmalıdır hər kəsə!
Mədrəsələrin
açılışı, sivil itaətsizligin hər tərəfli
gənişləndirilməsi!
Təhsil ilinin
başlanışı Urmu gölünün təkli- dibli qurumasi kimi
böyük bir faciə ilə tuş olubdur.Geçmiş son ayda Azərbaycan
xalqi yerindən qalxıb və yaşam çevrəsinin qənimi
olan İslam cumhuriyətinin qarşısında
dayanıbdır. Xalqa düşmən kəsilmiş
bacarıqsız dövlət Urmu gölünün qurumasına(gec olmuşsa
da) bir çarə qılmaq yerinə xalqın canına düşüb və
Azərbaycan yaşam çevrəsi müdafiəçilərini tapdalayıb
əzməgə dəvam etməkdədir.
Türklərin yaşadıqları bölgələrdə,
mədrəsələr açılırkən, məcburi fars
dilində gedən təlimatın əleyhinə və Türk-Azərbaycanlı
kimligimiz(hüviyətimiz) uğrunda və Azərbaycan siyasi məhbuslarının
qeyid şərtsiz buraxılması üçün, sivil itaətsizlik
mübarizə şivəsi gənişləndirilməlidir.
Ana dilində təhsil
almaq, bütün insan həqləri müqavilələrinin
vurğuladığı təbii bir işdir. Ancaq 21-inci yüz
ilin başlanqıcında, uşaqların ana dilində təhsil
almasını rəsmi tanımamaqda, İran qara bir örnək
kimi gözə çarpmaqdadır.fars dili İranli uşaqların
çoxunluğunun, yani yüzdə altmış beşinin (65%)ana dili
deyildir
İranın
dövlət qurumları fars mehvərli fars şovonist siyasətlərindən
əlini üzməlidir.Fars olmayanların dillərini məhv etməgə
can atmağın, bir dilli bir millət yaratmaq üçün
çalışmağın aydın gələcəgi yoxdur! Bu
işlər fars milləti ilə qeyri fars millətlərin
arasında milli nefrəti körükləməkdən başqa bir nəticə verməz!
Azərbaycan
Federal- Demokrat Hərəkatı İranda yaşayan bütün millətlərin
azadixahlarını və demokratik təşkilatlarını-İranda
demokratinin qurulması yolundakı dügünü açmağa, İranda
yaşayan millətlərin milli huquq bərabərligi
uğrunda apardıqları mubarizədən himayət etməgə
çağırır. Bizcə Federalist, Demokratik və layik bir
İran cumhuriyəti qurulmadan, ölkədə subatdan söz olabilməyəcək!
Yeni təhsil
ilində, sivil itaətsizlik metodundan gəniş və hər
tərəfli istifadə etməklə, bu ili təhmili fars
dilində təhsil almanın ləğv edilməsi və Urmu gölünün ölməsinin
qabağını almaq üçün, və istimarçi hükümətin əleyhinə
savaş ilinə çevirək!
Azərbaycan Federal Demokrat Hərəkati