آذربايجان فدرال دموکرات حرکاتی‌نين ايجراييه هئياتی

خورداد آيی‌نين ميلی قيامی‌نين بيرينجی ايلدؤنومونه عشق اولسون!

 

بيلدير بو گونلرده کيمسه بؤيوک ميلی خورداد قيامی‌نين نئچه گون ايچينده باش توتاجاغينی چتينليکله گؤزلری اؤنونده جانلانديرا بيلردی.  آذربايجان خلقی‌نين و ايران تورکلرينين شانلی ميلی کيمليک قياميندان بير ايل کئچدی. ميلی شوعورون يوکسلمه‌سی، تورکلرين  بير ميلت اولاراق اؤز گوجونو گؤرمه‌سی کيمی نائيليتلر گؤرکملی قيامين گئری قاييتماز  نتيجه‌لريندندير. ميلتيميزين قيامی، موختليف سويه‌لرده و بيچيملرده ال بيرليگين و تشکيلاتلانمانين ضرورتينی گينه‌ده ثابيت ائتدی.

 

١٣٨۵-جی ايلين خورداد آييندا، اينقيلابلار بئشيگی قوجامان تبريزين دؤزومو پارتلادی، ميلی عوصيان بايراغينی قالديردی. آذربايجان خلقی و عوموميتله ايران تورکلری يئريندن قوپدو و يوزمينلرجه اينسان ميلی ظولمه و تحقيره، حقسيزليگه و شوونيست رئژيمه قارشی، بير ميلت اولارق مئيدان اوخودو!

 

خورداد قيامی گونلرينده‌کی «هارای، هارای من تورکم!» باغيرتيسی چوخلارينين يوخوسونو پوزدو، رئژيم باشچيلارينين جانينی اؤلوم تری چولقادی!

 

ايران ايسلام جومهوريتی ميلی جهتدن، آيدين آشکار بوتون وارليغی ايله فارس شوونيزمی‌نين منافعينی قورويور. اونلار نيتلرينی گيزلتمه‌دن ايراندا و دونيادا وار گوجلريله بئله بير ياراماز شوونيست سيستمينی  ساخلاماق اوچون، اللريندن گلنی اسيرگه‌مه‌ييرلر. رئژيم، چوخ ميلتلی ايران اؤلکه‌سينده ياشايان مظلوم ميلتلرين ميلی غنيمی و قانليسيدير.

 

 ميلتيميزين حقلی موباريزه‌سينه تؤوطيه آدی قويوماق، اونو ازيب، تاپداييب، بوغونتويا سالماق و غئير قانونو آدلانديرماق کيمی پاس باسميش شيوه‌لر داها کسردن دوشوبدو. رئژيم اؤزو هاميدان ياخشی بيلير کی، دؤنرگه دونوب و حقينی باشادوشن و گوجونو بيلن بير خلقی هده- قورخو ايله سوسدورماق اولماز.  طبيعی حقلرينی ايسته‌ين بير ميلتين سسينی عؤمور-ايتيم باتيرماق، اولاسی بير ايش دئييل!

 

ميلی دموکراتيک حرکات ايران تورکلرينين و آذربايجانليلارين ايچريسينده دريندن کؤک ساليبدير. بونون شاهيدی تاريخيميزدير. اونون گئنيشلنمه‌سی‌نين قاباغينی آلماق اولماز. ١٣٨۵-جی ايلين خورداد قيامی گينه ده ثابيت ائتدی کی،  رئژيمين قوردوغو قورقولار ايسته‌نيلن نتيجه‌يه چاتماييبدير و ميلته گؤردوکلری يوخولار ايسته‌ديکلری کيمی يوزولماياجاقدير!

 

عزيز وطنداشلار!

تورکون و آذبايجانلی‌نين مساله‌سی و ايستگی، ميلی مساله‌نين يئرلی – ديبلی، کؤکوندن حل اولونما‌سيدير! ميلی ظولمون محو ائديلمه‌سيدير! بو دا اصلينده سياسی بير مساله‌دير. بونون حلی اوچون ميلتين اؤز حاکيميتی اولماسی گرکدير. اينديليکده ايران ايسلام جومهوريتی بونون قارشيسينی آلان ان بؤيوک مانعه‌دير.

 

ميلی ظولمو محو ائتمک اوچون، آذربايجاندا و عوموميتله تورکلرين ياشاديقلاری بؤلگه‌لرده حؤکم سورن ايقتيصادی گئريده ساخلامالاری دايانديرماق اوچون، ايراندا ياشايان بوتون ميلتلرين اينکيشاف ائتمه‌سينه برابر ايمکانلار و فورصتلر ياراتماق اوچون، جينسی آپارتايدی و قادينلارين تاپدالانماسينی آرادان آپارماق اوچون، زحمت آداملارينين و يوخسول صينيفلرين حقينده ائديلن عدالتسيزليکلره سون قويماق اوچون ال بيرليک گرکدير! بونون اوچون آذربايجان ميلی دموکراتيک حرکاتی، آذربايجانين فمينيستی قادين حرکاتی ايله، آذربايجانين کارگرلرله زحمت آداملارينين حرکاتی ايله سارسيلماز ال بيرليگی و ايش بيرليگی آپارماليدير!

