M.Ə. Fərzanə
Azərbaycan Türkcəsinin dilbilgisi
Dil, dünya dilləri, Azərbaycan Türkcəsi...
Bir neçə söz
Bu gün, iranda toplum ya
dağınıq halda yaşayan və ana dilimizdə
qonuşan Türk soylu kütlələr və habelə ölkədən
qıraqda ( yaxında ya uzaqda ) ömür sürən Azərbaycanlılar
arasında gündən günə yaranan milli – fərhəngi
oyanışda ana dilimiz ən yükəsk yer tutmaqdadır. Milli
– mədəni varlığımızın canlı güzgüsü
olan dilimizi öyərnmək və öyərtmək bir ciddi və
gecişdirilməz milli – fərhəngi vəzifəyə
çevrilmişdir. Elə buna görə də, bu gün hər zaman fürsət
tapınca, dilimizə qayıtmağı, onu hərtərfli
öyərnəməyi, düzgün danışmağı,
yazmağı və oxumağı, bir milli – mədəni təkəlif
sanmalı və yorulmadan bu işi davam etdirməlyik!
Dünyanın bu günkü durumunda hər
bir xəlqin diri, o xəlqin milli – mədəni
varlığının vəsiqəsi sayılır və belə
bir həqiqət özünü açıq – aydın göstərməkədədir
ki, bir millətin və kütlənin dili, mədəniyyəti
yoxdursa, o millətin və kütlənin özü də yoxdur.
Bu əsasda da dilimizi tanımaq və
tanıtdırmaq hər bir xəlqini və yurdunu sevən, tərix
və milli varlığına inanan və güvənən insan
üçün ən ciddi və unundulmaz vəzifə sayılır. Bu dərslikdə
aydınlaşdırılan dil məsalələri bu günə
qədər «Goteborg» da təşəkil tapmış Azərbaycan
dili kurslarının yazyıa alınmış mətnidir.
Biz ümid edirik bunların mənimsəməsi ana dilimizi elmi surətdə
öyrənib, öyrədənlərə faydalı olsun.
Dil nə deməkdir?
Dil ümumi – ictimai yaşayışda
insanların arasında başlıca anlaşma vasitəsidir.
Söz yox ki, insanlar öz istəklərini bildirməkdə ayrı –
ayrı vasitələrdən məsla bədən üzvlərindən
əl, qol, baş, qaş, gözlə də istək və məqsədlərini
ayrılarına çatdıra bilrlər. Ya misal olaraq, mors əlifbası
ya sürücülük (trafik) əlamətləri ilə istəklərini
andıra bilrlər.
Lakin insanların arasında
düşüncə, duyğu, istək və hər cür ayrı –
ayrı məqsədləri anlatmaqda dil əsas amil
sayılır.
Bununla yanaşı, dil və
düşüncə idrak baxımından cəmiyyətin və xəlqin
maddi – məənəvi dünyasının tarixi – mədəni
aynası və qoruyub saxlayanıdır.
İnsanlar öz aralarında
anlaşmanı iki yol ilə, dili danışma və ikincisi
yazışma yolu ilə saxlayırlar. Hər dildə səslər
danışmanı və hərflər yazışmanı ödəyir.
Çox aydındır ki, hər bir yazı dili danışıq
dilinin yetərgisidir. Bunu nəzərdə aldıqda hər
bir dil üçün ən əlverişli əlifba, o əlifba uola bilər
ki, danışıq dilində işlənən hər səsin
maadili bir hərfi ola bilsin.
Dünyada dillərin genişliyinə
və gəlişiyinə baxmayaraq hər dildə işlədilən
səslərin sayı 25 ila 50 arasındadır.
İnsanın səs orqanları səsləri çıxartmaqda məhduddur
və buna əsasən də hərflərin sayı 25 – 50 dən çox ola bilmir.
Bununla yanaşı hərflərin
tarixi vəzifəsi hər bir xəlqin milli – mədəni
varlığını və duyğu və düşüncə
dünyasını qorumaq və nəsillərdən nəsillərə
çatdırmaqdır.
İnsanlar dünyaya göz açınca analarından
bir doğma dil və daha doğrusu öz soylarının dilini öyərnməyə
başlayırlar. Bu dil «anadili»
adlanır. Həyata göz açan körpələr bu dili ilk öncə
analarından öyrənirlər. Ana saf südü və doğma məhəbəti
ilə birlikdə ürəyində coşan sözlər ilə öz
doğma dilini körpəsinə aşılayır. Dil toplumun (cəmiyyətin)
insani – ictimai və mənəvi ehtiyaclarını ödəmə
və yekunlaşdırma vasitəsidir. Buna görə də dilsiz
bir toplum düşünüələsi bir düşüncə deyil. Bir toplumda
danışanla dinləyən arasında ən qədim dövrlərdən
ardıcıl bir anlaşmaya şahid oluruq. Danışan
danışdıqlarına inanaraq söylər, dinləyən də
dinlədiklərini anladığını söylər. Bu
baxımdan dil xəlqin görüşlərini bir – birinə
bağlayan qırılmaz bir bağlantıdır. Söz yox ki, hər
dil tarixi cəhətdən bir kökə bağlanır, bu kökdən
yararlanır, oradan su içir, xəlqin milli
varlığını və mədəni – mənəvi
birliyini yaradır və yaşadır.
