Azərbaycan Federal Demokrat Hərəkatının Bir May Münasibətiylə Bildirişi

İşçi sinfinə salam !

Azərbaycan işçi sinfi və zəhmət adamları parlaq mübarizə ənənələrinə sahibdirlər . İranın ilk sindikaları və işçi ittihadiələri Azərbaycan Türk işçilərinin çalışmalarıyla qurulmuşdur. Buna görə də Türk işçiləri , Pəhləvilərin dövründə və habelə İslam Cümhüriyyətinin qara illərində ən çox zülmə , əziyətə və basqıya məruz qalmışlar.

İşçilər , əməkçilər və bütün əmək payı ilə yaşayanlar təşkılatlanmasalar ictimai siyasi hadisələrə təsir qoya bilməzlər və öz sinfi istəklərinə də çata bilməzlər. Buna görə də İslam Cümhüriyyəti hər cür azad və müstəqil işçi təşkilatının qurulmasından vəhştə düşür . İşçilər və zəhmət adamları son 30 ildə İslam Hükümətinin işçilərə qarşi düşmənliyini bütün varlıqları ilə his etmişlər .

Azərbaycanli işçilər və zəhmət adamları , Azərbaycanın hansi bölgəsində yaşadıqlarına baxmayaraq və çalışdıqları iqtisadi sahədən asılı olmayaraq ilk addımda mövcud sindikaları və ittihadiyələri gücləndirəmyə və təsbit etmyə çalışmalıdırlar . İşçi sindikasının olmadığı karxanalarda və iş yerlərində onları qurmalıdırlar və eyn şəkildə fərqli sahələrdə çalışan işçilər qollarını çırmayıb və öz sinfi təşkılatlarını yaratmalıdırlar .

Bəlli dir ki , əmniyyət orqanlarının kontrolu altında işçi ittihadiyələrini qurmaq rahat deyil . Əlbtə itthadiyələrin qurulmasının iməkanı olmadığı poliysi şərayitdə sinfi istəklərinin dalını tutmaq üçün işçilərin gizli mərkəzlərini qurmaq lazımdır . Azərbaycanın işsiz işçilərı öz təşkilatlarını qurmağa çalışmalıdırlar .

Azərbaycanlı Türk işçiləri Tehranda və Azərbaycan mərzlərinin xaricindəki işçi sindikalarında öz fraksionlarını yaratmalıdırlar . İtthadiyəsi olmayan karxanalarda və iş yerlərində ittihadiyələrin qurulmasında və işçiləri birlşdirəməkdə aktiv olmalıdırlar .

Azərbaycanlı Türk işçisi öz Milli Höviyyətini üzə çəkməklə , vətəndaşlıq və milli hüququnu müdafiə etməklə , ayrıseçkilik və xorbaxmaqla ( təhqir və təbiiz ) mübarizə də öz damqasını basmalıdır .

İşçi sinfinin son yarım əsirdəkəi hərəkati çox dəyərli təcrübələr qazanmışdır və bu təcrübələrdən dərs alınmalıdır . İşçilərin təcrübəli kadrları , çalışqanları və sindikaiçılar işçi ittihadiyələrinin sinfi məsləhətlərinin və mənfəətlərinin cəhtində olmalarına çalışmalı və lazım olmayan yerdə siyasi məselələrə qarışmaqdan uzaq durmalıdırlar.

Azərbaycan Milli Hərəkətinin kadrları , fəalları , məhfilləri və təşkilatları işçilərin məsələlərinə və çətinliklərinə tücə edib və işçi hərəkətlərində və onların sinfi mütalibələrini qazanmaq üçün apardıqları mübarizədə onların yanında durmalıdırlar . Azərbaycan Milli Hərəkəti işçilərın və zəhmət adamlarının etimadını qazanmalıdır və bu da ancaq işçilərın mübarizələrində əməldə şirkt etmək və onları dəstkləməklə müməkün olabılır .

Unutmamalıyıq ki, Azərbaycan Milli Demokratik Hərəkəti tək məzmunlu bir hərəkət deyil və belə də olmamalıdır . Azərbaycan Milli Hərəkəti , bütün millətin adına danışmaq və geniş bir kütləni bəsic etmək istəyirsə , ki belə də istəyir , Qadınların məsələlərinə və onların istəklərinə ciddi şəkildə təvəcceh etməlidir və onların yanında dayanmalıdır . Qadınların azadlığı yolunda İslam Cümhuriyyətinin qadınların əleyhinə tətbiq etdiyi geri qalmış və irtıcai qanunlar ilə mübarizə etməlidir .

Eyn şəkildə işçilərın və zəhmət adamlarının gündəlik istəklərini müdafiə etmək , İctimai Ədaləti , Yaşam Çevrəsini və İnsan Haqlarını qorumaq Azərbaycan Milli Hərəkətinin vəzifələrindən dir .

Azərbaycan Federal Demokrat Hərəkatının İcraiyə Heyəti

27 aprıl 2011