 

موختليف ايجتيماعی و کولتورل صينيفلرين، قيشرلرين و درنکلرين تشکيلاتلانماسينا جيديتله يارديم ائتمک، آذربايجان ميلی دموکراتيک کادرلارينين تاخيره سالينماز تعجيلی وظيفه‌سيدير.

 

ميلی حرکاتين ان اهميتلی حداقل ايستکلرينی، بوگون بئله سيرالاماق اولار:

 

- آنا ياسانين (قانون اساسی) دييشديريلمه‌سی، ايرانين چوخ ميلتلی بير اؤلکه اولماسی‌نين رسمی تانينماسی، دموکراتيک، لائيک و فدرال جومهوريتين قورولماسی

 

- تورک ديلی‌نين رسمی تانينماسی و تحصيلاتين بوتون مرحله‌لرينده اونون تطبيق ائديلمه‌سی،

 

- تورک ديلينده سرتاسری تلويزيونون تاسيس ائديلمه‌سی،

 

- بوتون سياسی محبوسلارين آزاد ائديلمه‌سی، خوراد قيامی‌نين سياسی و ميلی – ايجتيماعی نوماييشچيلرينين اؤلدورولمه‌سی، تاپدالانماسی و ازيلمه‌سی اوچون مسوليت داشييانلارين جزالانديريلماسی،

 

- نيطق و يازی آزادليغی، بوتون سياسی، کولتورل و صينفی درنکلرين و حيزبلرين آچيقجا فعاليت ائتمه‌لرينين و دمونستراسيون آپارماسی‌نين آزادليغی،

 

- آذربايجانين و تورکلرين ساکين اولدوغو بؤلگه‌لرين ايقتيصادياتی، پهلويلر دؤورونده و خوصوصن ايسلام جومهوريتینده اعمال اولونان ميلی ظولم و آيری سئچيجيليک سياستی نتيجه‌سينده سرمايالارين کؤچورولمه‌سينه و ماهير امک گوجونون گئنيش موهاجيرتينه معروض قالميشدير. بو غئيری طبيعی گئديش دايانديريلمالی و تئزليکله اطرافلی ايجتيماعی- ايقتيصادی گئريليگين قاباغی آلينماليدير!

 

تهراندا يئرلشن ايسلامی شورا مجليسی تکجه فارس شوونيزمی‌نين اينحيصارچی منافعينی تمثيل ائدير. آذربايجان خلقی‌نين و ايران تورکلرينين ايستکلرينی يئرينه يئتيرمگه گؤره، ميلی ظولمو و آيری سئچيجيليگی محو ائتمک اوچون، يوخاريدا سيرالانان سياستلری حياتا کئچيرمک اوچون، سياسی بير قوروم- قورولوش گرکدير، يالنيز آذربايجانين يئرلی ميلی پارليمانی بئله بير سياستی ايرلی آپاران قوروم اولا بيلر!

 

آذربايجان فدرال دموکرات حرکاتی‌نين ايجراييه هئياتی – ١٣٨٦جی ايلين اورديبهيشت آيی

 

 

Azərbaycan Federal Demokrat Hərəkatının İcraiyyə Heyəti

Xurdad ayınin Milli Qiyamının Birinci İldönümünə Eşq Olsün!

 

Bildir bu günlərdə kimsə böyük Milli Xurdad Qiyamının neçə gün içində baş tutacağını çətinliklə gözləri önündə canlandıra bilərdi.  Azərbaycan xalqınin və İran Türklərinin şanlı milli kimlik qiyamından bir il keçdi. Milli şüurun yüksəlməsi, Türklərin  bir millət olaraq öz gucünü görməsi kimi nailiyyətlər görkəmli qiyamın geri qayıtmaz  nəticələrindəndir. Millətimizin qiyamı, muxtləlif səviyyələrdə və biçimlərdə əl birliyin və təşkilatlanmanın zərurətini yenədə sabit etdi.

 

1385-ci ilin xurdad ayinda, inqilablar beşiyi qocaman Təbrizin dözümü partladı, milli üsyan bayrağını qaldırdı. Azərbaycan xalqı və ümumiyyətlə İran Türkləri yerindən qopdu və yüzminlərcə insan milli zulmə və təhqirə, həqsizliyə və şovonist rejimə qarşı, bir millət olarq meydan oxudu!

 

Xurdad qiyamı gunlərindəki «Haray, haray mən Türkəm!» bağırtısı çoxlarının yuxusunu pozdu, rejim başçılarının canini ölüm təri çulqadı!

 

İran islam cümhuriyyəti milli cəhətdən, aydın aşkar bütün varlığı ilə Fars şovonızmının mənafeini qoruyur. Onlar niyyətlərini gizlətmədən iranda və dunıyada var güclərilə belə bir yaramaz şovonist sistemini  saxlamaq üçün, əllərindən gələni əsirgəməyirlər. Rejim, çoxmillətli İran ölkəsində yaşayan məzlum millətlərin milli qənimi və qanlısıdır.