Azərbaycan Türkcəsi
bir ötəri baxışda
Azərbaycan xəlqinin bu gün və
elə uzun qərnlərdən bəri ortaqlaşa
danışıq və yazışma milli dili olan «Türkü»,
«Türkcə», «Azəri Türkcəsi», «Azərbaycan dili» və
ümümiyyətdə «Azərbaycan Türkcəsi» insani coğrafiya
baxımından həmin adla tanınan ölkələrdən əlavə,
İranın bir çox bölgələrində toplum ya
dağınıq Türk soyluların- Türkiyə və İraq sərhədlərindən
tütmuş ta Xorasan ölkəsinin dağbasarları və Xəzərin
dalğa döyərlərindən tütmuş ta Fars və Kirman düzəngahlarına
kimi, bu dildə qonuşur və öz duyğu, düşüncə və
istəklərini bu dildə söyləyirlər.
Etnik və soy baxımından
altayık (ural – altay) dillərindən sayılan bu dil, ən
qədim əsirlərdən Orta Asya düzluqlarından köçüb gələn
Türk soylu ellərin ana dili kimi, tarix boyunca canlı surətdə
gəlişib bu günkü durumu özünə almışdır.
Bu gün Azərbaycan dili Türk dilləri
ailəsində qərb dilləri cərgəsində (xəzər
dənizinin qərbində yayıldığı üçün)
sıralanır və öz quruluş və yapımı
baxımından Türkiyə və Türkəmən dillərinə
daha yaxındır. Bu günkü Azərbaycan cümhurisində milli dil və
eləcə də dövəlt dili sayılır. Bu dil, güney Azərbaycanda
illər boyu yasaqlandığı halda, indilikdə gəlişəmədə
və özünə layıq yeri qazanmaqdadır.
Bu gün İran Azərbaycanında
yaranan milli – demokratik oyanış şəraitində İran
Türk soyluları öz kimliklərini, varlıqlarını və
tarixi mədəniyyətlərini mənimsəməkdə
dillərini hoviyyətlərinin ən dəyərli vəsiqəsi
kimi daha dərindən öyərnmək və öyərtməkdə
olduqca şərəfli əmək sərf etəmədədirlər.
Bu hamımıza aydındır ki,
geçmişdə illər boyu yaranan aşırı şovunizm və
asimilasiyon siyasəti nəticəsində ölkədə xəlqlərin
hər cür demokratik və milli – fərhəngi hüquqları inkar
və təhqir edildiyi sırada, azərbaycan dili də bir
qaydasız və zabitəsiz dil kimi
tanıtdırılmışdır. Halbuki bu bir, qayda qanun və
söz biçimi baxımından bir qanuna uyğun və canlı bir
dil kimi, hər cür asimilasiyon basqısına sinə gərmiş
və öz gəlişmə yoluna davam etdirib və etdirməkdədir.
Biz bu kurslarımızda dilimizin bir
sıra qanuna uyğunluqlarını və onun quruluşunda
olan zabitə və incəlikləri məniməsəyib, ümid
edirik yaxın gələcəkdə imkanlar və şərait
yarandıqca azərbaycan dili ölkənin məkətəblərində
dərs proqramlarına daxil ediləcək, universitələrdə
və dünyanın başqa elm ocaqlarında özünə layıq yer
açacaq və akademi yaradacaq və xəlqimizin bu böyük tarixi –
milli istəyi doğrulacaqdır.
Dillərin
doğuluşu
Dillərin doğuluşu bəhsində
dilçilər iki qurupa ayrılmışlar:
1- Monojenistlər:
yer üzündə bütün dillərin bir tək qaynaqdan, yəəni bir
tək dildən doğmuş olduğunu düşünürlər.
2- Polijenistlər:
dillərin ayrı- ayrı qaynaqlardan doğub gəlişdiklərini
irəli sürürlər.
Hər dilçinin yer üzündəki dillərin
kamil bilməsi düşünüləsi deyil, nə qədər dərin
görüşlü və geniş bilgili olur olsun, hər dilçi yer üzündəki
dillərin ən azı ilə uğraşır. Bu cəhətdən
heç bir dilçı özü uğraşdığı dili ən qədim,
ən yaşlı dil olduğunu irəli sürmək istəməz.
amma bu kimi dilçilər dilin doğuluşu barədə bizə
işıq saçırlar. Bundan əlavə, istər bir tək
qaynaqdan, istərsə də ayrı- ayrı qaynaqlardan
doğulduqları düşünülən dillərin doğuluşu
enində- boyunda kəlimənin doğuşu deməkdir. Çünki
dilin ən kiçik anlamlı vahidi kəlimədir. Beləliklə
dil bilgiləri ilk dil vahidinin, yəni ilk kəlimənin
doğuşunda ortaya çeşitli nəzəriyyələr
qoymuşlar. Bu nəzəriyyələrin mənimsəməsi
və araşdırması dilin doğuşu məsələsinə
yeni dəriçələr açacaq.
Yer üzündə dillər
Hər insan
yığıncağının bir dili vardır. Türkcədə
bu dil o toplumun adına: cə, ca, ça
əklərindən birinin gətirilməsilə
adlandırılır: Türkcə, farsca, ərəbcə,
almanca, ingilscə...
Yer üzündə bu günə qədər
8000 (səkkiz min) dil qonuşulmaqdadır. Bunlardan ancaq bu gün
118 (yüz on səkkiz) dilin dövəlt dili kimi işəlnədiyini
görürük. Türk dili ən qədim hökumət dili kimi bu sayın
içində yer almaqdadır.
