Azərbaycan Federal Demokrat Hərəkatının Dünya Qadınlar Günü münasibətiylə Bildirişi

 

Bu il 8 mart günü, qadınların öz müqəddəratına sahib olmaq, ictimai və siyasi həyatda aktiv yer almaq və kişilər ilə eşit haqlara sahib olmaq üçün başlatdıqları mücadilə 100 ildən artiq sürür.

 8 mart, dünya qadınlar günü qutlamalarında, bu mücadiləni başladan, onu dəvam etdiren, qadınlara eemal olunan eşitsizliyə (bərabərsizliyə) , haqsızlığa və zülmə qarşı mübarizə edənlər anılırlar. Ayrıca, sürətle dəyişən dünyada yəni gəlişən iqtisadi, ictimai və siyasi durumda, yəni haqlar əldə etmək üçün mücadilə gedir.

1857 ci ildə qadınlar New York'da  aşağı ücrətlərə, uzun çalışma saatlarina, ğeyri insani şəraitdə çalışmağa etiraz edərək qadın haqları savaşını başladılar.

İlk olaraq Kopenhag‘da 27 agust 1910'da düzənlənən Qadın Sosyalist Enternasyonal toplantısında Almanli sosyalist, Clara Zetkin 'qadın gününün‘ tanıtılması ve qutlanmasına dayir verdiyi teklif toplantıdakılar tərəfinden qəbul edildi. Kopenhag toplantısından  sonra ilk dəfə 19 Mars 1911'də Avusturya, Danimarka, Almanya ve İsviçrə'də bir milyondan yuxarı qadın və kişi fərqli yollarla 'qadın günü'nü qutladılar. Birləşmiş Millətlər Təşkilatı, 1975'ilini 'Dünya Qadınlar ili' eelan etdi ve 16 Desambr 1977'də 8 Mart'ın, bütün qadınlar üçün 'Dünya Qadınlar Günü' olaraq qutlanmasına qərar verildi. Bu düşüncənin təməl daşı və ilk amaci qadınların öz müqəddəratını təyin etmə həqqinə sahib olmalarıdır.

Modern ve demokratik toplumların ilk şərti o toplumlardakı qadınların öz qədərlərini təyin etmə həqqinə sahib olmaq, yanı aktiv olaraq ictimai, mədəni və siyasi yaşamda yer almaları və söz sahibi olmalarıdır.

İctimai, iqtisadi ve siyasi baxımdan geri qalmışlığın önəmli bir nədəni qadınların bu sahələrde aktiv olmamalarıdır. Hər insani toplum qadın ve kişidən təşkil olur. Bunların yarısının fəal ve digər yarısının qeyri fəal bıraxılmaları o toplumun fələc və xəstə bir durumda olduğunu göstərir.Əyər bir toplumda yalnız bir cinsiyet gəlişmə və çağa uygun hərəkət edib və digər cinsiyət bunlardan məhrumsa o toplum getdikcə geriyə doğru ilərliyəcəkdir.Bunun ən canlı misali İran toplumudur.

İranda  cinsi apartayd və qadınların təhqir edilməsi İran İslam Cumhuriyətinin dünya görüşünün təməlidir və bu əsasde İran İslam Cumhuriyətinin anayasası açıqcasına cinsi apartayda rəsmiyət və qanuniyət vəribdir. Toplumun bütün sahələrində qadınlar ikinci dərəcəli vətəndaş hesab olurlar.Özəlliklə İslam Cumhuriyətinin mədəni və qəzayi qanunlarında qadınlar böyük ölçüdə həqsizliklərə məruz qalmışlar. Bununla birlikdə  Azərbaycan Türk qadınları milli kimliklərinə görə iki qat daha çox zülmə və sitəmə məruz qalıb toplumda dördüncü dərəcəli vətəndaş hesab olurlar və bu da qadınların siyasi, ictimai və iqtisadi durumunu böyük dərəcədə etkilir. Misal olaraq öz anadillerinde tehsil almamalarinin neticesinde  Azərbaycan Türk qadınlarının icinde savadsizliq derecesi cox yüksekdir. Bu esasda qadınlar  ekonomik və ictimai baxımdan cübran olunmaz çətinliklərə məruz qalmışlar.

