Azərbaycan Federal Demokrat Hərkatının

Azərbaycanın siyasi- əqidəti məhəbüslari ilə ilgili

 Bildirişi

 

Verilən xəbərlər əsasında bu ilin Dey ayının 11 -də Azərbaycan milli haqlarının müdafiəçilərindən 14 nəfərini, xanımlar və bəyəlr: Pinar Fərəczadə, Zəhra Fərczadə, Yürüş Məhərli Bəyglu, Lətif Həsəni, Aydın Xacei, Behbud Qulizadə, Bəhmən Nəsirzadə, Əlirza Abdullahi, Həsən Rəhiymi, Şəhram Radmehr, Nəim Əhəmədi, Mahmud Fəzəli, Şükrulla Qəhrəmanı, Əkbər Azad, , Yunis SüleymaniYaşar Kərimi Təbrizin inqilab məhəkəməsində mühakimə edəcəklər.

Bəyələrdən, Yuruş Mehərlibəylu və Lətif Həsni 1389-cu ilin ordibehişt ayından bügünədək infiradi selullarda saxlanılıb, ağır cismi və ruhi işkəncələrə məruz qalmışlar.

 

Bu ilin Dey ayının 11-də məhəkəmələri olan başqa xanımlar və bəyəlr neçə ay infiradi selullarda həbsdə qaldıqdan və ağır işkəncə gördükdən sonra ağır vəsiyqələr qarşısında geçici olaraq dustaqdan buraxılıblar.

 

Bu insanların gerçək suçları Türk kimliklərindən müdafiə etəmələri və Azərbaycan türklərinın milli haqalrı uğrunda mədəni və tamamilə musalimt ilə (dinc-barışcıl) mübarizə etəməlri dır!

 

Bu ehtimal vardır ki, Təbriz inqilab məhəkəməsi bu milli haqalrın müdafiəççilərini uzun həbslərə məhəkum etəsin. Unutmamalıyıq ki, İslam cümhürisinin zalim məhəkəməsi eyni ittihamlar üçün Səid Mətinpuru 8 il zindana məhkum etmişdir.

 

Milli kimliyi və milli haqları savunmaq insan haqlarının ayrılmaz parçalarındandır. Təhaqir və ayrıseçicilig ilə muxalifət etmək və onlara qarşı durmaq təhaqir olunmuş insanların təbii və doğal haqqıdır.

 

Doğru demokrat və azadlıq sevər insanlar və insan haqlarının uluslararası bəyaniyyəsinə inananlar əməldə məzəlumlardan və zülm altında olan insanların haqqından müdafiə etəməli, təhaqir və təbizlər əleyhinə mübarizə aparmalıdırlar.

 

Təsüflə əslində Fars dilli və Fars mərkəzli olan, üzdən iraq sərtasəri təşkilatlar, dərnəklər və medyalar milli bölgələrin çətinlikəlrinə və məslələrinə ətinasız qalmaqla bərabr bilərəkdən milli bölgələrdə geçən məsələləri sansor edirlər! Bu da milli bölgələrin quruluşları ilə Fars dılli quruluşların arasındakı əməkdaşlıq və təfahüm yaratmanı əngəlləyən ciddi amillərdən biri dir.

 

A.F.D.H. Bütün siyasi quruluşları və insan haqalrı qurumlarını Azərbaycan Türklərinin tutuxlanmalarına etiraz etəməyə çağırır.

 

A.F.D.H. xaricdə yaşayan Azərbaycanlı və qeyri Azərbaycanlı təşkilatlardan, dərnəklərdən və şəxəsiyətlərdən tələb edir ki, yaşadıqları yerlərin siyasi partiyalarına, quruluşlarına və insan haqları orqanlarına baş vurub və onları Yanvar ayının birində Təbrizin inqilab məhəkəməsində Azərbaycanın milli haqlrını müdafiə edənlərin mühakiməsindən xəbrdar etsinlər. Azərbaycanlı məhbusların dərhal ,qeydsiz və şərtsiz azadlığa buraxılması üçün, onlardan bütün imkanlari vasitəsilə İslam cümhurisinə basqı yapmalarını istəsinlər.

 

A.F.D.H. Öz növəbəsində bütün imkanlarından və uluslararası rabitələrindən istıfadə edərək çeşitli partiyalara, əmnesti internəşnala və urupa parlimanına müraciə edib və onları yanvar ayının birində 14 nəfər Azərbaycanlı Türkün təbəriz inqilab məhəkəməsində mühakimə olunmasından xəbrdar edibdir və onlardan istəmişdir, Azərbaycan siyasi məhəbuslarının qeydsiz, şərtsiz və dərhal azad edilməsi üçün,özləri bəyəndikəlri kimi İslam cümhurisinə fışar gətirsinlər

 

Azərbaycan Federal Demkrat Hərəkatının İcraiyyə Heyəti

2010-desambr ayı