Yer üzündə dillər söz
quruluşu baxımından dil aylələri
adlandırılırlar. Bir çox dilçilər öz incələmə
və araşdırmalarında dillər arasında bir sıra
bənzəyişlər və yaxınlıqlar görməkdədirlər.
Yer üzündəki dillər söz
quruluşları baxımından üç qurupa ayrılırlar: Birhecali dillər, əkləmli
(iltisaqı) dillər və təsərifi dillər.
1- Birhecalı
dillərdə bütün kəlimələr
tək- tək hecaların bir- birinə yanaşmasından
yaranırlar. Bunlarda sözlər heç cür yapışıq almazlar.
Kəlimələrin daşıdığı vəzifələri
cümlədəki yerdən anlaşılır. Buna görə də
cümlədən qıraqdakı bir kəlimənin ad, sifət,
zərf, fel olduğu anlaşılmaz. Misal üçün: çincə «wo bu
pa ta » cümələsi tək hecalı kəlimələrdən
qurulmuşdur. Bu kəlimələrin anlamlari belədir: «mən
deyil qorxaq sən» bizim dilimizcə , «mən səndən
qorxmaram» deməkdir.
Bir hecalı dillərin qurupunda
vurğunun və tonlamanın böyük ahəmiyyəti vardır.
Misal üçün: «ta» kəliməsi cümələdəki yerinə və
vurğusuna görə böyük, böyüklük, çox böyük, böyültmək
anlamlarını tapa bilir.
2- Əkləmli
«iltisaqı»
dillərdə kəlimənin kökü (rişəsi) sabitdir
və heç halda onun səs biçimi dəyişmir. Əklər köklərə
qoşulması ilə həm yeni sözlərin yaranmasında və
həm də köklərin cümlədə özünə uyğun yer
qazanmasında yardım göstərir. Burada əklər
asanlıqla köklərdən ayrıd ediləbilir.
Əkləmli (iltisaqı) dillərdə
əklər rişənin önünə ya sonuna gətirilə
bilir. Bu özəlliyə görə əkləmli dillər ön və
son əkli adı da ala bilir. Azərbaycan dili son əkli dillər
sırasında durur.
3- Təsərifi
dillər: Bu qurup dillərdə də
əklər kökün həm önünə, həm sonuna
artırılır. Lakin bu qurup dillərdə, xüsusilə fellərin
quruluşunda, kökün özünün səs quruluşunda da dəyişmələr
üz verir. Bəzən kökün səs quruluşu əsasən dəyişilir.
Bir para dillərdə bu dəyişmə özəlliklə felin
kökündə özünü göstərir. Bu kimi fellərdən fransa, ingilis və
alman dillərindən saysız nümunələr vermək olar. Ərbcə
də qiyasi və səmai kəlimələrin olması və
farscada rişənin tərif edildikdə pozulması bu iki dili
də təhəlili dillər sırasına aparır.
Danışıq dili,
yazı dili
Danışıq dili eşitmə
yolu ilə, səslərin qolaq yolu ilə eşidilməsindən
yaranır. Biz evdə, küçə – bazarda, gündəlik
yaşayışda işltədiyimiz dildir. Qonuşma dili, hər
xəlqin dil tarixində əsli dil olmuş və yazı
dilindən dönə – dönə öncə yaranmışdır .
Qonuşma dilində
yaşayış və yeni yaranan yeniliklər ilə rabitə
də bir tazalıq görünür. Nümünə üçün, bir adamın bu günkü
qonuşmasilə bir az sonrakı danışmasında işltədiyi
biçim arasında aşağı – yuxarı bir ayrılıq,
yeni bir yatım və tazalıq hiss edilir. yer uzundə ki dillərin
sözlərini söyələməkdə çox ayrılıqlar
görünür. Bu ayrılıqdan danışıq dilində ləhəcələr,
şivələr yaranır.
Danışıq dili canlı dil
olduğu halda, onda işlədilən sözlərin sayı dilin
lüğət zəxirəsinə nisbət məhəduddur və
sözlər bir çox hallarda gündəlik yaşayışda işəldilən
kəlimələr və təbirlərdir. Burada işəldilən
sözlər olduqca sadə və aydındırlar.
Dilin tarixi gəlişməsi və
zənginləşəməsi ilə yanaşı onda olan ləhcələrdən
biri yazı dili durumu alır. Yazı dili həman ləhəcənin
müəyyən tarixi şəraitə dayanaraq irəliləməsindən
meydana çıxır. Yazı dili canlı danışıq dili
ilə baş – başa ilgilnəmədiyi halda ola bilsin
saxtalaşır və danışıq dilində olan sadəlik
və aydınlığı itirir. Yazı dili ümumiyyətlə
kitablarda, mətbuatda, yazışmalarda və rəsmi
dialoqlarda və habelə toplum rabitə orqanları (radio –
televizion kimi) qurumlarda işələdilir.
Yazı dili birlikdə hər xəlqin
mənəvi və mədəni – tarixi
varlığını səbt edib, sonrakı nəsillərə
saxlamaqda böyük əhəmiyyətə malikdir. Yazı dili, hər
xəlqin tarixi hafizəsidir.
Türkcənin zənginliyi
və verimliliyi
Türk dili olduca qədim və zəngin
bir dildır. Onun zəngin bir dil olduğunu ilkin 11 - ci miyladi
yüz ilində Kaşğarlı Mahmudun yazdığı «Divane luğat it-türk» adlı sözlüyü göstərməkədədir.