İranda  geri qalmış bir toplumdan və teokratik bir dövlət yapısından yanı İslam Cumhurisindən, qadın kişi eşitliyinin qəbul edildiyi modern bir topluma geçiş ancaq bir çox devrimlə mümkün olabilir. Bu devrimləri ilk önce öz dünya görüşümüzdə və qadınlara nisbət olan inanclarımızda yaratmalıyıq. Qadının toplumdaki yerinin önəmi bir ölkenin ilerlemesi üçün başlıca şərt olduğunu unutmamalıyık.

İran toplumunda qadın əleyhine rayic olan ənənələr, gələnəklər, ev və mədrəsə təlim tərbiyə sistemine hakim olan geri qalmış düşüncələr dəvam edənə dək bu toplumun modern və gelişmiş toplumlar sırasında yer alması mümkün deyildir. Bu yazılı və şəfahi düşüncələri ortadan qaldırmanın tək yolu hakim sistemi və bu düşüncələrin və inancların  varlığını təsbit edən anayasanı təmamən ortadan qaldırmaqdır.

Toplumun bütün sahələrinə kök salmış bu geri qalmış zehniyətlə mücadilə etmək, qadınlarla kişilərin eşit həqlərə sahib olmalarının toplumun içində mənimsənməsi və yerini alması modern bir mədəniyyətin əsasıdır. İnsani həqlərimizə gəlişmiş və mədəni ölkələrin seviyəsinə yetişməmiz ancaq qadınlarımızın toplumun ictimai, iqtisadi və siyasi sahələrində qatılımcı olmalarıyla mümkün olabilir. Unutmayaq ki, demokrasinin önündəki ən böyük əngəl qadınların siyasətdən uzaq olmalarıdır.

Azerbaycan Federal Demokrat Herekati buna inanır ki, yalnız insan haqlarına dayanan sekular, modern və mədəni qanunlarla qadınlarımız və beləliklə də toplumumuz şəriət əsarətindən və zəncirindən qurtarıla bilir.

Azərbaycan Federal Demokrat Hərəkatı :

-Qadınların öz müqəddəratına sahib olma həqqi qadınlarin tebii ve qanuni heqqidir,

-Cumhuri İslamide qadınların əleyhinə olan bütün qanunlar qaldirilmalidir ve elece de yazilmamiş ve geri qalmiş enenelerle mübarize aparilmalidir.,

- Qadın-kişi bərabərliyini toplumun bütün sahələrində qanuniləşdirməyi,

- Azərbaycan Türk qadınlarının öz müstəqil təşkilatlarını qurmaq zəruriyyətini,

-Qadın sivil toplum quruluşlarının qurulmasını,

-Azərbaycan Türk qadınlarının toplumun bütün sahələrində aktiv və qərar verici bir şəkildə qatılmaları gerksinimini,

- Azərbaycan Türk qadınlarının öz milli kimliklərini qoruyaraq yurd içi və yurd dışı təşkilatlarla iş birliyi etmələrini,

-Azerbaycan Türk qadınlarinin indiki durumuna son qoymaq ücün bizim qadınlarımız yaşadiqları bölgelerde öz müsteqil qadın teskilatları varsa onları güclendirmeli, eyer müsteqil teskilatları yoxsa vaxti itirmeden onların teskilinde çaba göstərməlidirlər.

Öz ilkələri olaraq mənimsəyib və bu həqləri qazanmaq üçün mübarizə etməyi, hər aydın, modern, layik, milli və demokrat Azərbaycanlının görəvi sayır.

Azərbaycan Federal Demokrat Hərəkatının İcraiyə Heyəti

04.03.2011