Azərbaycan Federal Demokrat Hərəkatının Bildirişi

Siyasi Məhbusların Edamını Şiddətlə Qınayırıx

Tehranın umumi və inqilab dadsarası bir elamiyə sadir edərək, bazar səhəri ordibeheş ayının 19u 1389 ilinde, Fərzad Kəmangir, Əli Heydəriyan, Fərhad Vəkili, Şirin Elm Huli və Mehdi Eslamiyanın dövləti mərkezlərə bomb qoymalara qatıldıqları və Pejaka bağlı olduqları üçün Evin zindanında edam olunduqlarını elam etdi.

Islam Cumhuriyyəti quruluşunun ilk günlərindən bu yana muxaliflərinə yalnız şiddət və edamnan cəvab veribdir. Son dövrələrdə xalqın qəzəb və hirsi bu hükümətin çürümüş gövdəsini  titirədibdir. İslam Cumhuriyyəti bir tərəfdən uyguladığı şiddət, tapdalamaq , işkəncə və edam ilə  müxaliflərinin arasında  qorxu yaradmaqa və başqa tərəfdən də öz tərəfdarlarını cəsarətləndirməyə çalışıbdır. Ama şübhəsiz diyəbilirik ki bu cinayətler  xalqı qorxudmayıb, bu vəhşət və fəlakət Cumhuriyyətini yıxmaq  istəklərini daha da gücləndiribdir.

Biz şiddətnən bu edamları qınayıb  və səmimiyyətnən bu edam olunan əzizlərimizin ailə və dostlarına baş sağlığı diləyirik. Biz demokrasi və İctimai Ədalət adına fəaliyyət edən bütün qurumları, qadınları ve millətləri  bu edamların durdurulması için fəaliyət etməyə və öz itirazlarinan  İslam Cumhuriyyətinin ölüm maşınının dayandırılmasına çağırırık.

Biz bütün azadlıq sevən organlardan, qurumlardan və insan haqları müdafiəcilərindən bu edamları şiddətlə qınamalarını  və bütün gücləriylə  Cumhuri islaminin əleyhine uluslararası basqıların artmasını istəmələrini istirik, ki bu vəsilenən islam canilərinin əlində əsir olan başqa məhbusların edam olunması önlənsin (qabağı alınsın).

Azərbaycan Federal Demokrat Hərəkatının İcraiyə Heyəti

9 may 2010

اردیبهشت 1389 19