Bu sözlükdə Türkcə kəlimələrin və verilən
örnəklərin bolluğu, Türk dilinın genişliyini bildirir.
Orada Türkcənin ərbcə zəngin bir dil olduğu göstərilir.
13 – cü miyladi yüz ilində Fəxrəldin
Mübarəkşah «Şəcərei ənsab»a
yazdığı baş sözdə, Ərbəcədən
sonra, Türkcənin daha iyi və daha göstərişli bir dil
olduğu düşüncəsini irəli sürür. 15 – ci yüzildə, Əmir
Əlişir Nəvaı «Mühakimət il
lüğəteyn» adlı əsərində Türkcəni
Farscadan daha zəngin dil olduğunu kəsginliklə göstərmişdir...
Türkcənin lüğət fondu bir tərfdə
dursun, onun qramer qayda və qanunlara uyğunluqları bu dili səs
quruluşundan tutmuş ta cümlə və kəlam quruluşuna
qədər bir harmonik və biçimli dil olduğunu isbat edir. Bir
misal olaraq Türk dillərində fellərin çox vüsətli
olduğu halda, bu dillərdə qaidəsiz feldən bir
nişan göstərmək çətindir.
Türkcənin və eləcə də
Azərbaycan Türkcəsinin yoxsul və
çatışmazlığını söyləyənlər yox
deyil. Bunlar bu dilin söz xəzinəsinin zənginlik və
verimliliyindən xəbəri olmayanlar və onun söz verimliliyinə
inanmayanlardırlar. Halbuki, Türkcə söz dağarcığı
cəhətdən zəngin uolduğu kimi kəlimə və
söz törtəməyə də olduqca əlverişlidir.
Türkcənin yer üzü dillər
arasında yeri
Türk dilləri mənşə və
söz quruluşu baxımından Ural- Altay qurupuna bağlıdır.
Bu ünvan, birinci dəfə Fin bilgini Kaster adında birisı tərəfindən
qəbul edilmişdir.
Ural- Altay dilləri, bu gün bir dil ailəsi
görünüşündə mənşə birliyindən daha çox,
quruluş baxımından bir- birlərinə bənzəməkdə
iltisaqı (yapışıqlı ) dillər qurupuna
bağlıdır. Bu qurupa girən dillərdə bir səslilər
uyuşması vardır.
Ural- Altay dilləri adından
anlaşıldığı kimi, Ural qolu ilə Altay qolu deyə,
ikiyə ayrılmaqdadır.
1- Ural qoluna, Fın- Uyğur qolu
(Fincə, Məcarca, Estonca, Uyğurca) və Samuit qoluna
(ayrı- ayrı dillər ilə Samoit qolu) girməkdədir.
2- Altay qoluna, Türkcə, Mənçurca
və Moğul dilləri yerləşir.
Kökləri və quruluşları
baxımından bölümlərə ayrılan dilləri incələdikdən
sonra Azərbaycan Türkcəsini belə tanyia bılirik: Türkcə
və eləcə də Azərbaycan Türkcəsi, Ural - Altay
dilləri qurupundan, altay qoluna bağlı əkləmli dillərdən
son əkli dil sayılır.
Dildə dəyişmələr
Hər dil, öz təbii qanunlarına
görə, durmadan dəyişir və yeniləşir. Bu dəyişmə
və yenilşəmə, o dili işlədənlərin
arasında anlaşma vəsiləsi ölçüdə bir dəyişiklikdir.
Belə ki, bir xalq içındə hərgün adamlar dünyadan köçdükləri
halda, o xalq aradan getmir, körpə uşaqların dünyaya göz
açması ilə başqa bir xalqa çevərilmir. Hər dildəki
dəyişəmə və yeniləşmə, o dili nə
öldürür, nə də başqa bir dilə çevirir. Bir toplumda ölən
adamlar dirilməz, lakin dildə ölmüş kəlimələr
dirilib, yaşayan kəlimələrə qoşula bilər.
Dildəki hər yeniləşmədə
öncədən olan örnəklərin böyük rolu vardır. Dil bu örnəklərdən
özünə ülgü tikir. Bu gün Güney Azərbaycanda Türkcəmizin nisbi
halda yasaq boyunduruğundan qurtarması ilə yüzlərcə
söz yazılı ədəbiyyatdan, danışıq dilindən
(ləhcələrdən) qonşu və qohum xalqların söz
dağarcığından Azərbaycan Türkcəsinə
axışmaqdadır.
Di və alınma sözlər
Bu günkü dünyada heç bir dil özlüyündə
«xalis və təmiz» adlana bilməz. Millətlər və xəlqlərin
dili- dili ilə dərin maddi- mənəvi ilgiləri və
onların dünyada bütün sahələrdə yaranan taza şeyləri
adlandırmaqda hər dilin yeni sözlərə və kəlimələrə
ehtiyac duyması, o dili ayrı- ayrı dillərdən lüğətlər
və sözlər almağa vadar edir. Məsəln siz avtomobildə
olan alətləri nəzərdə tutun: tormuz, kılac,
pedal, rol, daşport, motor, siləndr, radiyat, eqzoz, delko,
vaşer, lastik və onlarla bu kimi sözlər avtomobil kəliməsi
ilə bizim dilimizə geçib, hələ elektronik alətlər
bir tərəfdə dursun, tibb və dərman dünyasında xəstəliklərin
və dərmanların adlarını bir çox başqa dillər
kimi qəbul etməli olmuşuq. Fransa dili dünyanın mədəni-
elmi dillərindən biri olduğu halda, Latin dilindən Fransa
dilinə daxil olan sözlərin sayı iyirmi beş mindən
aşır və onlara başlı- başına bir lüuğət
kitabı tərtib edilibib. Ərb dilində «müstərəb» (ərbiləşmiş)
sözlərin sayı minlərdən çoxdur. Fars dilində
alınma sözlər və kəlimələr hələ saya
alınmamışdır.