 

 Millətimizin həqli mübarizəsinə tövtiə adı qoymaq, onu əzib, tapdayıb, boğuntuya salmaq və qeir- qanuni adlandırmaq kimi pas basmış şiyvələr daha kəsərdən düşübdü. Rejim özü hamıdan yaxşı bilir ki, dönərgə dönüb və həqqini başadüşən və gücünü bilən bir xalqı hədə- qorxu ilə susdurmaq olmaz.  Təbi’i həqlərini istəyən bir millətin səsini ömür-itim batırmaq, olası bir iş deyil!

 

Milli dəmokratik hərəkat İran Türklərinin və Azərbaycanlıların içərisində dərindən kök salıbdır. Bunun şahidi tariximizdir. Onun genişlənməsinin qabağını almaq olmaz. 1385-ci ilin Xurdad qiyamı yenə də sabit etdi ki,  rejimin qurduğu qurqular istənilən nəticəyə çatmayıbdır və millətə gördükləri yuxular istədikləri kimi yüzülmayacaqdır!

 

Əziz vətəndaşlar!

Türkün və Azərbaycanlının məsaləsi və istəyi, milli məsalənin yerli – dibli, kökündən həll olünmasıdır! Milli zülmün məhv edilməsidir! Bu da əslində siyasi bir məsələdir. Bunun həlli üçün millətin öz hakimiyyəti olması gərəkdir. İndilikdə İran islam cumhuriyyəti bunun qarşısını alan ən böyük maneədir.

 

Milli zülmü məhv etmək üçün, Azərbaycanda və ümumiyyətlə Türklərin yaşadıqları bölgələrdə hökm sürən iqtisadi geridə saxlamaları dayandırmaq üçün, iranda yaşayan bütün millətlərin inkişaf etməsinə bərabər imkanlar və firsətlər yaratmaq üçün, cinsi apartaydi və qadınların tapdalanmasını aradan aparmaq üçün, zəhmət adamlarının və yoxsul siniflərin həqqində edilən ədalətsizliklərə son qoymaq üçün əl birlik gərəkdir! Bunun üçün Azərbaycan milli dəmokratik hərəkatı, Azərbaycanın feminist qadın hərəkatı ilə, Azərbaycanın kargərlərlə zəhmət adamlarının hərəkatı ilə sarsılmaz əlbirliyi və iş birliyi aparəmalıdır!

 

Müxtlif ictimai və kültürel siniflərin, qişirlərin və dərnəklərin təşkilatlanmasına ciddiyyətlə yardım etmək, Azərbaycan milli dəmokratik kadrlarının təxirə salınmaz təəciyli vəzifəsidir.

 

Milli Hərəkatın ən əhəmiyətli həddəqəl istəklərini, bugun belə sıralamaq olar:

 

- Ana yasanın (qanun əsası) dəyişdirilməsi, iranın çox millətli bir ölkə oləmasının rəsmi tanınması, Demokratik, Laik və Federal cümhuriyyətin qurulması,

 

- Türk dilinin rəsmi tanınması və təhsilatın bütün mərhələlərində onun tətbiq edilməsi,

 

- Türk dilində sərtasrı televzionun təsis edilməsi,

 

- Bütünn siyasi məhbusların azad edilməsi, Xurad qiyamının siyasi və milli – ictimai nümayişçilərinin öldürülməsi, tapdalanması və əzilməsi üçün məsüliyyət daşıyanların cəzalandırılması,

 

- Nitq və yazı azadlığı, bütün siyasi, kültürel və sinfi dərnəklərin və hizblərin açıqca fəaliyyət etmələrinin və dəmonstrasion aparmasının azadlığı,

 

- Azərbaycanın və Türklərin sakin olduğu bölgələrin iqtisadiyyatı, Pəhləvilər dövründə və xususən İslam Cümhuriyyətində e’mal olünan milli zülm və ayri seçicilik siyasəti nəticəsində sərmayaların köçürülməsinə və mahir əmək gucünün geniş mühacirətinə məəruz qalmışdır. Bu qeyri təbii gediş dayandırılmalı və tezliklə ətraflı ictimai- iqtisadi geriliyin qabağı alınəmalıdır!

 

Tehranda yerləşən İslamı Şora Məclisi təkcə Fars şovonızminin inhisarçı mənafeini təmsil edir. Azərbaycan Xalqının və İran Türklərinin istəklərini yerinə yetirməyə görə, milli zülmü və ayri seçiciliyi məhv etmək üçün, yuxarıda sıralanan siyasətləri həyata keçirmək üçün, siyasi bir qurum- quruluş gərəkdir, yalnız Azərbaycanın Yerli Milli Parlmani belə bir siyasəti irəli aparan qurum ola bilər!

 

Azərbaycan Federal demokrat hərəkatının icraıyə heyatı – 1386 ci ilin ordibehişt ayı