http://sphotos.ak.fbcdn.net/hphotos-ak-snc4/hs638.snc4/59841_119457288109869_100001367948168_125873_5905784_n.jpg

وطن بالاسی، شرف سیمگسی حسن روشدییه
vətən balasi , şərəf simgəsi  Həsən Rüşdiyyə


Tam adı Hacı Mirzə Həsən Rüşdiyyə
Doğum tarixi 5 iyul, 1851
Doğum yeri Təbriz, güney azərbaycan
Ölüm tarixi 10 dekabr, 1944
Ölüm yeri Qum, İran

تبريزده روحاني عائيله سينده دونيايا گلن روشدييه ديني تحصيليني ياريمچيق بوراخاراق موعليم اولماق قرارينا گلير و 1880-جي ايلده بئيروتدا دارولمولليمينه داخيل اولور. 1883-جو ايلده ايروانا گئده رک اورادا يئرلي موسلمانلار اوچون موعاصير تيپلي دونيوي مکتب آچير. بورادا " وطن ديلي " آدلي تورکو(آزربایجان تورکجسی) ديليدن يئني درسليگي قلمه آلير. درسليک سونرالار قافقازين بير نئچه روس-موسلمان مکتبلرينده ده ايشلنميشدي. بير مودت سونرا روشدييه يئنيدن تبريزه قاييدير و بورادا " مدرسئ-اي روشديييه " آدلي ايراندا ايلک موعاصير تحصيل موسيسسيني تاسيس ائدير. لاکين روشدييه نين تعليم مئتودلاري نين ايسلامي پرينسيپلره اويغون گلمه ديگيني ايديعا ائدن موللالار مکتبي داغيتماق امريني وئريرلر. 1893-ده مکتبي شهرين شئشگيلان محلله سينه کؤچورور و آديني موظفر اد-دين شاهين شرفينه " روشدييئ-اي موظفريييه " قويور. همين مکتبده درسلر تورک ديلينده کئچيريليردي. لاکين يئنه ده نارازي قالان موللالار روشديييه دن ال چکمه ييب اونو اؤلدورمه يه، مکتبلريني ايسه دارماداغين ائتمه يه چاليشيرديلار و اونا قارشي فتوا وئريرلر. روشديييه تبريزي ترک ائديب تئهرانا کؤچمه يه مجبور اولور. بورادا حؤکومتين کؤمگي ايله هم پايتاختدا، هم ده ايري شهرلرده اوغلان و قيزلار اوچون روشديييه مکته لريني آچماغا باشلايير. همچنين مقاله و اوشاقلار اوچون شئيرلر يازير. 1944-جو ايلده 97 ياشيندا قومدا وفات ائدير.


Təbrizdə ruhani ailəsində dünyaya gələn Rüşdiyyə dini təhsilini yarımçıq buraxaraq müəllim olmaq qərarına gəlir və 1880-ci ildə Beyrutdadarülmüəlliminə daxil olur. 1883-cü ildə İrəvana gedərək orada yerli müsəlmanlar üçün müasir tipli dünyəvi məktəb açır. Burada "Vətən dili" adlı Azərbaycan turkcesinden yeni dərsliyi qələmə alır. Dərslik sonralar Qafqazın bir neçə rus-müsəlman məktəblərində də işlənmişdi. Bir müddət sonra Rüşdiyyə yenidən Təbrizə qayıdır və burada "Mədrəse-i Rüşdiyyə" adlı İranda ilk müasir təhsil müəssisəsini təsis edir. Lakin Rüşdiyyənin təlim metodlarının islami prinsiplərə uyğun gəlmədiyini iddia edən mollalar məktəbi dağıtmaq əmrini verirlər. 1893-də məktəbi şəhərin Şeşgilan məhəlləsinə köçürür və adını Müzəffər əd-Din şahın şərəfinə "Rüşdiyye-i Müzəffəriyyə" qoyur. Həmin məktəbdə dərslər Azərbaycan dilində keçirilirdi. Lakin yenə də narazı qalan mollalar Rüşdiyyədən əl çəkməyib onu öldürməyə, məktəblərini isə darmadağın etməyə çalışırdılar və ona qarşı fətva verirlər. Rüşdiyyə Təbrizi tərk edib Tehrana köçməyə məcbur olur. Burada hökümətin köməyi ilə həm paytaxtda, həm də iri şəhərlərdə oğlan və qızlar üçün Rüşdiyyə məktələrini açmağa başlayır. Həmçinin məqalə və uşaqlar üçün şeirlər yazır. 1944-cü ildə 97 yaşında Qumda vəfat edir.