Məsələ bir ayrı
bucaqdan: millətlərin qonşuluğu və ya bir xəlqin
tarixı yaşayışında ayrı bir xəlqin
inanclarına qapılması, istər- istəməz o inanca
aid sözlərin sayı haman inanca inanan xalqın dilində
çoxalır. Buna canlı misal Orta Şərq xəlqləri və
o cümlədən Azərbaycan xəlqi, İslamı qəbül
etdikdən sonra, yüzlərlə söz Ərəb dilindən Azərbaycan
Türkcəsinə geçib və o dildədə
yayılıbdır. Məsələn həc, kafir, cahad, xəbis,
qiblə, mehrab, minarə, mübarək, bərəkət, həlal,
həram, əzab, səcədə və dua kimi.
Bu kimi sözlərin bir dildən o biri
dilə daxil olması, öz- özlüyündə dili
saxtalaşdırmır, bu şərt ilə ki, bu axın
dilin təbii qanunauyarlıqlarını pozmasın. Misal üçün
bu taza gələn sözlər Azərbaycan dilinin iltisaqı bir
dil olduğunu hədələməsin. Bundan ğeyri olursa, yəni
başqa dildən gələn yad sözlər dildə koloni həqqi
tapır və dilin varlığını xətərə
salır.
Türklərin tarix boyu
işltədikləri əlifbalar
Türklərin qədim çağlarda iki
cür əlifbası olduğunu bilirik:
1- Göy Türk əlifbası
2- Uyğur əlifbası
1- Göy Türk əlifbası,
Orta Asiyanın quzeyində yaşamış olan Göy Türklərin
əlifbası 38 hərfli idi. Bunlardan dördü səsli, üçü birləşik
(mürəkkəb), 31 səssizdir.
Göy Türk yazısı sağdan sola
doğru yazılır. Hərflər birii- birinə
bitişdirilməz, sətirlər yuxarıdan, yuxarıdan
aşağı doğru yenər. Bu əlifbanın miladdan
altı- yeddi yüz il öncə işəlnədiyi
sanılmaqdadır. Göy Türk əlifbasında yazılan mətnlərin
ən önəmlisi Moğulistandakı Orxun
əsərləridir. Bu səbəbdən Göy Türk əlifbasına
Orxun əlifbası da deyilir.
Orxun yazılarını ilk dəfə
oxuyan danmarklı bilgin Vilhelm Tamsen olmuşdur.
2- Uyğur əlifbası,
asiyanın güneyində yaşamış olan Uyğur Türklərinin
əlifbasıdır. 14 hərflidir. Bu əlifba da sağdan
sola doğru yazılır, sətirlər yuxarıdan
aşağaya yenir. Uyğur əlifbası ilə
yazılmış olan ən önəmli əsər «Qutadqu bilik» dir.
Türklər olduqca əski və
yayğın bir qovmdurlar. İllər boyu öncə asiyada,
Afrıka içərilərində, buzlaq ölkələrindən
Hind Dənizinə qədər uzanan yerlərdə yerləşəmişlər,
Hökumətlər qurmuşlar. Bu yerlərə mədəniyyət
aparmışlar. Heç şübəhə yox ki, aralarında
yaşayan qovmlardan da bir çox yeni şeylər öyərnməkdə
olmuşlar. Bu yayılıb genişəlnmə
sırasında Türk boyları Sanskrit, Mani, Arami, Nəsturi əlifbaları
kimi əlifbaları mənimsəmiş və işəltmişlər.
Türklər islamçılığı
mənimsədikdən sonra Ərəb əlifbasını
işəltəməyə başlamışlar. Ərb əlifbası
Türklərin dilində olan səslərə uyğun deyildir. Bu
dildə səsli hərflərin sayı azdır. Səssizlərin
bəziləri üçün iki, üç, hətta dörd əlamt (hərf)
işlədilir. Misal olaraq zalimdə olan (ظ), zillətdə
olan (ذ), hazırda olan (ض) və
məcazda olan (ز) səsləri. Bu
səsləri bir - birinə bənzər hərflər, Ərb
dilində özlərinə xas söyləniş (tələffüz) tərzi
var və söylənişdə onların arasında olan fərq
bəllənir, halbuki Ərəb dilindən bu dillərə,
məsəln Fars dilinə geçmiş bu hərflərin
hamısı bir cür tələffüz olur və biz farsını
düzgün yazıb- oxumaq üçün Ərəb dilində olan «iştiqaq»
deyilən qramer hissəsini bilməliyik. Əlbəttə, Ərəb
əlifbasnın Türk dillərini yazmaqda
çatışmazlıqları təkəcə bu təkrar məsaləsi
olmayıb, başqa ciddi çatışmazlıqları da vardır.
Bir daha ötəki, Türk dilləri ümümiyyətlə iltisaqı dillərdirlər
və bu dildə kökdən (rişədən) sonra gələn
bütün əklər kökə yapışıq şəkildə
yazılmalıdırlar. Halbuki bu əlifbada olan
yapışılan və yapışmayan hərflər bu əslə
qarşı durur.
Ondoqquzuncu əsrin sonlarından
başlayaraq Türk dünyasında savadlanmaq və dərs oxumaq məsləsi
bir ümumi milli- mədəni təklifə çevrilincə Türk dili xəlqlərin
aydınları tərfindən bu çatışmaz əlifbanı
dəyişmək və onun yerinə dilin səs və sözü
quruluşuna uyğun bir əlifba seçmək təşəbbüsü
ortaya qoyuldu və uzun uzadı mübahisələr gedəndən
sonra o günkü Şoralar İtifaqı tərkibində olan Azərbaycan
Ərəb əlifbasını latin qrafikə çevirdi və
onun ardınca bir il sonra Türkiyə hökuməti də bu işə
qatıldı. Əlifbanın dəyişilməsi və dildə
işlənən səslərin hər birini bir müəyyən
hərflə göstərmək dilin öyərnilməsini
asanlaşdırdı və iki üç ilin ərzində
savadlıların sayı birə iki artdı və
kitabların, dərgilərin və qəzetlərin sayı
gündən günə çoxaldı və cəmaat onları rahat- fərağat,
ərəb «iştiqaqına» ehtiyac duymadan yazıb oxumağa
başlaılar.
Əlbəttə Latin əlifbası
on il sürəndən sonra Sovet hakimiyyəti bütün cümhuriyyətlərdə
Kiril (rus) əlifbası ilə dəyişdirilməsi qərarına
gəldi. Lakin Azərbaycan cümhuriyyəti bağımsız
olandan sonra əlifba yenidən Latin qrafikasına çevrildi və
o gündən bəri Latin əlifbası Azərbaycan cümhuriyyətinin
milli əlifbası səviyyəsində işlənməkdədir.
Söyləyiş
bacarığı (fənn-bəyan)
Söyləyiş bacarığı,
kəlimənin və cümlənin kölgəsində gizlənən
duyğuları, düşüncələri, ya xəyalları səs
tonajlarını, durğu və ritm vasitələrini
danışıqda işə aparmaq bacarığıdır.
Başqa sözlə deyilsə bir ibarətin ya cümlənin kölgəsində
gizlənən hər düyğu, bir düşüncə ya bir xəyalı
canlandırmaq, o ibarət ya cümlədə yerləşəmiş
anlamı ortaya çıxartmaqdır. Anlamı yaxşı anlatmaq
üçün onu yaxşı söyləmək və yaxşı
yazmaqdır.
Yaxşı söyləyiş sözü
açıq, doğru- düzgün anlamlı və sevimli bir durumda ifadə
etməlidir.
Buna əsasn:
1- Söyləyiş açıq
olmalıdır. Səs danışan üçün yox, bəlkə dinləyən
üçündur. Buna görə də onun dinləyən tərəfindən
yaxşı duyulması gərkdir. Səsin yaxşı və
rahatca duyulması onun çıxarışındakı ölçüyə
bağlıdır. Dinləyən yalnız kəliməni yox,
onların çeşitlərini, ən yalxı bir hecani belə
duya bilməlidir.
2- Söyləniş doğru- düzgün
olmalıdır. Kəlimələr yazı dili şivəsi
illə söylənilməlidir, misal üçün «onu sizə gətirrəm»
yerinə «onu sizə gətirərəm» və ya «allanmaq»
yerinə «aldanmaq» söylənilməlidir.
3- Söyləyiş anlamlı və
anlamlı olduğu qədər də sevimli olmalıdır. Hər
sənət əsəri gözəllik duyğusu verməyə çalışır.
Söyləyişdə də səs dinləyənin
qulağını oxşamalıdır. Biçim və anlam
baxımından səs axıcı və anlayışlı
olmalıdır. Səsin sıxıcı və boğucu
olduğu onun çıxarını əskildər.
4- Dialoq söyləyən ilən
diaouq dinləyənin arasında mətəlb
qırılmazlığı məsələnin ən önəmli
tərəfi sayılır. Dialoqda məntiqi yansıtma,
düşüncə qırıntılığı yerinə
ardıcıllıq və bütün mətləbi bir düşüncənin
mehvərində fırlatmaq söyləyənin başlıca görəvidir.
Söyləyən, dinləyənin durumunu çox diqqətlə mənimsəməli,
onların əlaqələrini nəzərə almalıdır.
Mətləb nə qədər incə və mövzun olsa da dinləyənin
idrakında yer açmasa bezikdirici olacaqdır.
Azərbaycan Türkcəsinin
ümumi özəllikləri
Bir dilin ümumi özəllikləri o
dilin bir kökdən olan və bir dil ailəsinə bağlı
dillər arasında ortaqlaşa olan özəlliklərdən
ibartdır.
Bu özəlliklər birdə
çılğa səslərdən başlamış ta dilin ən
mükəmməl və mürəkkəb vahidləri sayılan cümlə
və kəlama qədər aşağa- yuxarı özünü göstərə
bilir. Bu özəllikləri arayıb- daramaq həm bir kökə
bağlı qohum dillər arasında və həm də bundan
daha önəmli bu dil ailəsi dillərini başqa ailələrə
bağlı dillərlə qarşılaşdırmaq tətbiqi
qramerin əsas araclarından sayılır. Biz Azərbaycan
Türkcəsində olan özəlliklərə, qısa da olsa
işarə etəməyi lazım bilirik.
1- Azərbaycan Türkcəsi
onda işlədilən səslərin baxımından bir
uyuşumlu (harmonik) dildir.
Hər dildə işlədilən
səslər, hecalar və kəlimələrin təşkilində
bəsit və təməl ünsürlər olduqları halda, hər
gəlsəsi və öz istədikləri kimi yox, bəlkə
bir sıra yanaşma və uzlaşma qaydalarına
bağlıdırlar. Başqa sözlə deyilərsə hər
səs heca ya kəlimədə öz istədigi və
xoşladığı yeri tuta bilmir. bu məsələ
başqa Türk soylu dillərdə aşağı- yuxarı
olduğu kimi, Azərbaycan Türkcəsində bir qanuna
uyğunluq kimi gözlənilir.Bu dildə səslərin söylənişində
olan tonaj, dili harmonik dil dərəcəsinə
çatdırır. Bu dildə işələdilən doqquz sait səsin
söylənişdə «qalın- incə, yastı- yuvarlaq,
dodaqlanan- dodaqlanmayan» quruplara ayrılması və bununla
yanaşı 23 – (igirmi üç) samit səsin «kar- cingiltili və
daha söylənişəlrinə uyğun» quruplara girməsi və
kəlimənin kökü hər hansı sait üstə qurulmuş olsa,
ona artırılan əklərin rişənin səs
quruluşu ilə uyğun səslənməsi bu qanuna
uyğun harmoninin şəffaf vergisidir. Bu səs harmonisi dildə
ahəng qanunu şəkilində dilin bütün söz quruluşunu öz çətiri
altına alır.
2- Azərbaycan Türkcəsi
qısa saitli dildir
Dillərdə sait səslərin
uzun (sürəkli) ya qısa olması, o saitin söylənişində
olan fasilənin az ya çox olması ilə ölçülür. Başqa sözlə
əgər sait bir çırpıda söylənirsə, qısa və
əgər söylənişdə bu fasilə sürəkli olursa
uzun sayılır. Sait səslərin qalın ya incə
olduqlarına baxmayaraq onların söylənişi bəəzi
dillərdə qısa və həm uzun olur. Azərbaycan dili
ümumi cəhətdən qısa saitli dildir və baxmayaraq buna
ki, bir para əsil kəlimələrdə səs hadisələri
nəticəsində və bəəzi dəxil (kənardan gəlmə)
sözlərdə saitlərin uzun söylənişi gözə
çarpırsa bu bir qısa saitli dil tanınır və
qıraxdan gələn luğətlərin dilə
süyrüşüncə onların uzun saitləri qısalırlar. adam
→ adam, bəhar → bahar...
Saitlərin söylənişində
olan bu özəllik uzun və qısa saitli dillər
sırasında olan Ərəb və Fars dillərində
işlədilən hecaların söylənişindən fərqlənir.
Azərbaycan Türkcəsində həcalar istər təkəcə
bir sait və ya bir sait və neçə samitdən yaranırsa,
onların səs ölçüsü eyni dir. Halbuki Ərəb və Fars dillərində
uzun saitlərin olması, bu dillərdə olan hecaları uzun
və qısa hecalar şəkilində işlədilməsinə
səbəb olur.
Hecaların söylənişində
olan bu seçginlik bu dillərdə şeirin vəzn və ritmində
iki ayrı- ayrı uslubu ortaya çıxarır. Azərbaycan
dilində şeirin vəzni qısa heəcalar əsasında,
lakin Ərəb və Fars dillərində uzun və qısa
hecaların birləşməsilə üz verir. Buna görə də
şeirin təbii ölçüsü Azərbaycan Türkcəsində heca vəzni,
lakin Ərəb və Fars dillərində ərüz vəznilə
uyğunlaşır.
3- Azərbaycan Türkcəsi
bir iltisaqi (yapışıq) dildir
Sözlərin quruluşu
baxımından iltisaqi (yapışıqlı) dillərdə
köklər (rişələr) və onlara artırılan əklərdən
təşəkil olur. Köklərin quruluşu yada gəlməz
zamanlardan bir ya neçə hücalı söz quruluşlarıdır. Köklərin
söz quruluşu dəyişməz və sabitdir. Onlar dildə
yeri gələndə olduqları sadə və mücərrəd
sürətdə, lakin bir çox hallarda artırmaların (əklərin)
onların sonuna gətirməklə işlədilir. Əklər
dildə iki görəvi yerinə yetirirlər. Onlardan bir qurupu
kökün sonuna qoşulmaqla yeni anlamlar yaradır və beləliklə
də dilin söz ehtiatını artırır. O birisi qurup sözlərə
qoşulmaqla onların dildə işlənməsinə şərait
yaradırlar. Yeni anlam düoğruldan əklərə «söz düzəldici
əklər», dildə işələdilən sözlərə
qoşulmaqla onların kəlamda işlənməsinə
şərait yaradan əklərə « söz dəyişdirici əklər»
deyilər.
Əklərin
ardıcıllığı
Əklər heç bir halda kəlamda gəlişi
gözəl və istədikləri yerlərdə yox, bəlkə
istənilən və lazım olduqları yerdə sıra ilə
köklərə qoşulurlar. Beləliklə, söz düzəldici əklər
kökün anlamını dəyişdirmə vəziyfəsi
daşıdığı üçün birincr yerdə və ona daha
yaxın və söz dəyişdirici əklər kəlamın
başqa əczaları arasında bağlantı
yaratdığına görə ikinci yerdə yer tuturlar.
Maraqlı burasıdır ki; bu qanuna uyğunluq əklərin istər
sözdüzəldici ya söz dəyişdirici olsun, özlərinin
arasında da özünü göstərir.
Cins bölgüsünün olmaması
Azərbaycan Türkcəsi bir Türk soylu
dil olaraq adın cinsi (müzəkkər, müənnəs və ya hətta
bəəzən xünsa) olduğuna tanıtdırma işarəti
yoxdur. Bir çox dillərdə adlar ərkək və dişi və
hətta xünsa deyə bölgülənirlər. Bu kimi dillərdə
ümumiyyətlə sifətlər, zəmirlər, qeydlər və
fellər də bu ya o bölgü adları ilə gəlincə,
onların tanıtma işarətı və sözün öz
quruluşunda dəyişiklər baş verir. Türk soylu dillərdə
adların cinsi bölgüsü yoxdur və onların bu özəlliyi
adın anlamından anlaşılır.
Fellərin çox çeşitliliyi
və çəkimliliyi
Azərbaycan Türkcəsi bir Türk soylu
dil kimi onda işlədilən fellərin genişliyi,
çeşitliliyi və çəkimliliyi baxımından ən zəngin
və güclü dillərdən biridir. Bu dilin fellər sahəsində
olan yönləmə bacarığı cür- bəcür hərkətləri
və olayları göstərməkdə bu dilləri fel dili
adlandırmağa imkan yaratmışdır. Ən maraqlı
burasıdır ki, bu dildə fellərin genişliyi və
çeşitliliyi (igirmi dörd minə yaxın) müntəzəm bir
qanuna uyğunluqdan faydalanırlar. Belə ki, bu dildə
qaydasız (qeyri müntəzəm) fel yox kimidır.
Azərbaycan Türkcəsi, başqa
Türk soylu dillər kimi, təkcə fonetik (səslər bilimi
bölümündə) və morfoloji (sözlər bilimi bölümündə) habelə
tərkiblər və cümlələr (sintaks- nəhv) bölümündə
də dildə özünə məxsus qanuna uyğunluq özünü göstərməkdədir.
Bir ümumi əsl olaraq Türkcədə yardımçı ünsür əsli
ünsürdən öncə gəlir. Bunu bütün tərkibi sözlərdə
də söz sırası cümlənin əsli ünsürü olan fel ilə
sonuclanır.
*******************
Biz Azərbaycan Türkcəsinin
qirameri bəhslərində bu özəlliklər üzərində
dayanır və onları misallarla yerli- yerində
aydınlaşdırcayıq.
Azərbaycan
Türkcəsinin yeni Əlifbası
A-a |
آ- ا |
At, baş, adam, ata, yastı, saz |
B-b |
ب |
Boş, qab, abı, daban, balıq |
C-c |
ج |
Cüt, acı, gec, , acalmaq, cırmaq |
Ç-ç |
چ |
Çöl, çox, açar, qaçmaq, açıq |
D-d |
د |
Dil, ad, adam, dodaq, doldurmaq |
E-e |
ائ |
Ev, get, yekə, demək, gec, yemək |
Ə-ə |
ا- ه |
Əl, gəl, əvədəmək, tərpənmək |
F-f |
ف |
Fil, vəfa, səfa, film, rəf, səf |
G-g |
گ |
Göl, gecə, gətirmək, gözətçi, gündüz |
Ğ-ğ |
غ |
Ağrı, dağ, bağ, buğ, ağarmaq |
H-h |
ح- ه |
Hara, hakim, hankı, səhər, yəhər |
X-x |
خ |
Xal, xala, yuxu, yaxın, yoxsul |
I-ı |
اي |
Ildırım, qış, yaxın, acı, tanımaq, barış |
İ-i |
اي |
İş, bilik, dil, sərin, bilici, isti |
J-j |
ژ |
Ər, ajir, əjdaha, pasaj |
K-k |
ک |
Kəhlik, əkin, ələk, ikindi, köhnə, sökük |
Q-q |
ق |
Qocq, qutu, qırıq, qara, qyaq |
L-l |
ل |
Alma, lüt, kal, alov, lal, ləyən |
M-m |
م |
Maral, aman, maşa, saman, mum |
N-n |
ن |
Narın, ana, can, naz, ancaq, yalançı |
O-o |
و |
Ot, oraq, ox, tox,
soru, yorğun |
Ö-ö |
اؤ |
Özgə,
söz, ölçü, gön, gözləmək |
P-p |
پ |
Papaq, sap, öpüş, top, yapışqan |
R-r |
ر |
Arı, yara, qara, arpa, yarpaq |
S-s |
س ص- ث |
Sevgi, söyüd, söyüd, yastı, yasaq, |
Ş-ş |
ش- |
Şal, şam, axşam, aşna, aşıq, dovşan |
T-t |
ت- ط |
Tanış, atlı, ətək, tirmə, tüstü |
U-u |
او |
Ulduz, un, uşaq, uzun, unutmaq |
Ü-ü |
او |
Üz, düz, gülüş, süpürgə, süngü |
V-v |
و |
Varlı, alov, yuva, divar, dev |
Y-y |
ى |
Yol, yaxşı, aydın, yazı, ayna |
Z-z |
ز- ذ- ض- ظ |
Derzi, zərbə, zəlil, zəfran, zərbə, zalım |